Alternative content

02:36 04 Aprel 2020
ONLINE XƏBƏR LENTİ
PAYIZ ETÜDLƏRİ - FOTO
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Nəsildən gələn fitrət
Nəsildən gələn fitrət
ANA SƏHİFƏ / Mədəniyyət
03:23 20.02.2020


"Şəfəq” qəzetinin əməkdaşı Məzahir Məmmədovla söhbətimizin birində mənə fitri istedad sahibi olan bir qızdan söz açmışdı. Dəfələrlə Qubaya səfərim olsa da, onun dediyi xanımın barəsində məlumatım şifahi olaraq qalırdı.

Bu günlərdə Məzahir müəllimlə birlikdə gənc qubalı istedadı daha yaxından tanımaq mənə də nəsib oldu.

Bir tarixi xatırlasaq yerinə düşər. "Qızıl Quba” ("Şəfəq” qəzetinin əvvəlki adı) qəzetinin 7 iyun 1959-cu il tarixli sayında dərc olunmuş "Gənc istedad” başlıqlı məqalə hələ o vaxt çoxlarının marağına səbəb olmuşdu. Həmin yazıda Ələsgər Qadaşov adlı bir məktəblinin fitri istedadından, onun qubalı şair Yusif Həsənbəyin sözlərinə bəstələdiyi "Var sənin” mahnısını necə gözəl ifa etməsindən və tamaşaçılar tərəfindən gurultulu alqışlarla qarşılanmasından bəhs edilirdi.

O vaxtdan illər ötsə də, həmin saralmış qəzet parçası hələ də ailə tərəfindən qorunub-saxlanır. Belə ki, musiqiçinin qardaşı qızı Günəş Hacıbalayeva bu ənənəni uğurla davam etdirir, fortepiano müəllimi Solmaz Bədəlovanın etimadını hər vəchlə doğrultmağa çalışır, Azərbaycan və dünya bəstəkarlarının əsərlərini həvəslə öyrənir.

Hazırda o, Quba İncəsənət Məktəbinin VI sinfində oxuyur. Günəş bu illər ərzində bir çox respublika və rayon səviyyəli müsabiqələrdə iştirak edib. Ən yaddaqalanı isə Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyası Orta Musiqi Məktəbində bəstəkar Qara Qarayevin 100 illiyinə həsr olunmuş "Pianoçuların V Respublika Elmi-İfaçılıq müsabiqəsi” olub. Müsabiqədə çıxış edən Günəşin Q.Qarayevin "Altı uşaq pyesi” silsiləsindən "Fikirli”, "Oyun”, eləcə də, İ.S.Baxın, Y.Haydın, P.Çaykovskinin, A. Bartenin əsərlərini fortepianoda xüsusi peşəkarlıqla ifa etməsi münsiflər heyəti tərəfindən yüksək qiymətləndirilib. Elə bu nailiyyətinə görə balaca istedad sahibi həvəsləndirici fəxri fərmanla təltif olunub. Eyni zamanda, Günəş Qubada və qonşu rayonlarda keçirilən müsabiqələrdə iştirak edərək uğurlu nəticələr əldə edib.

Məzahir Məmmədov bizimlə söhbətində bildirdi ki, Günəş təhsil aldığı şəhid Hikmət Hüseynov adına şəhər 4 saylı tam orta məktəbdə dərslərə çalışqanlığı ilə də seçilir. Müəllimlər ondan çox razıdırlar. Onun musiqi istedadı təhsilində də özünü büruzə verir. Dərs əlaçısı olan Günəş VI sinifdə oxumasına baxmayaraq, məktəbin ictimai həyatında yaxından iştirak edir.

Akif ƏLİYEV,

"Azərbaycan”




NƏŞRLƏRİMİZ

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

HAVA PROQNOZU



VALYUTA


InvestAZ
ARXİV


TƏQVİM