Alternative content

03:53 04 Aprel 2020
ONLINE XƏBƏR LENTİ
PAYIZ ETÜDLƏRİ - FOTO
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Filologiyanın mürəkkəb sahələrinin tədqiqatçısı
Filologiyanın mürəkkəb sahələrinin tədqiqatçısı
ANA SƏHİFƏ / Mədəniyyət
03:23 20.02.2020


Əslən şamaxılı idi. 1920-ci ilin 17 fevralında Şamaxının Məlikçobanlı kəndində dünyaya gəlmişdi. İlk təhsilinə də bu kənddə - Məlikçobanlıda başlayıb. Sonra Ucarın Yuxarı Şilyan kənd orta məktəbində oxuyub. Əlövsət Abdullayev ədəbiyyata, doğma dilə sevgi hissi ilə böyüyüb. Bu hisslər onu 1936-cı ildə Şamaxı Pedaqoji Texnikumuna aparıb. 1939-cu ildə həmin məktəbi əla qiymətlərlə bitirib. Bir il kənddə müəllim işləyib. Sonra Bakıya gəlib. Azərbaycan Dövlət Universitetinin Filologiya fakültəsinə daxil olub.

Böyük Vətən müharibəsi başlayanda təhsilini yarımçıq qoyaraq cəbhəyə yollanıb. Döyüşlərin birində ağır yaralanan Əlövsət Abdullayev ordudan tərxis olunub. Müalicə olunub, yaraları sağaldıqdan sonra doğma kəndinə qayıdıb. Dörd il - 1942-1946-cı illərdə Məlikçobanlı kəndində bir zamanlar şagirdi olduğu məktəbdə direktor işləyib.

Müharibə qələbə ilə başa çatdıqdan sonra təhsilini davam etdirmək arzusu ilə yenidən paytaxta gəlib. Azərbaycan Dövlət Universitetinin Filologiya fakültəsində oxuyub. Məzunu olduğu bu ali təhsil ocağına ömürlük bağlanıb. Aspiranturaya qəbul olunub. Ömrünün sonunadək davam edəcək elmi-pedaqoji fəaliyyətinə bundan sonra başlayıb.

Əlövsət Abdullayev 1954-cü ildə "Müasir Azərbaycan dilində xüsusiləşmələr” mövzusunda namizədlik dissertasiyası, 1963-cü ildə isə müasir dilçiliyimizin çox az tədqiq olunmuş sahəsindən - tabeli mürəkkəb cümlələrdən doktorluq dissertasiyası müdafiə edib.

Onun əlli illik əmək fəaliyyətinin qırx ilə qədəri universitetlə bağlı olub. Burada tələbəlikdən professorluğadək uzun və çətin bir yol keçib. 1962-1967-ci illərdə universitetin Filologiya fakültəsində dekan işləyib. 1972-1976-cı illərdə Azərbaycan Dövlət Universitetinin prorektoru vəzifəsində çalışıb. 1967-1985-ci illərdə həmin ali məktəbin Azərbaycan dilçiliyi kabedrasının müdiri olub.

Əlövsət Abdullayevlə eyni vaxtlarda filologiya elminin mürəkkəb sahələrinin tədqiqatçısı olmuş akademik Ağamusa Axundov onu "çətin mövzular tədqiqatçısı” adlandırıb. Alim dilçilik elminin müxtəlif sahələrində tədqiqatlar aparıb. Dilçiliyin sintaksis, morfologiya, orfoepiya, etimologiya, nitq mədəniyyəti və digər sahələrini araşdıran Əlövsət Abdullayev Azərbaycan dilinin ən aktual problemləri üzrə 140-dan çox əsərin, o cümlədən 15-dən artıq tədris ədəbiyyatı və monoqrafiyanın müəllifi və ya həmmüəllifidir. İlk dəfə Əlövsət Abdullayev tərəfindən xüsusiləşmə və əlavə kateqoriyaları, ədatlar, predikativlər, qarışıq tipli mürəkkəb cümlələr, tabeli murəkkəb cümlələrin tərkib hissələrinin transformasiya hadisəsinə uğraması və digər məsələlər işlənib, ali məktəb proqramlarına daxil edilib. Onun tədqiqatları dərinliyi və elmi yenilikləri ilə maraq doğurub.

Mütəxəssislər Əlövsət Abdullayevin "Müasir Azərbaycan dilində tabeli mürəkkəb cümlələr” monoqrafiyasını gərgin axtarışların bəhrəsi kimi dəyərləndirirlər. Həmin əsər ölkə türkoloqları tərəfindən böyük maraqla qarşılanıb. Həmçinin alim iki böyük akademik nəşrin - "Azərbaycan dilinin qrammatikası” və "Müasir Azərbaycan dili”, eləcə də dördcildlik "Müasir Azərbaycan dili” dərsliyinin müəlliflərindən biridir. Sonuncu fundamental əsərə görə Əlövsət Abdullayev 1974-cü ildə Azərbaycan Respublikasının Dövlət mükafatına layiq görülüb. O, 1992-ci ildən isə Əməkdar elm xadimi idi.

Mükafatları arasında Azərbaycan SSR Ali Sovetinin fəxri fəmanı (1969), SSRİ Ali Sovetinin "Əmək igidliyinə görə” (1970), "Böyük Vətən müharibəsində Almaniya üzərində qələbəyə görə” medalları və digər təltifləri də var.

Onun əsərləri sonralar ayrı-ayrı dərslik və dərs vəsaitləri kimi nəşr olunub, kitabları tələbələrin, müəllimlərin elmi mənbələrinə çevrilib. Azərbaycan filoloji elminin neçə-neçə görkəmli alimi Əlövsət Abdullayevi özlərinə məktəb hesab ediblər.

Əlövsət Abdullayev ictimai işlərdə də fəallığı ilə seçilib. Azərbaycan Milli Elmlər Akademiyası Nəsimi adına Dilçilik İnstitutunun və universitetin elmi şuralarının, Azərbaycan Ensiklopediyasının redaksiya şurasının, Respublikada Azərbaycan Dilinin Tətbiqi və Əlifba komissiyalarının üzvü seçilib. Həmçinin Bakı Dövlət Universitetinin "Elmi əsərləri”nin Dil və ədəbiyyat seriyasının baş redaktoru, universitetin ümumi, humanitar elmlər, filologiya elmləri doktoru və namizədi dərəcələri verən şuralarının, Azərbaycan Elmlər Akademiyası Dilçilik İnstitutunun, respublika Elmlər Akademiyası Rəyasət Heyəti yanında dilçilik üzrə əlaqələndirmə şuralarının, Azərbaycan Təhsil Nazirliyinin tədris metodika şurasının üzvü olub.

Alim yalnız respublikamızda deyil, onun hüdudlarından kənarda da elmi əsərləri ilə tanınıb. O, bir sıra ümumittifaq və beynəlxalq məclislərdə Azərbaycan dilçilik elmini təmsil edib. Dilçi alim müxtəlif illərdə Bakı, Moskva, Sankt-Peterburq, Səmərqənd, Kazan və Tbilisidə keçirilmiş elmi konfranslarda, Berlində, Ankarada, İstanbulda, Daşkənddə beynəlxalq qurultay və konqreslərdə iştirak edib, məruzələr oxuyub.

Əlövsət Abdullayev 1993-cü ilin 28 mayında Bakıda vəfat edib. Alim-pedaqoq neçə-neçə tələbə yetişdirib, rəhbərliyi altında iyirmi üç namizədlik, üç doktorluq dissertasiyası müdafiə edilib. Bu gün yetirmələri Əlövsət Abdullayevin yolunu davam etdirirlər. Alimi tanıyanlar onu xeyirxah əməlləri, insanpərvərliyi, səbri, təmkini, uzaqgörənliyi ilə yada salırlar.

Zöhrə FƏRƏCOVA,

"Azərbaycan”




NƏŞRLƏRİMİZ

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

HAVA PROQNOZU



VALYUTA


InvestAZ
ARXİV


TƏQVİM