20 Fevral 2020 03:25
1455
İDMAN
A- A+

Ötən il idmançılarımız 775 medal qazanıblar


Gənclər və İdman Nazirliyinin təşkilatçılığı ilə 2019-cu ildə respublikada fəaliyyət göstərən federasiyalarla birlikdə ölkəmizdə 233 respublika, 62 beynəlxalq yarış keçirilib, 243 beynəlxalq yarışda yığma komandalarımızın iştirakı təmin olunub. Millilərimiz 12 gündən az olmayaraq 118 təlim-məşq toplanışında iştirak ediblər. Ötən il idmançılarımız 271-i qızıl, 238-i gümüş və 266-sı bürünc olmaqla, ümumilikdə 775 medal qazanıblar. Olimpiya idman növləri üzrə 90 qızıl, 96 gümüş, 141 bürünc, qeyri-olimpiya idman növləri üzrə isə 181 qızıl, 142 gümüş və 125 bürünc medal əldə olunub.

***

Respublikanın şəhər və rayonlarında 45 Olimpiya İdman Kompleksi fəaliyyət göstərir. Tərtər və Yardımlı Olimpiya İdman kompleksləri istifadəyə hazırdır. Goranboy və Neftçala Olimpiya İdman komplekslərinin tikintisi davam etdirilir. Gəncədə isə idman sarayı inşa olunur. Yevlax Olimpiya İdman Kompleksinin layihələndirilməsi başa çatdırılıb. Səkkiz idman zalının tikintisi davam etdirilir.

***

Ötən il idmançılarımız böyük uğurlara imza atıb. Qrossmeyster Teymur Rəcəbov Dünya kubokunun qalibi olub. On altı yaşadək şahmatçılardan ibarət komandamız Olimpiadanın qızıl, şahmat üzrə qadınlardan ibarət yığmamız isə Avropa komanda çempionatında ermənilər üzərində inamlı qələbə qazanaraq bürünc medala sahib olublar. Qadın güləşçimiz Mariya Stadnik, taekvandoçumuz Milad Bergi Hərçeqani, triatlonçumuz Rostislav Pevtsov dünya, atlet Nazim Babayev Avropa çempionları adına sahib olublar. Bu il ölkəmiz futbol üzrə Avropa çempionatının qrup mərhələsinin üç oyununa və bir dörddəbir final matçına, "Formula-1” Azərbaycan Qran-prisinə, karate üzrə 55-ci Avropa çempionatına, U-16 Dünya Şahmat Olimpiadasına, bədii gimnastika, idman və batut gimnastikası üzrə dünya kuboku yarışlarına, aerobika və idman gimnastikası üzrə dünya çempionatlarına və digər yarışlara evsahibliyi edəcək.

***

İdmançılarımız Minskdə təşkil olunan II Avropa Oyunlarında 28, İtaliyanın Neapol şəhərində XXX Ümumdünya Universiadasında 7, Bakıda keçirilən Avropa Gənclər Olimpiya Festivalında 23 medal qazanıblar. "Tokio 2020”yə velosiped və gimnastika idman növlərində ilk dəfə Azərbaycan idman məktəbinin yetirmələri vəsiqə əldə ediblər. Azərbaycan Gimnastika Federasiyası qarşıya qoyulmuş məqsədə tam nail olaraq maksimum sayda lisenziya qazanıb. Üzgüçülük üzrə yığma komandamızın üzvü ilk dəfə yarışlarda normativləri yerinə yetirməklə özlərinə lisenziyanı təmin edib. Badminton, qılıncoynatma, taekvando, cüdo, ağır atletika, triatlon, kamandan oxatma, boks, karate idman növlərində də lisenziya qazanmaq şanslarımız böyükdür.

"Azərbaycan”

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video