Alternative content

13:32 31 Mart 2020
ONLINE XƏBƏR LENTİ
PAYIZ ETÜDLƏRİ - FOTO
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV İstanbulda Xocalı soyqırımı qurbanlarının xatirəsi yad edilib
İstanbulda Xocalı soyqırımı qurbanlarının xatirəsi yad edilib
ANA SƏHİFƏ / SİYASƏT
19:55 19.02.2020

Fevralın 19-da İstanbulda Xocalı soyqırımının 28-ci ildönümü ilə əlaqədar tədbir keçirilib.

AZƏRTAC xəbər verir ki, mərasimdən əvvəl Xocalı faciəsinin dəhşətlərini əks etdirən fotoşəkillərdən ibarət sərgi nümayiş olunub, bu soyqırımı zamanı qətlə yetirilmiş 63 uşaqdan bəhs edən, 4 dildə nəşr olunmuş "Onlar heç vaxt böyüməyəcəklər” kitabı təqdim edilib.

Azərbaycan İlahiyyat İnstitutu (Aİİ), İstanbul Beyoğlu Bələdiyyəsi, Türk Ocaqları İstanbul Şöbəsi və "Erməni təcavüzünün tanıdılması" İctimai Birliyinin birgə təşkilatçılığı ilə baş tutan tədbirdə Xocalı soyqırımı qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib, Azərbaycanın və Türkiyənin dövlət himnləri səsləndirilib.

Anım mərasimində çıxış edən İstanbulun Beyoğlu Bələdiyyəsinin sədri Haydar Ali Yıldız, Beyoğlu icra başçısı Mustafa Demirelli, ölkəmizin İstanbuldaki baş konsulu Məsim Hacıyev, Türk Ocaqları İstanbul Şöbəsinin rəhbəri Cezmi Bayram, Aİİ-nin elm və innovasiyalar üzrə prorektoru Aqil Şirinov və "Erməni təcavüzünün tanıdılması” İctimai Birliyinin sədri, jurnalist Səriyyə Cəfərova Xocalı soyqırımı zamanı yüzlərlə günahsız insanın ermənilər tərəfindən amansızlıqla qətlə yetirildiyini xatırladıblar. Qeyd edilib ki, Ermənistanın hərbi-siyasi təcavüzü dünya ictimaiyyəti tərəfindən qınanmalı, beynəlxalq təşkilatlar, dünya dövlətləri ermənilərin Azərbaycan torpaqlarında törətdiyi Xocalı və bu kimi soyqırımı hadisələrinə beynəlxalq siyasi-hüquqi qiymət verməlidirlər. Xocalı soyqırımını ermənilərin tarixboyu törətdikləri ən böyük vəhşiliklərdən biri kimi dəyərləndirən çıxışçılar tarixboyu ermənilərin türk millətinə qarşı düşmən münasibətində olduqlarını qeyd ediblər. Bildirilib ki, Xocalıda baş vermiş qətliam təsadüf deyil, məhz bilərəkdən və düşünülmüş şəkildə həyata keçirilib.

Tədbirdə Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının dəstəyi ilə hazırlanmış "Xocalı zülmət bir gecə" sənədli filmi nümayiş etdirilib. Filmdə soyqırımın canlı şahidləri həmin gündən danışırlar. Ekran əsərinin layihə rəhbəri və "Onlar heç vaxt böyüməyəcəklər” kitabının yazarı "Erməni təcavüzünün tanıdılması” İctimai Birliyinin sədri, jurnalist Səriyyə Cəfərovadır. Kitab Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi, Azərbaycan İlahiyyat İnstitutu və "Azərbaycan” Nəşriyyatının dəstəyi ilə hazırlanıb.



NƏŞRLƏRİMİZ

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

HAVA PROQNOZU



VALYUTA


InvestAZ
ARXİV


TƏQVİM