Alternative content

11:00 02 Dekabr 2020
ONLINE XƏBƏR LENTİ
00:44 02.12.2020 BİLDİRİŞ
00:43 02.12.2020 BİLDİRİŞ
00:43 02.12.2020 BİLDİRİŞ
PAYIZ ETÜDLƏRİ - FOTO
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Novruzgülünün açdığı ay
Novruzgülünün açdığı ay
ANA SƏHİFƏ / Mədəniyyət
03:22 20.02.2020


Kiçik çillə fevralın 20-dən meydanı Boz aya verir. "İlin qırxlı çağı” da deyilən Boz ay martın 21-dək davam edir.

Qədimdə xalq arasında qışı müəyyən zamanlara bölüblər. Onlara adları isə təsadüfən verməyiblər. Boz ay eyni gündə buludlu, yağışlı, küləkli, həm də günəşli olduğu üçün belə adlandırılıb. Yəni "Boz ay” ifadəsi həmin dönəmdə hava şəraitinin digər aylarla müqayisədə daha tez-tez dəyişməsi ilə əlaqədardır. Bir gündə dörd fəsil özünü göstərdiyi üçün bu aya xalq arasında "alaçalpov”, "çilləbeçə”, "ağlar-gülər”, "cəmlələr” də deyirlər.

Təqvimdə özünəməxsus yeri olan Boz ayla bağlı xalq arasında rəvayətlər dolaşır. Onlardan birində deyilir ki, qədim dövrlərdə insanlar ili hesablamaq üçün on iki aya bölüblər. Hər aya otuz iki gün, Boz aya on dörd gün düşüb. Boz ayın incidiyini görüb hər ay öz ömründən bir gün ona verib. Amma Boz ay yenə narazı qalıb. Onda ayların bəzisi yenə ömründən bir gün ona verib. Boz ay buna da qane olmayıb. Belə olduqda ayların bəzisi bir gününü də Boz aya bağışlayıb. Ancaq bu dəfə ayların çoxu öz ömründən daha bir gün kəsməyə razı olmayıblar. Həmin rəvayətə görə, ayların bəzisinin otuz, bəzisinin otuz bir gün olmasının səbəbi də budur. Folklorşünaslar bildiriblər ki, xalq arasında doğrudan da, belə təqvimin olduğu bir tapmacada da təsdiqini tapıb:

Bir ağacım var

On iki budaqlı,

Otuz iki yarpaqlı.

Rəvayətə əsasən, hər aydan pay aldığı üçün Boz ayın havaları dəyişkəndir.

Qışdan yaza keçid dövrü olan bu aya "bayram ayı” da deyirlər. Çünki çərşənbə bayramları Boz ayda keçirilir. Belə ki, xalq arasında bu ayın dörd çərşənbəsi müqəddəs hesab edilir və təbiətin canlanmasında mühüm rol oynamış dörd ünsür - su, torpaq, yel və odun adı ilə əlaqələndirilir. Dörd çərşənbənin - su çərşənbəsi, od çərşənbəsi, yel çərşənbəsi və bəzən "ilaxır çərşənbə” də deyilən torpaq çərşənbəsinin hər biri xüsusi mərasimlərlə qeyd olunur.

Qədim zamanlardan Boz ayın gəlişi ilə Novruzun ilk çərşənbəsinə - Su çərşənbəsinə hazırlıqlara başlanılır. Qeyd edək ki, bu il Su çərşənbəsi fevralın 25-nə təsadüf edir.

Boz ayla bağlı folklorşünas Bəhlul Abdulla yazıb: "Boz ay çilləbeçələrə bölünür. Etiqada görə, çərşənbələrdən birinci üçünə "oğru buğ” ("oğru üskü”), ikinci üçünə "doğru buğ” ("doğru üskü”), sonuncuya isə ilaxır çərşənbə deyilir. Bu çərşənbələrin hər birinin ayin və mərasimləri vardır. Məsələn, torpağa dəyən ilk "oğru buğ”da adamlar tonqal üstündən hoppanmaqla yanaşı, öncədən düzəltdikləri lopanı alışdırıb üç kərə ev-eşiyin çevrəsinə dolandırıb "Qaçın-qaçın, şeytanlar, sizi oda qalaram” deyərmişlər. Ayinə görə, şər qüvvələr qorxub qaçarmışlar”.

Boz ay bayram mərasimləri ilə olduqca zəngindir. Bu ayda bayram səmənisi qoyulur. Evlərdə təmizlik işləri görülür, yır-yığış edilir, xalça-palazlar çırpılır. Bağ-bağçalara əl gəzdirilir, ağaclar budanır. Bayram tədarükü görülür, alış-veriş edilir.

Bu ayın dəyişkənliyi qışdan yaza keçidlə, təbiətin oyanışı ilə əlaqədardır. Bununla bağlı da müxtəlif ifadələr, deyimlər yaranıb. "Boz ay kimi qərarsız” deyimi də bu mənada söylənilir. Başqa bir deyim isə belədir: "Boz ay bozara-bozara keçər”.

Boz ayın gəlişi ilə havalar tədricən isinməyə başlayır. Bahar müjdəçisi novruzgülü də Novruz bayramı ərəfəsində açır. Etnoqraflar bu gülün kiçik çillənin sonu, Boz ayın əvvəlində açdığını da qeyd edirlər. Məlumata görə, hətta qış mülayim, qarsız-boransız ötsə belə, novruzgülü Boz aydan qabaq açmır. Qış sərt keçəndə də Boz ayın əvvəlində güneylərdə qarın altından zərif çiçəklər boylanır.

Z.FƏRƏCOVA,

"Azərbaycan”





NƏŞRLƏRİMİZ

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

HAVA PROQNOZU



VALYUTA


InvestAZ
ARXİV


TƏQVİM