20 Fevral 2020 15:33
478
SİYASƏT
A- A+

Harvard Universitetinin saytında Ermənistan-Azərbaycan münaqişəsi ilə bağlı Münxendə keçirilən müzakirələrə dair məqalə yerləşdirilib


ABŞ-ın Harvard Universitetinin rəsmi saytında Azərbaycanın Ukraynadakı səfiri Azər Xudiyevin müəllifi olduğu "Münxen debatı: İki siyasi məktəbin fərqi” sərlövhəli məqalə dərc edilib.

AZƏRTACxəbər verir ki, yazıda Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən Ermənistanın baş naziri N.Paşinyanın və erməni yalanının ifşa edilməsindən bəhs olunub.

Məqalədə qeyd olunub ki, bu, sadəcə iki siyasətçinin müzakirəsi deyil, iki siyasi məktəbin müzakirəsi idi. Prezident İlham Əliyev müasir dialoq siyasətini təmsil edirdi, Nikol Paşinyan isə aqressiv görünürdü və sivil dialoqa hazır deyildi. Eyni zamanda, bu debat qlobal və regional geosiyasət arasındakı ziddiyyətləri əyani şəkildə göstərdi.

Səfir vurğulayıb ki, təcavüzkar ölkənin hökumətinin başçısı, manipulyasiya və hətta məlum tarixi həqiqətləri təhrif etməklə əsl mahiyyətdən yayınmağa çalışırdı.

Azərbaycan Prezidenti isə beynəlxalq hüquq normaları çərçivəsində siyasi etika qaydalarına ciddi riayət edərək, fikirlərini təmkinlə söylədi və açıq şəkildə mübahisə etdi. Təsadüfi deyil ki, Ermənistandakı bir çox ekspert və siyasətçi də Prezident İlham Əliyevi bu müzakirələrin qalibi hesab edir.

Məqalədə Paşinyanın ifşasına dair digər faktlar da qeyd olunub.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video