Alternative content

03:48 02 Aprel 2020
ONLINE XƏBƏR LENTİ
PAYIZ ETÜDLƏRİ - FOTO
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Çerniqovda Xocalı soyqırımına dair elmi konfrans keçirilib
Çerniqovda Xocalı soyqırımına dair elmi konfrans keçirilib
ANA SƏHİFƏ / SİYASƏT
12:54 20.02.2020

O.M.Lazarevska adına Çerniqov şəhər Tarix və Sosial Elmlər İnstitutunda Xocalı soyqırımına dair elmi konfrans keçirilib.

AZƏRTAC xəbər verir ki, "Silahlı qarşıdurma zamanı dinc əhalinin müdafiəsi və Xocalı faciəsinin hüquqi aspektləri” mövzusunda keçirilən elmi konfransda Azərbaycanın Ukraynadakı səfiri Azər Xudiyev, institutun rəhbərliyi, diaspor fəalları və tələbələr iştirak ediblər.

Azərbaycan Respublikasının Ukraynadakı səfiri Azər Xudiyev bildirib ki, 28 il bundan əvvəl baş verən Xocalı soyqırımı təkcə azərbaycanlılara qarşı deyil, bütövlükdə insanlığa qarşı törədilmiş cinayətdir. "Biz Xocalı soyqırımının səbəblərini və nəticələrini daha geniş miqyasda dünya ictimaiyyətinə çatdırmaq işini davam etdiririk. Xocalıya ədalət Azərbaycanın dövlət siyasətidir”, - deyən diplomat bildirib. O qeyd edib ki, zamanında Xocalı soyqırımına ədalətli hüquqi qiymət verilsəydi, indi bir çox yerlərdə münaqişə zonaları yaranmazdı. Səfir bildirib ki, Ermənistanın Azərbaycana qarşı torpaq iddiaları tarixin müxtəlif illərində olub. Bu münaqişələrdə həmişə Azərbaycanın mülki şəxslərinə qarşı amansız vəhşiliklər törədilib. Hazırda Azərbaycanda hər doqquzuncu sakini qaçqın və ya məcburi köçkündür. Dağlıq Qarabağın Xocalı şəhərinin sakinlərinin kütləvi şəkildə məhv edilməsi bəşər tarixində bu vaxtadək insanlığa qarşı törədilən ən ağır cinayətlərdən biri kimi dəyərləndirilir. Xocalı qətliamı Xatın, Liditse, Oradur, Sonqmi, Ruanda və Serebrenitsadakı müdhiş hadisələrdən heç nə ilə fərqlənmir.

İnstitutun prorektoru Anatoli Timoşenko, ali təhsil ocağının direktoru Aleksandr Kovalenko, Çerniqov vilayəti Apellyasiya Məhkəməsinin sabiq sədri, hüquq elmləri doktoru Sadıq Tağıyev, Birləşmiş Ukrayna Azərbaycanlıları Konqresinin Çerniqov vilayəti üzrə sədri İsgəndər Vəliyev, konqresin gənclər təşkilatının sədri Ruslan Mikayılov, ehtiyatda olan polis polkovniki İbrahim Əliyev çıxış edərək bildiriblər ki, Xocalı həqiqətlərinin dünyaya çatdırılması, qətliama obyektiv qiymətin verilməsi istiqamətində görülən işlər ardıcıl xarakter daşıyır. Ermənilər tərəfindən azərbaycanlılara qarşı törədilən soyqırımına etiraz edənlərin sayı dünyanın hər yerində ildən-ilə artmaqdadır. Artıq bir neçə ölkə Xocalı soyqırımını tanıyıb və bu ölkələrin sırası genişlənməkdədir.

Sonra tədbirdə Heydər Əliyev Fondu tərəfindən hazırlanan Xocalı soyqırımına dair film nümayiş etdirilib.
Tədbirdən sonra Çerniqov şəhərinin mərkəzi parkında tədbir iştirakçıları soyqırımında həlak olanların xatirəsinə ehtiram olaraq şamlarla "Xocalı” sözünü yazıblar.

Tədbir yerli KİV-lər tərəfindən işıqlandırılıb.



NƏŞRLƏRİMİZ

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

HAVA PROQNOZU



VALYUTA


InvestAZ
ARXİV


TƏQVİM