20 Fevral 2020 03:32
440
İQTİSADİYYAT
A- A+

Qayğı işə həvəsi artırır


Ölkə rəhbərinin kənd təsərrüfatında ənənəvi sahələrin inkişafı ilə bağlı verdiyi tapşırıq və tövsiyələr Tərtər rayonu sakinlərinin də fəaliyyətini istiqamətləndirən mühüm amil olmuşdur. Onlar fədakarlıq göstərərək kənd təsərrüfatı məhsulları istehsalını ildən-ilə artırırlar. Pambıqçılıq sahəsində qazanılan nailiyyətlər isə xüsusilə ürəkaçandır.

Keçən il 3427 hektar sahədə pambıq əkilib-becərilmiş, bir çox çətinliklərə baxmayaraq, rayon ölkədə öncül mövqeyə çıxmış, təcrübə məktəbi yaranmışdır. Başqa sözlə, hər hektarın orta məhsuldarlığı 34,8 sentnerə çatmış, 12 min ton pambıq tədarük edilmişdir. Bu gəlirli sahə rayon iqtisadiyyatının inkişafına əhəmiyyətli təsir göstərir, eyni zamanda kənd əhalisinin faydalı məşğulluğunu təmin edir. Ötən il pambıqçılıq təsərrüfatlarında çalışanların sayı 4 min nəfərə yaxın, əldə edilən gəlir isə 8 milyon manat olmuşdur.

Prezident İlham Əliyev bu nailiyyəti pambıq mövsümünün yekunlarına həsr olunmuş respublika müşavirəsində yüksək qiymətləndirərək demişdir: "Tərtərdə pambıqçılıq sahəsində əldə edilmiş təcrübə öyrənilməlidir. Doğrudan da, çox böyük işlər görülübdür. Nəzərə almalıyıq ki, bu, düşmənlə üz-üzə yerləşən rayondur və tərtərlilər həmişə öz qəhrəmanlığını, vətənə bağlılığını göstərmişlər. 2016-cı ilin Aprel döyüşləri zamanı tərtərlilər hamı bir nəfər kimi öz torpaqlarını müdafiə etməyə qalxmışdılar. Bir nəfər də yerindən tərpənmədi. Bu, böyük qəhrəmanlıq və vətənə olan bağlılıqdır. Belə ağır vəziyyətdə işləmək və yüksək nəticələr əldə etmək doğrudan da yüksək qiymətə layiqdir. Onu da biz yaxşı bilirik ki, bədnam qonşular Tərtərin suyunu da kəsiblər. Ona görə bu ağır vəziyyətdə, demək olar ki, susuz bir vəziyyətdə belə yüksək məhsuldarlığı əldə etmək, əlbəttə ki, böyük hünərdir”.

Tərtər Subartezian Quyularının İstismarı İdarəsinin kollektivi də məmnundur ki, qazanılan nailiyyətlərdə onların da əməyi var. Dövlət başçısının qeyd etdiyi kimi, bədnam qonşularımız illərdən bəri işğal altında saxladıqları Sərsəng su anbarından su buraxmamaqla rayon ərazisində əkinlərin suvarılmasında ciddi problemlər yaradırlar. Odur ki, ümid subartezian quyularına qalır. Dövlət qayğısının göstəricisidir ki, rayon ərazisindəki mövcud 518 subartezian quyusunun 150-si məhz son illər qazılmışdır. Onların 13-ü keçən ilin payına düşür.

Bundan əlavə, ötən il qəzalı vəziyyətdə olan 4 subartezian quyusunun iş rejimi yenidən bərpa olunmuş, 207 subartezian quyusunun nasosları əsaslı təmir edilmiş, 37-sinin nasosları yenisi ilə əvəzlənmişdir. Xidmətimizdə olan 13.500 hektar əkin sahəsinin sudan korluq çəkməməsi üçün kollektivimiz, demək olar ki, il boyu gücləndirilmiş iş rejimi şəraitində çalışır. Onu da qeyd edim ki, "Meliorasiya və Su Təsərrüfatı” Açıq Səhmdar Cəmiyyəti hər bir müraciətimizə həssas yanaşır, idarəni zəruri mal-materiallarla, ehtiyat hissələri ilə təmin edir.

İndi təsərrüfatlarda qış aratının qızğın çağıdır. Yenə də kollektivimizin qayğılı günləridir. Yeni ilin nailiyyətlərinə indidən etibarlı bünövrə qoymaq, aqrotexniki tələblərə ciddi əməl etmək mühüm şərtdir. Kollektivimiz də bu əhvali-ruhiyyə ilə çalışır.

Əli ƏLİYEV,

Tərtər Rayon Subartezian Quyularının İstismarı İdarəsinin rəisi

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video