20 Fevral 2020 03:32
482
İQTİSADİYYAT
A- A+

Qüvvələr yeni vəzifələrin icrasına yönəlib


Keçən il İmişli rayonunun sosial-iqtisadi inkişafında müsbət nəticələr əldə olunmuşdur. İlkin hesablamalara görə, rayon üzrə 621,5 milyon manatlıqdan çox məhsul istehsal edilmiş və xidmət göstərilmişdir ki, bunun da 20,8 faizi kənd təsərrüfatı, 56,6 faizi sənaye, 12,7 faizi ticarət və ictimai iaşə, 1,3 faizi nəqliyyat, 8,5 faizi tikinti, 0,1 faizi rabitə sahələrinin payına düşür.

İmişli əsasən aqrar rayon olsa da, bu gün istehsal olunan sənaye məhsullarının xüsusi çəkisi ümumi məhsul buraxılışında üstünlük təşkil edir. Təkcə 2019-cu ildə 351,9 milyon manatlıqdan çox sənaye məhsulları istehsal edilmişdir ki, bunun da 96,5 faizi qeyri-dövlət sektoruna aiddir.

Son illər rayonda taxılçılıq əsas bitkiçilik sahəsi kimi qalmaqdadır. Belə ki, 2019-cu ilin məhsulu üçün 19038 hektar sahədə taxıl səpini aparılmışdır. Həmin sahənin 6322 hektarını arpa, 12716 hektarını buğda sahələri təşkil etmişdir. Bundan əlavə, təsərrüfatlarda 176,8 hektar sahədə kartof, 178 hektarda tərəvəz, 1411,5 hektarda yonca, 917,6 hektarda şəkər çuğunduru, 7492,3 hektarda pambıq, 5 hektarda darı, 3 hektarda çəltik, 164 hektarda dən qarğıdalı, 13 hektarda günəbaxan və 255,5 hektarda bostan məhsulları əkilmişdir. Əkinçilik və heyvandarlıq məhsulları istehsalına dair proqnozlar icra edilmişdir.

Rayonda kənd təsərrüfatının inkişafı ilə yanaşı abadlıq, tikinti, quruculuq işlərinə də xüsusi diqqət verilir. Ötən il İmişli şəhərində 48 mənzilli yeni yaşayış binası tikilmiş, əsas küçələrə yeni asfalt döşənmiş, Muradxanlı kəndində modul tipli, Aranlı və Qızılkənddə tam orta məktəb binalarının inşası yekunlaşmışdır.

Əhalinin fasiləsiz və etibarlı elektrik enerjisi ilə təchizatının yaxşılaşdırılması üçün xətlərdə yenidənqurma işləri aparılmış, istismar müddətini başa vurmuş dayaq və naqillər təzələnmiş, yeni güc mərkəzləri yaradılmışdır. Təbii qazla təchizata gəldikdə, keçən il 985 yeni fərdi ev, 13 qeyri-əhali sektoru qazlaşdırılmış, 39 yaşayış məntəqəsinin tam qazlaşdırılması təmin edilmişdir. Bundan əlavə, şəhərin bir neçə küçəsində və kəndlərdə fərdi qaztənzimləyici, siyirtmə və digər qurğular quraşdırılmış, qaz xətlərində isə təmir işləri aparılmışdır. İmişli şəhərinin bütün küçə və məhəllələri içməli su ilə də təmin olunmuşdur. Lakin kanalizasiya sisteminin quraşdırılması işləri davam edir.

2019-cu ildə sosial-iqtisadi inkişafın yekunlarının nəticələri göstərir ki, rayonda iqtisadiyyatın əsas sahələrinin inkişafı təmin edilmiş, abadlıq-quruculuq işləri həyata keçirilmiş, qarşıya qoyulan vəzifələrin icrası istiqamətində çoxsaylı müsbət göstəricilər əldə olunmuşdur. İndi qüvvələr yeni vəzifələrin icrasına yönəlib.

Lazım QULİYEV,

"Azərbaycan”

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video