Alternative content

13:59 09 Aprel 2020
ONLINE XƏBƏR LENTİ
PAYIZ ETÜDLƏRİ - FOTO
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Gəncə şəhərinin Baş planının hazırlanmasına start verilib
Gəncə şəhərinin Baş planının hazırlanmasına start verilib
ANA SƏHİFƏ / İQTİSADİYYAT
03:49 20.02.2020


Prezident İlham Əliyevin göstərişinə əsasən, Dövlət Şəhərsalma və Arxitektura Komitəsi ölkə şəhərlərinin planlı və sistemli inkişafını təmin etmək məqsədilə baş planların hazırlanması işini davam etdirir.

Komitədən AZƏRTAC-a bildirilib ki, əhalisinə görə paytaxtdan sonra ikinci böyük şəhər olan Gəncənin Baş planının komitə tərəfindən hazırlanması prosesinə 2020-ci ildə start verilib. Layihə beynəlxalq tender vasitəsilə cəlb olunmuş Fransanın "Vasconi Architects by Thomas Schinko” şirkəti və "Azərdövlətlayihə” Dövlət Baş Layihə İnstitutu tərəfindən həyata keçiriləcək. Komandanın hazırlığı və şəhərə dair bəzi məlumatların ilkin analizi başa çatdıqdan sonra layihə icraçılarının rəhbərləri və ekspertlərin iştirakı ilə bu həftə komitədə ilk geniş tərkibli müzakirələr təşkil olunub.

Görüşdə şəhərin yol-nəqliyyat infrastrukturunun, mühəndis-kommunikasiya sisteminin, ətraf mühitinin, ekoloji durumunun və ictimai məkanlarının inkişafına dair konsorsium üzvlərinin ilkin yanaşmaları təqdim olunub. Eyni zamanda, layihənin icra qrafiki, habelə Gəncənin bugünkü çağırışları, gələcək siması və inkişaf hədəfləri barədə ətraflı fikir mübadiləsi aparılıb. İmzalanmış müqaviləyə əsasən, Baş planın hazırlanması layihəsinin 30 ay müddətində mərhələli şəkildə həyata keçirilməsi nəzərdə tutulub. Aparıcı beynəlxalq təcrübəyə uyğun olaraq ilkin mərhələdə Gəncə şəhərinin inkişaf konsepsiyasının hazırlanması planlaşdırılıb.

Bununla yanaşı, komitə tərəfindən Baş planın hazırlanmasına cəlb edilən yerli və beynəlxalq ekspertlərin Gəncəyə səfəri də təşkil olunub. Səfər çərçivəsində Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı və şəhərin inkişafında iştirak edən aidiyyəti dövlət təşkilatlarının nümayəndələri ilə görüşlər keçirilib, mövzuya dair ilkin müzakirələr aparılıb, şəhər infrastrukturuna yerində baxışlar təmin edilib.

Dövlət Şəhərsalma Arxitektura Komitəsi Bakı, Gəncə ölkənin bir çox digər şəhərlərinin sistemli davamlı inkişafında strateji əhəmiyyətə malik əsas şəhərsalma sənədi olan baş planların hazırlanması üzrə kompleks fəaliyyətini davam etdirir. Bu istiqamətdə işlərin müəyyən olunmuş müddətlər çərçivəsində yüksək peşəkarlıqla görülməsi məqsədilə komitə bütün resurslarını səfərbər edib prosesin Azərbaycan Respublikasının qanunvericiliyinin tələblərinə aparıcı beynəlxalq standartlara uyğun təşkili üçün bütün səylərini əsirgəməyəcək.



NƏŞRLƏRİMİZ

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

HAVA PROQNOZU



VALYUTA


InvestAZ
ARXİV


TƏQVİM