19 Fevral 2020 23:33
453
SİYASƏT
A- A+

Mərkəzi Seçki Komissiyasının iclası keçirilib


Fevralın 19-da Məzahir Pənahovun sədrliyi ilə Mərkəzi Seçki Komissiyasının (MSK) növbəti iclası keçirilib.

MSK Katibliyinin Media və ictimai əlaqələr şöbəsindən AZƏRTAC-a verilən məlumata görə, əvvəlcə komissiyanın 10 fevral 2020-ci il tarixli iclasının protokolu təsdiq olunub.

Sonra 2020-ci il fevralın 9-da keçirilmiş Azərbaycan Respublikasının Milli Məclisinə seçkilərlə əlaqədar maraqlı subyektlərin və ərizəçilərin də iştirakı ilə MSK-ya daxil olan müraciətlərə baxılıb. Komissiya apardığı geniş, hərtərəfli və şəffaf araşdırma prosesi istiqamətindəki qəti mövqeyinə sadiq qalaraq, təqdim olunan əlavə görüntüləri birbaşa iclasın gedişində nümayiş etdirib və aparılan müzakirələrin ardınca seçki qanunvericiliyinin tələblərinə uyğun qərarlar qəbul edib.

Qeyd etmək lazımdır ki, sosial şəbəkələr də daxil olmaqla müxtəlif mənbələrdən olan məlumatların araşdırılması və müraciətlərə baxılması nəticəsində seçicilərin iradəsinin müəyyənləşdirilməsinə imkan verməyən hallar və digər qanunazidd hərəkətlər nəzərə alınaraq, 30 saylı Suraxanı birinci seçki dairəsinin 1, 12, 14, 16 və 18, 47 saylı Mingəçevir seçki dairəsinin 9, 17 və 21, habelə 90 saylı Ağdaş seçki dairəsinin 6 və 7 saylı seçki məntəqələri üzrə səsvermənin nəticələri ləğv olunub.

Beynəlxalq müşahidə missiyalarının, xarici qurumların və kütləvi informasiya vasitələrinin nümayəndələrinin iştirak etdiyi iclasda cari məsələlərə də baxılıb.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video