20 Fevral 2020 03:32
816
İQTİSADİYYAT
A- A+

Qazaxda əhalinin işlə təminatı yaxşılaşır


Dövlət proqramlarının uğurlu icrası nəinki paytaxt Bakının, eləcə də kənd və qəsəbələrimizin simasını tamamilə dəyişmişdir. Bunu Qazax rayonunun timsalında da görmək olar.

Rayonda işsizliyi aradan qaldırmaq, əhalinin güzəranını yaxşılaşdırmaq da daim diqqətdə saxlanılır. Bu məqsədlə yerli və xarici investorlar rayona cəlb edilməklə yeni müəssisələrin yaradılmasına nail olunur. Məsələn, "Saloğlu” fərdi mebel firması istifadəyə veriləndən sonra burada 300 nəfərədək sakinin məşğulluğu təmin edilmişdir. Başqa bir misal. "Azərxalça” ASC tərəfindən xalça müəssisəsi, "Mətanət A” şirkətinin inşa etdiyi əhəng zavodu, İkinci Şıxlı kəndində "İnvestel GROUP” MMC-nin inşa etdiyi Aqropark, "GedikCarçı Qaynaq” LTD şirkətinin inşa etdiyi "Gedik-Carçı” Elektrod Zavodu yeni iş yerlərinin yaradılması baxımından böyük əhəmiyyət daşıyır.

İşsizliyin aradan qaldırılmasında kənd təsərrüfatının inkişaf etdirilməsi, əkin sahələrinin ildən-ilə genişləndirilməsi də mühüm rol oynamışdır. 2016-cı ildə cəmi 10 hektarda tütün yetişdirən rayon sakinləri 2017-ci ildə 50 hektarda, 2018-ci ildə 60 hektarda, 2019-cu uldə 65 hektar sahədə tütün əkmişlər.

Kartofçuluqla məşğul olan sakinlər də həm əkin sahələrini, həm də məhsuldarlığı ildən-ilə artıraraq yaxşı qazanc əldə edirlər. Əgər 2016-cı ildə rayonda 10 min 205 ton kartof tədarük olunmuşdusa, 2017-ci ildə 22 min ton, 2018-ci ildə 29 min 865 ton məhsul əldə edilmişdir. Keçən il sahibkarlar və sakinlər əkin sahələrini genişləndirərək məhsul istehsalını daha da artırmışlar.

Rayonda əhalinin işlə təminatında Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dayanıqlı və Operativ Sosial Təminat Agentliyinin nəzdində yaradılan "Dost İş Mərkəzi” MMC-nin də rolu böyükdür. Həmin mərkəz tərəfindən Qazax rayonu üzrə 420 nəfərin işlə təminatı həll edilmişdir.

Rayonda sosial məsələlərin də həllinə ciddi diqqət yetirilir. "Azərbaycan Respublikası regionlarının 2019-2023-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın həyata keçirilməsi üzrə hazırlanmış tədbirlər planında 145 çarpayılıq mərkəzi rayon xəstəxanasının tikintisi nəzərdə tutulmuşdu. Artıq xəstəxana demək olar ki, hazırdır. Elektrik enerjisi və mavi yanacaqla bağlı heç bir problem yoxdur.

Dövlət proqramında əksini tapan digər məsələlərdən biri də rayonda 11 məktəb binasının əsaslı təmiridir. Həmin məktəblərdən biri -Xalq yazıçısı İsmayıl Şıxlının adını daşıyan 1176 şagird yerlik Kosalar kənd tam orta məktəbi Heydər Əliyev Fondu tərəfindən təmir edilir. Qaymaqlı və Sarıvəlli kənd tam orta məktəblərində də əsaslı təmir işlərinə başlanılmışdır.

Rayon sakinlərinin içməli su probleminin həll istiqamətində də xeyli iş görülmüşdür. Qazaxbəyli, Ürkməzli, Xanlıqlar, Alpout, Kəmərli, Orta Salahlı, Daş Salahlı, Bala Cəfərli, Ağköynək, Qarapapaq, Çaylı, Bala Çaylı kəndlərində bu məsələ öz həllini tapmışdır. "Əkin sahələrinin suvarma suyu ilə təminatının yaxşılaşdırılmasına və əhalinin içməli suya olan tələbatının ödənilməsinə dair əlavə tədbirlər haqqında” ölkə rəhbərinin 12 fevral 2019-cu il tarixli sərəncamı bu sahədə görülən işlərə təkan vermişdir.

Sabir ƏLİYEV,

"Azərbaycan”

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video