20 Fevral 2020 13:22
406
CƏMİYYƏT
A- A+

ATƏT-in 28-ci İqtisadi və Ətraf Mühit Forumunun I Hazırlıq İclasında “ASAN xidmət”in fəaliyyətindən bəhs olunub


Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin nümayəndə heyəti Avstriyanın paytaxtı Vyana şəhərində ATƏT-in 28-ci İqtisadi və Ətraf Mühit Forumunun I Hazırlıq İclasında iştirak edib.

Agentliyin ictimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a bildiriblər ki, iclasın sessiyalarında korrupsiyanın qarşısının alınması və ona qarşı mübarizədə imkanlar, çağırışlar, gəlir bəyannaməsi və iştirakçılıq yanaşması ilə şəffaflığın artırılması ifadə olunub. Həmçinin rəqəmsallaşma və yüksək şəffaflıq vasitəsilə korrupsiyanın qarşısının alınması və onunla mübarizə, şəffaflıq və innovasiya vasitəsilə ətraf mühitin qabaqcıl idarə edilməsinin inkişafı kimi mövzular müzakirə olunub.

Agentliyin Aparat rəhbəri Azad Cəfərli "Rəqəmsallaşma və yüksək şəffaflıq vasitəsilə korrupsiyanın qarşısının alınması və onunla mübarizə” mövzusuna həsr olunan 2-ci sessiyada çıxış edərək Prezident İlham Əliyevin təşəbbüsü ilə yaradılmış "ASAN xidmət” mərkəzlərinin uğurlu fəaliyyətindən, e-hökumət sahəsindəki irəliləyişlərdən, müxtəlif elektron və rəqəmsal layihələrdən bəhs edib. Həmçinin "ASAN Viza”, "ASAN Satınalma”, "ASAN xidmət”ə verilmiş BMT mükafatlarından, habelə Şərqi Avropa regionunda ilk dəfə olaraq Bakıda keçirilmiş BMT-nin Dövlət Xidmətləri Forumundan söz açılıb.

Dövlət agentliyinin nümayəndəsi Azərbaycan brendi olan "ASAN xidmət” təcrübəsinin ATƏT ərazisində tətbiq edildiyini, Monteneqro və Özbəkistanla əməkdaşlıq memorandumunun imzalandığını diqqətə çatdırıb.

Tədbirdə Azərbaycanda şəffaflığın təmin olunması və rəqəmsal alətlərin tətbiqi ilə korrupsiyaya qarşı uğurla mübarizə, o cümlədən elektron xidmətlərin mərkəzlərdə vətəndaşlara çatdırılması və geniş beynəlxalq əməkdaşlığın həyata keçirilməsi barədə təqdimat maraqla qarşılanıb.

Təqdimat çoxsaylı suallar, şərhlər, cavablarla müşayiət olunub.

Tədbir çərçivəsində ATƏT və ona üzv dövlətlərin nümayəndələri ilə fikir mübadiləsi aparılıb, gələcək qarşılıqlı fəaliyyətin mümkün formaları müzakirə edilib.

Qeyd edək ki, İqtisadi və Ətraf Mühit Forumu "İnnovasiya, yüksək şəffaflıq və rəqəmsallaşma vasitəsilə korrupsiyanın qarşısının alınması və ona qarşı mübarizə ilə ATƏT ərazisində təhlükəsizliyin, sabitliyin və iqtisadi yüksəlişin inkişaf etdirilməsi” mövzusuna həsr olunacaq.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video