20 Fevral 2020 03:30
1285
Mədəniyyət
A- A+

Tarix İnstitutunun kitabxanası zənginləşir


Fevralın 19-da Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Tarix İnstitutunda Azərbaycan Milli Kitabxanasının son illərdə nəşr olunan kitablarının elmi müəssisəyə təqdimetmə mərasimi keçirilib.

AZƏRTAC xəbər verir ki, tədbiri giriş sözü ilə açan Tarix İnstitutunun direktoru, akademik Yaqub Mahmudov Prezident İlham Əliyevin təşəbbüsü, çağırışları və tapşırıqları əsasında son illərdə Azərbaycan Milli Elmlər Akademiyasının Tarix İnstitutunda 500-ə yaxın tədqiqat əsərinin nəşr olunduğunu qeyd edib. O bildirib ki, institutun arxivi Azərbaycanın ən zəngin fondlarından biridir. Elmi müəssisəyə Paris, London, Berlin, Dehli, Moskva, Sankt-Peterburq, İstanbul, Ankara və digər yerlərdən minlərlə arxiv sənədi gətirilib.

Akademik diqqətə çatdırıb ki, Tarix İnstitutu Milli Kitabxana ilə sıx əməkdaşlıq edir.

"Hər il Tarix İnstitutunda çap olunan kitablar Milli Kitabxanaya təqdim edilir, kitabxana da onları dünya kitabxanalarına çatdırır. İnstitutda Qarabağın, İrəvanın, Naxçıvanın, habelə soyqırımlarının və itirilmiş torpaqların tarixi araşdırılaraq tarixi həqiqəti əks etdirən əsərlər yazılıb. Elmi müəssisə əsərlərin xarici dillərdə nəşr olunmasını və dünya ölkələrində yayılmasını diqqət mərkəzində saxlayır”, - deyə akademik Yaqub Mahmudov qeyd edib.

Azərbaycan Milli Kitabxanasının direktoru, professor Kərim Tahirov vurğulayıb ki, Milli Kitabxana nəinki Qafqazda, hətta Avropada və bütün dünyada ən böyük kitabxanalardan biridir. O bildirib ki, Milli Kitabxana dünyanın 70-ə yaxın kitabxanası ilə əməkdaşlıq edir. Beynəlxalq mübadiləyə əsasən kitabxana il ərzində 1600-dən çox kitab qəbul edir. Kitabxana da Azərbaycanı dünyada təbliğ etmək məqsədilə dünya kitabxanalarına nəşrlər göndərir.

"Çalışırıq ki, mübadilə zamanı tarix kitablarına xüsusi diqqət ayıraq. Tarix İnstitutunun xarici dillərdə nəşr olunan kitablarının kitabxanamıza təqdim edilməsi bizim bu sahədə işlərimizə böyük töhfədir. Kitabxanamız bir il ərzində 10-dan çox beynəlxalq kitab sərgisində iştirak edir”, - deyə professor Kərim Tahirov bildirib.

Akademik Nizami Cəfərov çıxışında Tarix İnstitutu ilə Azərbaycan Milli Kitabxanasının əməkdaşlığını yüksək qiymətləndirib. Diqqətə çatdırıb ki, Tarix İnstitutu Azərbaycan tarixini araşdıran, real tarixi faktları dünyaya çatdıran və gələcək nəsillərə ötürən bir mərkəzdir.

Akademik Nərgiz Axundova, Milli Kitabxananın direktor müavini Ədibə İsmayılova, tarixçi alimlər Cəbi Bəhramov, Hacı Həsənov, Kamran İsmayılov, Aypara Rüstəmova və başqaları çıxışlarında bildiriblər ki, bu gün Tarix İnstitutunun nəşrləri türk, rus, ingilis, alman, fransız, ispan, italyan, ərəb, gürcü, fars, erməni və başqa dillərdə oxunur. Azərbaycanın tarix elmi İrəvan xanlığına, Qarabağ və Naxçıvan tarixinə həsr olunmuş fundamental əsərlərdə erməni saxtakarlarını ifşa edib. Dövlət başçısı bütün bu uğurlara görə institutun 13 əməkdaşını Azərbaycanın Dövlət mükafatına layiq görüb.

Sonda Milli Kitabxana nəşrlərini Tarix İnstitutuna təqdim edib. Nəşrlər arasında "Azərbaycan kitabı” çoxcildliyi, "İslam”, "Multikulturalizm”, "Azərbaycanın tarixi abidələri və toponimləri”, "Azərbaycan Xalq Cümhuriyyəti”, "Azərbaycan xalçaları”, "Azərbaycan Milli Kitabxanası” və "Azərbaycanın görkəmli şəxsiyyətləri” seriyasından çoxsaylı fundamental biblioqrafiyalar var.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video