20 Fevral 2020 03:30
795
Mədəniyyət
A- A+

“Qarabağ: əcdadlarımızın mirası”


Azərbaycan İlahiyyat İnstitutunda (Aİİ) "Qarabağ: əcdadlarımızın mirası” sənədli filminin təqdimatı keçirilib.

Sənədli ekran əsəri Gənclər və İdman Nazirliyi, AMEA-nın A.A.Bakıxanov adına Tarix İnstitutu və "Virtual Qarabağ” İnformasiya-Kommunikasiya Texnologiyaları Gənclər İctimai Birliyinin birgə təşkilatçılığı ilə ərsəyə gəlib.

Aİİ rektoru, ilahiyyat üzrə fəlsəfə doktoru Ceyhun Məmmədov Ermənistanın işğal olunmuş Azərbaycan ərazilərində xalqımıza məxsus maddi-mədəni irsi məhv etməsinin yalnız ölkəmizə qarşı yönəlmədiyini, bunun eləcə də ümumbəşəri sivilizasiyaya qarşı törədilən vəhşilik, vandalizm aktı olduğunu, işğal edilmiş Azərbaycan ərazilərində erməni vandalları tərəfindən çox sayda məscid, muzey, maddi-mədəniyyət nümunəsinin yerlə-yeksan olunaraq dağıdıldığını bildirib. C.Məmmədov Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin və Birinci vitse-prezident xanım Mehriban Əliyevanın Azərbaycan həqiqətlərinin, Xocalı soyqırımının, bütövlükdə Qarabağ müharibəsi zamanı Azərbaycan xalqının başına gətirilən müsibətlərin dünya ictimaiyyətinə çatdırılmasında ardıcıl və məqsədyönlü tədbirlər həyata keçirdiklərini də vurğulayıb.

Gənclər və İdman Nazirliyinin əməkdaşı Hüseyn Babayev Azərbaycan, ingilis, rus dillərində istehsal edilən "Qarabağ: əcdadlarımızın mirası” sənədli filmi haqqında iştirakçılara məlumat verib. O qeyd edib ki, film vətənimizin ayrılmaz tərkib hissəsi olan doğma Qarabağ torpaqlarının, onun mədəni irsinin ölkəmizə, xalqımıza məxsusluğu, bu gerçək həqiqət haqqında erməni yalanlarının ifşa olunması, əzəli torpaqlarımıza Ermənistanın ərazi iddiaları haqqındadır. Bu məlumatların dünya ictimaiyyətinə obyektiv şəkildə çatdırılması sənədli filmin əsas məqsədini təşkil edir.

Filmdə Qarabağın yerləşdiyi coğrafi ərazi, onun təbiəti, əhalisi, mədəni irsi, Alban və İslam abidələri, burada mövcud olmuş qədim mədəniyyətlər barədə bəhs edilir. Həmçinin Orta əsrlərdə, xanlıq dövründə, XIX əsrdə, XX əsrin əvvəllərində, Azərbaycan Xalq Cümhuriyyəti və sovet hakimiyyəti zamanı Qarabağın vəziyyəti haqqında, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi nəticəsində ölkəmizə dəymiş ziyan, işğaldan azad olunmuş ərazilərdə abadlıq-quruculuq işləri barədə fakta söykənən görüntülü məlumatlar verilir. "Nə üçün Qarabağ bizə bu qədər doğmadır?” sualına filmin sonunda "Çünki Qarabağ sonuncu qaladır, çünki Qarabağ əcdadlarımızın mirasıdır”, - deyə cavab verilir.

"Qarabağ: əcdadlarımızın mirası” Azərbaycanda sözügedən bölgənin bütün tarixi dövrlərini və müasir işğal mərhələsini orijinal çəkilişlə, arxiv sənədləri və muzey materialları ilə əks etdirən modern formatda hazırlanmış ilk ümumi filmdir.

Yasəmən MUSAYEVA,

"Azərbaycan”

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video