Alternative content

13:05 31 Mart 2020
ONLINE XƏBƏR LENTİ
PAYIZ ETÜDLƏRİ - FOTO
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Azərbaycan Milli Elmlər Akademiyasında Xocalı soyqırımı qurbanlarının xatirəsi anılıb
Azərbaycan Milli Elmlər Akademiyasında Xocalı soyqırımı qurbanlarının xatirəsi anılıb
ANA SƏHİFƏ / CƏMİYYƏT
17:42 20.02.2020

Fevralın 20-də Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Azad Həmkarlar İttifaqı və Qadınlar şurasının birgə təşkilatçılığı ilə Xocalı soyqırımının 28-ci ildönümünə həsr olunan tədbir keçirilib.

AMEA-dan AZƏRTAC-a bildirilib ki, tədbirdə AMEA-nın birinci vitse-prezidenti, akademik İsa Həbibbəyli çıxış edərək Xocalı soyqırımının XX əsrin insanlıq əleyhinə yönəlmiş ən amansız cinayətlərindən, ən qəddar terror aktlarından biri olduğunu söyləyib. Qeyd edib ki, 1992-ci il fevralın 26-da Xocalıda baş vermiş qırğın erməni millətçilərinin Azərbaycan xalqına qarşı apardıqları işğalçılıq, etnik təmizləmə və soyqırımı siyasətinin davamı idi. Bu faciə zamanı 613 nəfər dinc əhali xüsusi amansızlıqla qətlə yetirilib, əksəriyyəti yaşlılar, qadın və uşaqlar olmaqla 1275 nəfər əsir götürülüb, onlardan 150 nəfərin taleyi isə bu günə kimi məlum deyil.

Akademik İsa Həbibbəyli Xocalı faciəsinə hüquqi və siyasi qiymətin ümummilli lider Heydər Əliyevin rəhbərliyi ilə 1994-cü ildə verildiyini diqqətə çatdırıb. Vurğulayıb ki, bu gün Prezident İlham Əliyevin uğurlu xarici siyasəti nəticəsində Xocalıda törədilmiş qanlı qətliam beynəlxalq hüquq normalarına uyğun olaraq qiymətləndirilir və artıq dünyanın bir sıra ölkələri, beynəlxalq təşkilatlar, habelə ABŞ-ın 20-dən artıq ştatının qanunverici orqanı Ermənistanı işğalçı dövlət kimi tanıyır.

AMEA-nın birinci vitse-prezidenti bu yaxınlarda Prezident İlham Əliyevin və Ermənistanın baş naziri Nikol Paşinyanın iştirakı ilə Münxen Təhlükəsizlik Konfransı çərçivəsində keçirilən Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı panel müzakirəsini xatırladaraq, bu görüşdə dövlətimizin başçısının qətiyyətli çıxışından bəhs edib. Bildirib ki, həmin görüşdə Prezident İlham Əliyev N.Paşinyana hadisənin reallıqları ilə bağlı əsaslı cavab verib, Azərbaycanın haqq səsinin dünyada ucaldıldığını vurğulayıb.

İ.Həbibbəyli işğal olunmuş torpaqlarımızın azad edilməsi, Xocalı soyqırımı günahkarlarının beynəlxalq hüquq normaları çərçivəsində cəzalandırılması istiqamətində ölkə rəhbərliyi tərəfindən aparılan məqsədyönlü işlərdən danışaraq, bu tədbirlərin yaxın zamanda öz nəticəsini verəcəyinə əminliyini ifadə edib. Əlavə edib ki, Azərbaycan ordusunun dünyanın ən güclü 50 ordusu sırasına daxil edilməsi ölkəmizin hərbi potensialının yüksək səviyyədə olmasının göstəricisidir.

O, dünya ictimaiyyətinin Xocalı həqiqətləri barədə məlumatlandırılması istiqamətində AMEA-da da mühüm işlər görüldüyünü, dissertasiyalar yazıldığını, çoxsaylı kitab və monoqrafiyaların nəşr olunduğunu və dünyanın bir sıra dillərinə tərcümə edildiyini bildirib.

Tədbirdə Fəlsəfə İnstitutunun aparıcı elmi işçisi, fəlsəfə üzrə elmlər doktoru Ziba Ağayeva, Arxeologiya və Etnoqrafiya İnstitutunun Həmkarlar təşkilatının sədri, tarix üzrə fəlsəfə doktoru Abuzər Ələkbərov və digərləri çıxış edərək Xocalı soyqırımının XX əsrin ən qanlı faciələrindən olduğunu vurğulayıblar. Qeyd olunub ki, Xocalı faciəsinin dünyada tanıdılması istiqamətində Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva tərəfindən genişmiqyaslı işlər həyata keçirilir. Leyla Əliyevanın təşəbbüsü ilə 2008-ci ildən reallaşdırılan "Xocalıya ədalət!” beynəlxalq məlumatlandırma kampaniyası çərçivəsində soyqırımının beynəlxalq səviyyədə tanıdılması, cinayətkarların məsuliyyətə cəlb olunması, soyqırımı qurbanlarının xatirəsinin əbədiləşdirilməsi istiqamətində mühüm addımlar atılır.



NƏŞRLƏRİMİZ

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

HAVA PROQNOZU



VALYUTA


InvestAZ
ARXİV


TƏQVİM