Alternative content

13:12 31 Mart 2020
ONLINE XƏBƏR LENTİ
PAYIZ ETÜDLƏRİ - FOTO
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Gənclər dövlətin qayğısına öz töhfələri ilə cavab verir
Gənclər dövlətin qayğısına öz töhfələri ilə cavab verir
ANA SƏHİFƏ / SİYASƏT
03:28 20.02.2020


Tarixin bütün mərhələlərində cəmiyyətin inkişafı onun bilikli, savadlı, intellektual potensiala malik gəncliyinin düşüncəsindən, əməli fəaliyyətindən bəhrələnir, zamanın sınağından uğurla keçərək özünəməxsus iz qoyur. Ölkə gənclərinin müəyyən hissəsi Ermənistanın təcavüzkar siyasətinin qurbanları olan məcburi köçkün ailələrinin yetirmələridir. Təbii ki, onlar da dövlət gənclər siyasətindən bəhrələnərək cəmiyyətdə müəyyən mövqeyə sahib olurlar. Bəs bu kateqoriyaya malik gənclərimiz onlara göstərilən diqqət və qayğıya əməli fəaliyyətləri ilə necə cavab verirlər?

Kəlbəcər rayon Gənclər və İdman İdarəsinin rəisi Musa Məmmədovun fikrincə, Prezident İlham Əliyevin son 15 illik fəaliyyətinin ən böyük uğurlarından biri ölkədə milli ideyanın formalaşmasıdır. Bu gün respublikada həyata keçirilən siyasətin başlıca məqsədi modernləşmə mərhələsini sürətlə başa vuraraq Azərbaycanı hərtərəfli inkişaf etmiş ölkələr səviyyəsinə yüksəltmək, demokratik ideyaların tam möhkəmlənməsinə nail olmaq, yeni düşüncəli vətəndaş yetişdirməkdir.


Məqsəd yeni düşüncəli vətəndaş yetişdirməkdir


Həmsöhbətimin də qeyd etdiyi kimi, əsası Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulan gənclər siyasəti ölkə rəhbəri İlham Əliyev tərəfindən bu gün uğurla davam etdirilir. Həmin siyasət həm də Azərbaycan gəncliyinin inkişafına mühüm təkan verir.

Musa Məmmədov bildirdi ki, Azərbaycan Prezidenti İlham Əliyevin 2005-ci il avqustun 30-da "Azərbaycan Gəncliyi Dövlət Proqramının (2005-2009-cu illər) təsdiq edilməsi haqqında” imzaladığı sərəncam mühüm sənədlərdən biridir. Həmin proqram çərçivəsində görülən işlər gənclərin potensialından ölkənin mənafeyi naminə tam və düzgün istifadə olunması, onların faydalı məşğulluğunun təmin edilməsi, dövlət idarəçiliyi sistemində iştirakının gerçəkləşdirilməsi yönündə ciddi irəliləyişə gətirib çıxarıb: "Bu sərəncamdan irəli gələn vəzifələrin yerinə yetirilməsində kəlbəcərli məcburi köçkün gənclər də fəallıqları ilə diqqəti cəlb edirlər. Prezident İlham Əliyevin bu sahəyə olan xüsusi diqqəti özünü 2007-ci ilin "Gənclər ili” elan edilməsində də göstərdi. Belə ki, həmin il dövlət başçısı "2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı”nın təsdiq edilməsi barədə və 2011-ci ilin 6 aprelində "Azərbaycan gəncliyi 2011-2015-ci illərdə” Dövlət Proqramı haqqında sərəncamlar imzaladı. Gənclərin hərtərəfli inkişafını, cəmiyyət həyatında fəal iştirakını bir qədər də stimullaşdırmaq məqsədi ilə dövlət başçısı 19 dekabr 2011-ci ildə Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun yaradılması barədə sərəncam verdi. Dövlət başçısının gənclərə dəstək istiqamətində verdiyi mühüm qərarlardan biri də ölkədə ilk dəfə "Gənclər üçün Prezident Mükafatı”nın təsis edilməsi ilə bağlı imzaladığı sənəddir”.


Silsilə tədbirlər, qazanılan nailiyyətlər


Fəal kəlbəcərli gənclər ötən il Respublika Gənclər Günü münasibəti ilə Bakı Konqres Mərkəzində Azərbaycan Gənclərinin Ümumrespublika Toplantısında iştirak ediblər. 1500 ailəlik yeni qəsəbədə fəaliyyət göstərən Kəlbəcər İncəsənət Məktəbində "Gənclər günü” ilə əlaqədar keçirilən görüşdə fərqlənən 10 nəfər idmançı gəncimizə qiymətli hədiyyələr və fəxri fərmanlar təqdim olunub.

Bu, ilk növbədə uşaq və gənclərin hərbi-vətənpərvərlik tərbiyəsində mühüm məsələdir. Xocalı soyqırımı haqqında uşaq təxəyyülü ilə çəkilmiş rəsmlərə baxış keçirilib.

Novruz bayramı ilə əlaqədar təşkil olunan tədbirlərdə gənc aşıqların, musiqiçilərin, idarə və müəssisələrdə çalışan istedadlı gənclərin, eləcə də idmançıların iştirakı təmin edilib. Tədbirdə 62 nəfər idmançının bir-birindən maraqlı nömrələrlə çıxışları yadda qalıb. "31 Mart - Azərbaycanlıların Soyqırımı Günü”ndə rayonun 11 nömrəli tam orta məktəbində "Tariximizi unutmayaq” mövzusunda yuxarı sinif şagirdləri ilə birlikdə keçirilən tədbirdə erməni vandalizminin törətdiyi soyqırımı haqqında geniş məlumatlar çatdırılıb.

Gənclərdə vətənpərvərlik hissini gücləndirmək məqsədilə Qarabağ müharibəsi veteranları ilə görüşlər təşkil edilir. Hərbi xidmətə yol salınma mərasimlərində döyüş iştirakçıları çağırışçı gənclərlə vətənpərvərlik ruhunda geniş söhbətlər aparır, "Vətən bizi haraylayır” mövzusunda ictimaiyyətin iştirakı ilə geniş anma mərasimi keçirilir.


1127 məzun, 556 tələbə, 600 baldan yuxarı göstəricisi olan gənclər


"Azərbaycan gəncliyi 2017-2021-ci illərdə” Dövlət Proqramının müddəalarına əsasən narkomaniya və digər psixoaktiv maddələrin mənfi təsiri və sağlam qidalanma mövzusunda Kəlbəcər məktəblərindən 112 şagirdin iştirakı ilə keçirilən görüş də yaddaqalan olub. Ağdam rayonunun Quzanlı qəsəbəsində gənclər arasında keçirilən XI Azərbaycan çempionatının zona mərhələsində Kəlbəcər rayonunun gəncləri də iştirak edib.

Mühüm faktlardan biri də ötən il Bakı şəhərində gənclər arasında keçirilən kompüter oyunları üzrə XIII Azərbaycan milli çempionatının zona mərhələsi idi. 12 rayon komandası arasında keçirilən həmin yarışda kəlbəcərli gənclər II yerə layiq görülüb.

"Azərbaycanda islam dini və milli-mənəvi dəyərlər” mövzusunda təşkil edilən "dəyirmi masa”, "Ailə dəyərlərini qoruyaq”, "Gənclərin dünyaya inteqrasiyada rolu”, "Gənc sahibkarlara dəstək”, "Siqaretə yox deyək”, 2019-2020-ci tədris ilində ali məktəblərə qəbul olunan kəlbəcərli gənclərlə görüş (xatırladaq ki, ötən il Kəlbəcər rayonu üzrə 1127 məzundan 556-sı tələbə adını qazanıb. Onların 14 nəfəri 600-dən yuxarı bal toplayıb) və s. tədbirlər yaddaqalan olub.

30 oktyabr 2019-cu il tarixdə YAP Kəlbəcər rayon gənclər təşkilatı ilə birgə Cəbrayil rayonunun Cocuq Mərcanlı kəndinə "Qarabağ Azərbaycandır, nida” adlı keçirilən yürüşdə 50-dən artıq fəal kəlbəcərli gənc də iştirak edib.

2019-cu ildə respublika miqyaslı 13 müxtəlif idman tədbirinə 107 kəlbəcərli gənc qatılıb. Bu yarışlarda onların 12-si I, 9-u II, 9 nəfəri isə III yerə çıxaraq diplom və medallarla təltif edilib.

Məhəmməd NƏRİMANOĞLU,

"Azərbaycan”




NƏŞRLƏRİMİZ

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

HAVA PROQNOZU



VALYUTA


InvestAZ
ARXİV


TƏQVİM