Alternative content

01:03 29 Mart 2020
ONLINE XƏBƏR LENTİ
PAYIZ ETÜDLƏRİ - FOTO
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV “Şəhərdən Kəndə” layihəsi çərçivəsində növbəti tur təşkil olunub
“Şəhərdən Kəndə” layihəsi çərçivəsində növbəti tur təşkil olunub
ANA SƏHİFƏ / CƏMİYYƏT
18:38 19.02.2020

"Aqrar Tədarük və Təchizat” ASC ilə AZƏRTAC-ın birgə layihəsi: "Aqroturizm”

Ölkəmizdə həyata keçirilən ilk aqroekoturizm layihəsi olan "Şəhərdən Kəndə” çərçivəsində turların təşkili davam edir.

AZƏRTAC xəbər verir ki, ötən həftəsonu Lənkəran rayonunda yerləşən fermer təsərrüfatlarına baş tutan "Lənkəran sitrus bağı və kənd həyatı” turunun iştirakçıları Azərbaycan İnsan Resursları Assosiasiyasının (AİRA) üzvləri olub.

Tur iştirakçıları əvvəlcə rayonun İstisu qəsəbəsində fermer Rəftarə Şükürovaya məxsus "Citrus Valley” təsərrüfatına baş çəkiblər. Turistlər müxtəlif sitrus meyvələrinin (kivi, feyxoa, naringi, limon və s.) yetişdirildiyi təsərrüfatda təbii kənd məhsullarından hazırlanmış yerli mətbəxin təamlarından ibarət səhər yeməyi və nahar süfrəsinə qonaq olublar. Həmçinin qonaqlar üçün Rəftarə Şükürovaya məxsus xüsusi reseptlə hazırlanmış cem və mürəbbələrlə (kivi cemi, kivi mürəbbəsi, feyxoa cemi və s.) zəngin çay süfrəsi təşkil olunub.

Daha sonra isə qonaqlar "Citrus Valley” təsərrüfatı ilə yaxından tanış olub, sitrus meyvələrinin (naringi, feyxoa, limon, kivi və s.) yetişdirilməsi prosesi barədə fermer tərəfindən məlumatlandırılıblar. Turistlər bağda meyvə yığıb, ərazidə yerləşən gölə səyahət ediblər.

Tur çərçivəsində qonaqların baş çəkdikləri növbəti məkan isə aqrar sahibkar Araz Yağubova məxsus "Yaşıl çay” MMC-nin çay plantasiyası olub. Burada onlara çay bitkisinin əkilməsi, becərilməsi və faydaları barədə ətraflı məlumat verilib.
Daha sonra isə turistlər rayonun Sütəmurdov kəndində yerləşən "Gilan Tea” MMC-ə baş çəkiblər. Burada onlar çay emalı prosesi ilə yaxından tanış olub, müxtəlif çayları dequstasiya ediblər.

Turun iştirakçılarından olan Aytən Həsənova doğum gününü turda qeyd etdiyini bildirib: "Bu gün "Şəhərdən Kəndə” layihəsi çərçivəsində Lənkərana gəlmişəm. Burada fermerlərlə görüşdüm, onların əməklərinin nəticəsi ilə yaxından tanış oldum, hətta 35-ci doğum günümü qeyd etdim. Əminəm ki, bu layihə mənim üçün yaddaqalan olacaq. Lənkərandan müsbət təəssüratlarla ayrılıram. Nə yaxşı ki, bu cür bir layihə var və mən ona qoşulmuşam”.

Turda iştirak edən digər bir turist İlahə Seyidova isə peşəsindən kənar bilgilər əldə etdiyi üçün məmnun olduğunu deyib: "Azərbaycan İnsan Resursları Assosiasiyasının bir üzvü olaraq bu layihəyə qoşuldum və çox məmnun qaldım. Həm sitrus bağında, həm çay plantasiyasında, həm də çay fabrikində öz peşəmə aid olmayan aqrar sahə üzrə müxtəlif maraqlı məlumatlar əldə etdim. Belə bir layihə həyata keçirdiklərinə görə təşkilatçılara təşəkkür edirəm”.

Xatırladaq ki, "Şəhərdən Kəndə” sosial layihəsi Kənd Təsərrüfatı Nazirliyinin tabeliyində olan "Aqrar Tədarük və Təchizat” ASC tərəfindən həyata keçirilir. Layihə çərçivəsində mütəmadi olaraq hər həftəsonu müxtəlif regionlarda yerləşən fermer təsərrüfatlarına turlar təşkil olunur. Növbəti "Şəhərdən Kəndə” kənd həyatı turları fevralın 22-də birgünlük olmaqla Şamaxı-İsmayıllı, ikigünlük olmaqla isə Şəki-Zaqatala rayonlarına təşkil olunacaq.




NƏŞRLƏRİMİZ

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

HAVA PROQNOZU



VALYUTA


InvestAZ
ARXİV


TƏQVİM