Alternative content

01:55 31 Mart 2020
ONLINE XƏBƏR LENTİ
PAYIZ ETÜDLƏRİ - FOTO
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Paytaxtın ictimai nəqliyyatı onun bugünkü müasir şəhər statusuna uyğun olmalıdır
Paytaxtın ictimai nəqliyyatı onun bugünkü müasir şəhər statusuna uyğun olmalıdır
ANA SƏHİFƏ / İQTİSADİYYAT
03:34 20.02.2020


Bakının dünyanın ən müasir və gözəl şəhərlərindən birinə çevrilməsi hamıya bəllidir. Bu günlə 15-20 il əvvəlki təkcə şəhər nəqliyyatını müqayisə edəndə fərqlər aydın qabarır. Yəqin çoxunun yadındadır ki, sınıq-salxaq mikroavtobuslar şəhərin yollarında az qala cıdır yarışına çıxardı, dayanacaqlardakı avtobusların hərəsinin qapısından bir uşaq sallanıb boğazını yırtaraq adamları "beşmərtəbə”yə, Əhmədliyə, Bayıla və digər istiqamətlərə haraylardı.

Ancaq Azərbaycan Prezidentinin islahatçı ruhu, yeniliklərə açıq olması bütün sahələr kimi, həlli qəliz bu məsələnin də yolunu tapmağa imkan verdi. Cəmi 5-10 il ərzində şəhər nəqliyyatının simasının büsbütün dəyişməsi buna sübutdur.

Dövlət başçısı Bakı Nəqliyyat Agentliyi İdarə Heyətinin sədri Vüsal Kərimlini qəbul edərkən səhər nəqliyyatı sistemində uğurlardan danışsa da, nailiyyətlərlə kifayətlənməməyi tövsiyə etdi: "Son beş il ərzində şəhərimizə yüzlərlə yeni avtobus gətirilib. Bu avtobusların hamısı dünyanın aparıcı şirkətlərinin istehsalıdır. Bu, bizim şüurlu seçimimizdir. Çünki Bakıda ən müasir texnologiyalar tətbiq edilməlidir, o cümlədən nəqliyyat vasitələrinin dünyanın ən yüksək standartlarına cavab verməsi əsas şərtlərdən biridir. Onu da bildirməliyəm ki, beş il bundan əvvəl Bakıya gətirilmiş ilk xarici istehsal olan avtobuslar hətta o avtobusların istehsal olunduğu ölkələrdə hələ xətlərə çıxmamışdı”.

Bəli, bu gün səhər nəqliyyatının müasir simasını formalaşdıran məhz Prezidentin qoyduğu tələblər, reallaşdırdığı islahatlardır. Hər il dövlət büdcəsindən bu sahəyə kifayət qədər vəsait ayrılır və şəhərə orta hesabla 300 avtobus gətirilərək istismara verilir. Eyni zamanda bir çox şirkətlər bu istiqamətdə önəmli addımlar atır.

Ümumiyyətlə, 5 il ərzində şəhərin ictimai nəqliyyat parkında 855 avtobus yenilənmişdir. Onlardan 600-ü dövlət başçısının göstərişinə əsasən, 2950-i isə daşıyıcılar tərəfindən paytaxta gətirilmişdir. Bununla paytaxtın avtobus parkının 40 faizə yaxını yenilənmişdir. Amma bu, kifayət deyil. Bundan sonra da hər il şəhərə 300 avtobus gətiriləcək və yaxın 3 ildə parkın yenilənməsi 100 faizə çatdırılacaq. Onu da qeyd edək ki, paytaxta gətirilən yeni avtobuslar ətraf mühitə daha az zərər verən sıxılmış təbii qazla (STQ) işləyir. Müqayisə üçün bildirək ki, Vyanada STQ ilə işləyən avtobuslar ümumiyyətlə yoxdur, Berlində bu istiqamətdə pilot layihəsi yeni tətbiq edilir, Moskvada 6475 avtobusdan cəmi 319-u, İstanbulda 3070 avtobusdan 239-u sıxılmış təbii qazla işləyir. Azərbaycan paytaxtında isə bu göstərici 600 avtobusdur.

Sözügedən qəbulda müzakirə olunan məsələlərdən biri də sərnişinlərin daha az vaxtda mənzilbaşına rahat və təhlükəsiz çatmasının vacibliyi oldu. Qeyd olundu ki, avtomobillərin yolda qanunsuz park etmələri, bəzən isə avtobus dayanacaqlarını taksilərin zəbt eməsi ciddi narahatlıq yaradır. Halbuki Bakı kimi meqapolislərdə yeni şəhər mədəniyyətinin formalaşması, yeni ənənələrin təşəkkül tapması vacibdir. Yəni heç kim başqa ölkələrin paytaxt şəhərlərində olduğu kimi, avtomobillərini istədikləri yerlərdə park edə bilməz. Gün ərzində 2 milyon 200 sərnişinin daşındığı Bakıda da qaydalara əməl etmək hər bir kəsin borcudur.

Dövlət başçısı son illər Bakıda tikilmiş körpülərin və yol qovşaqlarının bəlkə də misli-bərabəri olmadığını məxsusi vurğulasa da, şəhər nəqliyyatının əhali artımına uyğun şəkildə inkişaf etməsinin vacibliyini də qeyd etdi: "Odur ki, bundan sonra metro tikintisi, yeni qovşaqların inşası, Bakı dairəvi dəmir yolunun çəkilişinin başa çatdırılması, avtobus nəqliyyatının səmərəli fəaliyyəti - bütün bu nəqliyyat seqmentləri vahid bir mexanizm kimi işləməlidir”. Prezident vurğuladı ki, prinsip etibarilə elə bir avtobus xidməti olmalıdır ki, hətta şəxsi nəqliyyat vasitəsi olan insanlar da şəhər nəqliyyatı ilə hərəkət etməyə üstünlük versinlər: "Ona görə həm iki ildən sonra Azərbaycanda istehsal olunacaq "Avro-5” markalı benzinin bazara daxil olması bu sahədə çox böyük irəliləyişə səbəb olacaq, eyni zamanda, sıxılmış qazla və elektrik enerjisi ilə işləyən avtobusların ölkəmizə gətirilməsi, bunun üçün müvafiq infrastrukturun yaradılması zəruridir”.

Bahadur İMANQULİYEV,

"Azərbaycan”




NƏŞRLƏRİMİZ

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

HAVA PROQNOZU



VALYUTA


InvestAZ
ARXİV


TƏQVİM