Alternative content

14:58 31 Mart 2020
ONLINE XƏBƏR LENTİ
PAYIZ ETÜDLƏRİ - FOTO
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Gömrük Komitəsi yararsız məhsulları yandıraraq məhv edib
Gömrük Komitəsi yararsız məhsulları yandıraraq məhv edib
ANA SƏHİFƏ / İQTİSADİYYAT
17:45 20.02.2020

Fevralın 20-də Dövlət Gömrük Komitəsinin (DGK) müvafiq qurumları tərəfindən istifadəyə yararsız, mənşəyi bilinməyən, həmçinin dövriyyəsi məhdudlaşdırılan və qadağan olunan malların məhvetmə prosesi həyata keçirilib.

Komitənin Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsindənAZƏRTAC-a bildirilib ki, ümumilikdə 263 min 29 ədəd fişəng və pirotexniki vasitə, 47 min 322 ədəd müxtəlif adda dərman preparatı, 59 ədəd yararsız müxtəlif markalı telefon və aksesuarları, 5077 litr alkoqollu və kustar üsulla 4742 ədəd sərinləşdirici içki, 5255 kiloqram ərzaq və qeyri-ərzaq məhsulları, 3070 kiloqram yuyucu vasitə, 2167 kiloqram müxtəlif növ məişət malları məhv edilib.

Məhv edilən mallar fiziki şəxslər tərəfindən Nazirlər Kabinetinin 305 saylı Qərarı ilə müəyyənləşdirilən normalara əməl olunmadan gömrük sərhədindən keçirilməyə cəhd göstərildiyi üçün müvəqqəti saxlanc anbarına qəbul olunan və saxlanc müddətində vətəndaşlar tərəfindən həmin malların geri götürülməsinə dair müraciət olunmayan, eyni zamanda, istifadəyə yararsız, mənşəyi bilinməyən, həmçinin dövriyyəsi məhdudlaşdırılmış və qadağan olunmuş kateqoriyalara aiddir. Məhv edilən mallar arasında Ermənistan istehsalı olan 324 ədəd suvenir, 40 qutu siqaret və 18 litr müxtəlif növ spirtli içkilər də olub. Müvafiq ekspert rəyi və məhkəmə qərarına əsasən, məhvetmə prosesinə cəlb olunan mallar Sumqayıt şəhəri yaxınlığındakı ekoloji poliqonda DGK-nın müvafiq qurumlarının əməkdaşları və media nümayəndələrinin iştirakı ilə yandırılaraq məhv edilib.




NƏŞRLƏRİMİZ

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

HAVA PROQNOZU



VALYUTA


InvestAZ
ARXİV


TƏQVİM