Alternative content

02:47 31 Mart 2020
ONLINE XƏBƏR LENTİ
PAYIZ ETÜDLƏRİ - FOTO
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Onlar həvəslə fəaliyyət göstərirlər
Onlar həvəslə fəaliyyət göstərirlər
ANA SƏHİFƏ / CƏMİYYƏT
03:27 20.02.2020


Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin Sabunçu rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin 12 nömrəli kitabxana filialı şəhid Əvəz Paşayev adına Mədəniyyət evi ilə birgə gənc könüllülərlə görüş təşkil edib. Tədbir Sabunçu rayonunda fəaliyyət göstərən 4 saylı Bakı "Asan xidmət” mərkəzində keçirilib.

Filialın müdiri Vəsilə Məmmədli bildirib ki, Azərbaycan Prezidentinin 2019-cu il 30 dekabr tarixli sərəncamı ilə 2020-ci il "Könüllülər ili” elan edilib: "Könüllü” sözü XVII əsrdə Avropada meydana gəlib. O, könüllü əsgərlərə şamil olunub. Könüllülük fəaliyyəti ilk dəfə XVII əsrdə Fransa ordusunda başlayıb. Azərbaycanda könüllülük hərəkatının nəzərəçarpacaq yüksəlişi məhz Ümummilli Lider Heydər Əliyevin adı ilə bağlıdır. Belə ki, Ulu Öndərin müstəqil Azərbaycana rəhbərliyinin ilk illərindən başlayaraq, ölkənin hərtərəfli və davamlı inkişafı məqsədilə dövlət, özəl sektorlar, vətəndaş cəmiyyəti arasında əməkdaşlıq diqqət mərkəzində saxlanılıb.

Dünyada bu hərəkat get-gedə genişlənir. Hər 10 ildə 10 min könüllü artır. Azərbaycanda isə "Eurovision-2012” mahnı müsabiqəsi, 2015-ci il I Avropa Oyunları, 2017-ci il IV İslam Həmrəyliyi Oyunları, "Formula-1” və digər mötəbər və irimiqyaslı beynəlxalq tədbirlərə on minlərlə könüllü cəlb olunub.

Mədəniyyət evinin müdiri Kərim Kərimov çıxışında qeyd edib ki, ölkə rəhbərliyinin həyata keçirdiyi məqsədyönlü və ardıcıl siyasət nəticəsində gənclər bu gün demokratikləşmə prosesində, mədəniyyət, incəsənət, elm və idman sahələrində inamla irəliləyir, zəngin mədəni irsimizin qorunub saxlanması və inkişaf etdirilməsi yolunda mühüm addımlar atırlar: "Parlaq gələcəyimizin təminatçısı olan gənclər Azərbaycanın sürətli inkişafı naminə bütün güclərini toplamalı, vətənin inkişafı üçün səylə çalışmalıdırlar. Doğma Azərbaycanın ərazi bütövlüyünün təmin olunmasında, işğal edilmiş torpaqlarımızın azadlığı uğrunda mübarizədə onlara qələbələr qazanmağı və gənclik həvəsi ilə bundan sonra da vətənə ləyaqətlə xidmət etməyi arzu edirəm”.

Gənc istedad Mirsahil Məmmədli mahnılar ifa edib. Sonda gənc könüllülərə filialdan kitablar hədiyyə olunub.

M.NƏRİMANOĞLU,

"Azərbaycan”




NƏŞRLƏRİMİZ

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

HAVA PROQNOZU



VALYUTA


InvestAZ
ARXİV


TƏQVİM