Alternative content

01:36 29 Mart 2020
ONLINE XƏBƏR LENTİ
PAYIZ ETÜDLƏRİ - FOTO
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV İran saytlarında Xocalı soyqırımı haqqında geniş məlumat verilib
İran saytlarında Xocalı soyqırımı haqqında geniş məlumat verilib
ANA SƏHİFƏ / SİYASƏT
16:57 19.02.2020

İranın "asrpress.ir”, "shomavaeghtesad.ir”, "gitionline.ir” və "fekreeghtesadi.ir” saytlarında Xocalı soyqırımının 28-ci ildönümünə həsr olunan məqalə dərc edilib. Məqalədə Ermənistanın Azərbaycana qarşı elan olunmamış müharibəyə başlaması, Dağlıq Qarabağı işğal etməsi və işğal zamanı törətdiyi cinayətlər haqqında məlumat verilib.

Nəzərə çatdırılıb ki, keçmiş SSRİ rəhbərliyinin yanlış milli siyasəti və ermənilərə havadarlıq etməsi nəticəsində Azərbaycanın Dağlıq Qarabağ bölgəsi işğala məruz qalıb. Xocalının işğalı zamanı qadınlara, qocalara və uşaqlara qarşı görünməmiş vəhşilik törədilməsinin, cəsədlərin təhqir olunmasının məqsədi ondan ibarət idi ki, insanlar qorxsun və Dağlıq Qarabağı tərk etsinlər. Lakin Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin hakimiyyətə qayıdışı ermənilərin bu planını alt-üst etdi. Heydər Əliyev 1993-cü ildə hakimiyyətə qayıdan kimi atəşkəs əldə edilməsinə və milli ordunun formalaşmasına nail oldu və erməni işğalının qarşısını aldı.

Bu gün Heydər Əliyevin siyasi kursunu uğurla davam etdirən Prezident İlham Əliyev Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə və yalnız Azərbaycanın ərazi bütövlüyü və suverenliyi çərçivəsində həll olunmasının vacibliyini beynəlxalq ictimaiyyətə çatdırıb. ATƏT-in təməl prinsiplərinə əsaslanaraq bu siyasəti yürüdən Azərbaycan Prezidenti ölkənin beynəlxalq mövqeyini möhkəmləndirib. Bu günlərdə Münxen Təhlükəsizlik Konfransı çərçivəsində Dağlıq Qarabağ münaqişəsi ilə bağlı keçirilən panel müzakirələrdə Prezident İlham Əliyev əsaslı faktlarla ermənilərin işğalçı olmasını bütün dünyaya sübut etdi. Bu müzakirələrdən sonra Ermənistanın sülh danışıqları prosesində mövqeyi zəifləməklə yanaşı, ortaya qoyduğu qondarma faktları da puç oldu.

Məqalədə Azərbaycanın Xocalı faciəsinin bir soyqırımı aktı olmasını dünyaya sübut etməsi istiqamətində gördüyü işlərdən də danışılır. Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə həyata keçirilən və dünya ictimaiyyətində geniş vüsət almış "Xocalıya ədalət!” beynəlxalq təbliğat-təşviqat kampaniyasının Xocalı soyqırımı haqqında həqiqətlərin dünyada təbliğində, bu faciənin Azərbaycan xalqına qarşı soyqırımı aktı kimi tanınmasında mühüm rol oynadığı bildirilir. Bunun nəticəsi olaraq, dünyanın bir sıra ölkələrində Xocalı soyqırımı ilə bağlı müvafiq qərarların qəbul edildiyi diqqətə çatdırılır.




NƏŞRLƏRİMİZ

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

HAVA PROQNOZU



VALYUTA


InvestAZ
ARXİV


TƏQVİM