Alternative content

12:53 31 Mart 2020
ONLINE XƏBƏR LENTİ
PAYIZ ETÜDLƏRİ - FOTO
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Almaniyada silahlı hücum: 11 nəfər həlak oldu
Almaniyada silahlı hücum: 11 nəfər həlak oldu
ANA SƏHİFƏ / DÜNYA
18:08 20.02.2020


Almaniyanın mərkəzində yerləşən Hessen vilayətinin Hanau şəhərində atışma zamanı 11 nəfər, o cümlədən 5 etnik türk həlak olmuşdur. Yerli polisdən verilən məlumata görə, naməlum şəxslər iki qəlyanxanada, sonradan isə şəhərdəki meydanların birində atəş açmışlar. Yaralılardan biri xəstəxanada dünyasını dəyişmişdir.

Yerli KİV-in xəbərinə görə, silahlı hücumda azı iki nəfər iştirak etmişdir. Polis reyd zamanı evlərin birində 2 nəfərin, o cümlədən qatilin meyitlərini aşkar etmişdir.

İlkin məlumata görə, ölənlərin arasında 5 türk var. Almaniya hökumətinin mətbuat katibi Şteffen Zaybert bildirmişdir ki, hakimiyyət orqanları həlak olanların ailələrinə dəstək verməyə hazırdır.

Türkiyə Prezidentinin mətbuat katibi İbrahim Kalın demişdir ki, Ankara Almaniya hökumətindən Hanau şəhərində baş vermiş hadisənin bütün təfərrüatlarını aydınlaşdırmaq üçün maksimal səylər gözləyir. Kalın vurğulamışdır ki, ksenofobiya cəmiyyətin xərçəngidir. O, ölənlərin qohum-əqrəbasına başsağlığı vermiş, yaralıların tezliklə sağalmasını arzu etmişdir.




NƏŞRLƏRİMİZ

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

HAVA PROQNOZU



VALYUTA


InvestAZ
ARXİV


TƏQVİM