Alternative content

11:15 05 Aprel 2020
ONLINE XƏBƏR LENTİ
PAYIZ ETÜDLƏRİ - FOTO
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Etilen-polietilen zavodu yenidən qurulur
Etilen-polietilen zavodu yenidən qurulur
ANA SƏHİFƏ / İQTİSADİYYAT
03:31 20.02.2020


"Azərikimya” İstehsalat Birliyinin Etilen-polietilen zavodunda elektrik təchizatı sistemi və köməkçi qurğular təkmilləşdirilir, texnoloji proseslər avtomatik idarəetmə sisteminə keçirilir. Bu, "Azərikimya” İB-də əsas məhsulların istehsalını iki dəfə, bəzi məhsulların istehsalını üç dəfə artırmağa imkan verəcəkdir.

Layihənin məqsədi Sumqayıt Kimya Sənaye Parkında inşa olunan yeni "SOCAR Polymer” kompleksinin zavodlarını dayanıqlı rejimdə etilen, propilen, saf hidrogen və enerji daşıyıcıları ilə təmin etməkdir. Layihənin icrası sayəsində zavodun istismar dövrü azı 20 il uzadılacaq, qurğuların etibarlılığı və səmərəliliyi artırılacaqdır.

Xatırladaq ki, inşaat işləri 2017-ci ildə başlanıb. Tikinti və montaj işlərinə əsasən Sumqayıt şəhərindən və ətraf regionlardan 2000 nəfərdən çox mütəxəssis cəlb olunub.

Yenidənqurma və modernləşdirmə layihəsinə baş podratçı qismində Technip FMC şirkətinin İtaliya və Benilyuks ofisləri cəlb olunub. Tikinti-quraşdırma işləri SOCAR-ın birgə müəssisəsi "Azfen” və Türkiyənin "Üstay” şirkətlərinə həvalə olunub. Ümumilikdə layihəyə dünyanın təxminən 50 ölkəsini təmsil edən 50-dən çox istehsalçı və podratçı şirkət cəlb edilmişdir.

"Azərikimya” İB və Dünya İqtisadi Forumu tərəfindən dünyanın ən çox rəqəmsallaşan 18 şirkəti sırasına daxil edilmiş SOCAR-ın Türkiyədəki analoji müəssisəsi olan "Petkim Petrokimya Holding A.Ş.” arasında əməkdaşlıq haqqında saziş də imzalanıb. Yeni qurğuların idarəetmə mexanizmlərini dərindən mənimsəmələri üçün istehsalçı şirkətlər gənc mühəndislərə təlimlər keçir, onları "Petkim Petrokimya Holding A.Ş.”yə ezam edir.

Etilen-polietilen zavodunda həyata keçirilən digər iri layihə buxar turbogenerator qurğusunun tikintisidir. Layihə başa çatdırıldıqdan sonra "Azərikimya” İB enerji tələbatını öz imkanları hesabına ödəməklə bərabər, SOCAR-ın digər müəssisələrinə və Sumqayıt şəhərinin digər istehlakçılarına elektrik enerjisi verməyə imkan yaranacaqdır. Hər iki layihənin cari ilin 3-cü rübündə yekunlaşması nəzərdə tutulur.

"Azərikimya” İB SOCAR-ın tərkibinə daxil edildikdən sonra Sumqayıt əhalisi üçün bir sıra mühüm sosial layihələr də həyata keçirmişdir. Şirkətin dəstəyi ilə "Kimyaçı” poliklinikası və Təcili Tibbi Yardım Mərkəzi yaradılmış, müasir tibb avadanlıqları ilə təchiz edilərək sakinlərin xidmətinə verilmişdir. Ötən il 17 saylı "Gül” uşaq bağçasında əsaslı təmir və yenidənqurma işləri aparılıb. Cüdo Təlim İdman Mərkəzinin binası və "Kimyaçı” mədəniyyət sarayı SOCAR-ın dəstəyi ilə əsaslı təmir olunub.

"Azərikimya” İB-nin əməkçiləri şəhərin məhəllə və mikrorayonlarını abadlaşdırmış, bir sıra məktəb və bağçaları təmir etmiş, şəhərin sənaye zonasında minlərlə ağac əkmişlər.

Akif ƏLİYEV,

"Azərbaycan”




NƏŞRLƏRİMİZ

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

HAVA PROQNOZU



VALYUTA


InvestAZ
ARXİV


TƏQVİM