20 Fevral 2020 10:09
634
SİYASƏT
A- A+

BMT-də keçirilən tədbirdə Dağlıq Qarabağ münaqişəsi barədə danışılıb


Fevralın 19-də Birləşmiş Millətlər Təşkilatının baş qərargahında Sosial İnkişaf Komissiyasının 58-ci sessiyası çərçivəsində "Daha ədalətli dünyaya doğru: Asiyada evsizlik, sosial müdafiə, yoxsulluq və çatışmazlıq problemlərinin həlli yolları” mövzusunda forum keçirilib.

AZƏRTAC xəbər verir ki, müxtəlif ölkələrin nümayəndələrinin qatıldığı tədbirdə Avropa Azərbaycanlılar Konqresinin prezidenti Sahil Qasımov çıxış edib.

O, çıxışında Azərbaycan-Ermənistan Dağlıq Qarabağ münaqişəsi, Ermənistanın Azərbaycana qarşı təcavüzü və erməni ordusunun 1992-ci ilin fevral ayında törətdiyi Xocalı soyqırımı haqqında məlumat verib. S.Qasımov Ermənistanın beynəlxalq hüququ ciddi şəkildə pozulması, Azərbaycan ərazisinin 20 faizinin erməni ordusu tərəfindən işğal olunmasını diqqətə çatdırıb. Deyib ki, Ermənistanın Azərbaycana qarşı təcavüzü zamanı, 1 milyon etnik azərbaycanlı öz doğma yurdlarından didərgin düşüb və onların fundamental hüquqları kobud şəkildə pozulub.
Münaqişə haqqında geniş məlumat verən S.Qasımov tədbir iştirakçılarının nəzərinə çatdırıb kı, BMT Təhlükəsizlik Şurası 1993-cü ildə Dağlıq Qarabağ münaqişəsi ilə bağlı dörd 822, 853, 874 və 884 saylı qətnamələrini qəbul edib. Vurğulanıb ki, bu qətnamələr Azərbaycan torpağlarının Ermənistan silahlı qüvvələri tərəfindən işğal edildiyini təsdiqləyir və işğal olunmuş ərazilərdən tamamilə və qeyd-şərtsiz çıxarılması tələb edir.

Azərbaycanın ərazi bütövlüyü və suverenliyinin bütün beynəlxalq ictimaiyyət tərəfindən tanındığı və dəstəkləndiyi halda beynəlxalq təşkilatların münaqişənin həllinə dair beynəlxalq hüququn norma və prinsiplərə əsaslanan çoxsaylı qərar və qətnamələri Ermənistan tərəfindən yerinə yetirilmədiyi qeyd olunub.

Tədbir çərçivəsində Avropa Azərbaycanlılar Konqresinə Dünya Sülh və Əminamanlıq Federasiyasının (FOWPAL) təsis etdiyi "Sülh” mükafatı təqdim edilib.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video