Alternative content

15:40 09 Aprel 2020
ONLINE XƏBƏR LENTİ
PAYIZ ETÜDLƏRİ - FOTO
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV SOCAR-la Sumqayıt Texnologiyalar Parkı birgə müəssisə yaradıb
SOCAR-la Sumqayıt Texnologiyalar Parkı birgə müəssisə yaradıb
ANA SƏHİFƏ / İQTİSADİYYAT
19:52 19.02.2020

Fevralın 19-da SOCAR və Sumqayıt Texnologiyalar Parkı (STP) arasında birgə müəssisənin yaradılmasına dair müqavilə imzalanıb.

SOCAR-dan AZƏRTAC-a bildirilib ki, "SOCAR-STP” adlanan yeni birgə müəssisə MDB regionunun ən böyük mexaniki avadanlıq emalatxanası və ağır kranlar zavodunu əhatə edən istehsalatı idarə edəcək. SOCAR-ın prezidenti Rövnəq Abdullayevin iştirakı ilə keçirilmiş mərasimdə müqaviləni STP-nin baş direktoru Emin Məmmədov və SOCAR-ın yataqların işlənməsi üzrə vitse-prezidenti Yaşar Lətifov imzalayıblar.

Birgə müəssisənin yaradılması Azərbaycanın qlobal brendi olan SOCAR və ölkənin ən iri sənaye komplekslərindən Sumqayıt Texnologiyalar Parkı arasında neft-qaz hasilatı sektorunda maddi-texniki bazanın daha da təkmilləşdirilməsi, mütərəqqi texnologiyaların tətbiqi, texniki xidmət və mütəxəssis mübadiləsinin təminatı üzrə əməkdaşlıq imkanlarının inkişaf etdirilməsi məqsədini daşıyır. Birgə müəssisə beynəlxalq standartlara cavab verən yerli istehsal gücünü artırmağı, MDB miqyasında və hətta daha geniş miqyasda neft-qaz-mədən avadanlıqları və texnologiyalara dair xidmətlər təklif edən aparıcı və rəqabətədavamlı şirkətə çevrilməyi hədəfləyir.

Yeni birgə müəssisənin əsas gücü hazırkı bazar tələblərinə uyğun olan peşəkar və təcrübəli texniki heyətin, sənaye səriştəliklərinin və müasir avadanlığın bir yerdə cəmləşdirilməsidir.

"SOCAR-STP”nin əsas fəaliyyəti qazma ləvazimatları, quyu tamamlanması, quyuiçi əməliyyatlar, fırlanan və təzyiq altında olan avadanlıq, fontan armaturu, APS (Advanced Parts Solution), ağır kranlar üçün texniki xidmət və təmir işlərini həyata keçirməkdən ibarət olacaq.

SOCAR-ın prezidenti R.Abdullayev imzalanma mərasimində bildirib ki, yeni müəssisə mühəndislik və maşınqayırma sahələrinin simbiozu üçün şərait yaradır. Yeni müəssisədən əsas gözlənti yüksək keyfiyyətlə və rəqabətli şəkildə fəaliyyət göstərməklə açıq tenderlərdə uğur qazanması, həm Azərbaycan, həm də digər bazarlarda rəqabətli şirkətə çevrilməkdir. Sağlamlıq, əməyin təhlükəsizliyi və ətraf mühitin mühafizəsi yeni yaradılan şirkətin əsas prioriteti olacaq.

Xatırladaq ki, ötən il dekabrın 10-da "Energy Forward” tədbiri zamanı SOCAR ilə STP arasında əməkdaşlığa dair ilkin anlaşma memorandumu imzalanıb, bunun davamı olaraq, bu gün birgə müəssisə yaradılıb.



NƏŞRLƏRİMİZ

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

HAVA PROQNOZU



VALYUTA


InvestAZ
ARXİV


TƏQVİM