Alternative content

23:39 05 Aprel 2020
ONLINE XƏBƏR LENTİ
17:57 05.04.2020 Bilirsənsə güclüsən
PAYIZ ETÜDLƏRİ - FOTO
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Elçin Quliyev: Sərhədçilər Prezident İlham Əliyevin tapşırıqlarını yüksək səviyyədə icra edirlər
Elçin Quliyev: Sərhədçilər Prezident İlham Əliyevin tapşırıqlarını yüksək səviyyədə icra edirlər
ANA SƏHİFƏ / CƏMİYYƏT
15:32 19.02.2020

Xəzər dənizində Azərbaycan Respublikasının dövlət sərhədinin mühafizəsi üzrə xidməti-döyüş fəaliyyətinə başlanılmasının 27-ci ildönümü münasibətilə fevralın 18-də tədbir keçirilib.

Dövlət Sərhəd Xidmətinin (DSX) mətbuat mərkəzindən AZƏRTAC-a bildiriblər ki, tədbirdə Xidmətin rəisi general-polkovnik Elçin Quliyev iştirak edib.

Dövlət himninin səslənməsi ilə başlayan tədbirdə çıxış edən Dövlət Sərhəd Xidmətinin rəisi general-polkovnik Elçin Quliyev dənizçi sərhədçiləri təbrik edərək hələ 15 il əvvəl dənizdə dövlət sərhədlərinin mühafizəsinə xüsusi diqqət ayıran Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2005-ci il 18 fevral tarixli Sərəncamı ilə DSX-nin Sahil Mühafizəsinin yaradıldığını, 2008-ci il noyabrın 8-də regionumuzda bənzəri olmayan yeni dəniz hərbi bazasının istifadəyə verildiyini, ölkəmizin dəniz sərhədlərinin mühafizəsinin keyfiyyətcə yeni mərhələyə yüksəldiyini bildirib.

Münxen Təhlükəsizlik Konfransında Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən canlı debatda beynəlxalq auditoriya qarşısında Ermənistanın baş nazirinə tarix və beynəlxalq siyasət dərsi keçməklə torpaqlarımızın işğal altında qalması ilə bağlı barışmaz mövqeyini, dövlətimizin ərazi bütövlüyünün bərpa edilməsinin fundamental haqqımız olduğunu, milli dövlətçiliyimizin gücünü, qüdrətini və yenilməzliyini növbəti dəfə nümayiş etdirdiyini diqqətə çatdıran DSX rəisi bu tarixi hadisənin Azərbaycan sərhədçisinin qələbə əzmini, qəhrəmanlıq ruhunu yüksəklərə qaldırdığını xüsusilə vurğulayıb.

Xidməti-döyüş fəaliyyətinə başladıqları ilk gündən dəniz sərhədçilərinə xüsusi diqqət ayıran Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin 2013-cü il 11 sentyabr tarixli Sərəncamı ilə təsdiq olunmuş "Azərbaycan Respublikasının dəniz təhlükəsizliyi strategiyası”nın icrasının təmin edilməsi üzrə DSX-nin Sahil Mühafizəsinin "Gəmi inşası və təmiri mərkəzi”nin inşa edildiyini, 12 ədəd "Tufan” və "Şahdağ” tipli sərhəd gözətçi gəmisinə baxış məqsədilə Prezident İlham Əliyevin dəfələrlə DSX-nin Sahil Mühafizəsinin bazasında olmasını xüsusilə qeyd edən general-polkovnik Elçin Quliyev bu gəmilərin döyüş sıralarına qatılması sayəsində sərhəd sularında dövləti maraqlarımızın qorunması imkanlarının xeyli genişləndiyini, dəniz sərhədlərinin mühafizəsi məsələlərinə daim ali diqqətin göstərildiyini və yüksək nəticələrin əldə olunduğunu qeyd edib.

2018-ci il avqustun 12-də Xəzəryanı ölkələrin dövlət başçılarının V Zirvə toplantısında mühüm əhəmiyyət kəsb edən "Xəzər dənizinin hüquqi statusu haqqında Konvensiya”nın imzalanmasını əlamətdar hadisə kimi qeyd edən Dövlət Sərhəd Xidmətinin rəisi bu sənədin dəniz sərhədlərimizin mühafizəsi üzrə xidməti fəaliyyətin yeni müstəvidə təşkil olunmasına şərait yaratdığını bildirib.

Müstəqil dövlətimizin banisi ulu öndər Heydər Əliyev tərəfindən əsası qoyulmuş Azərbaycan Respublikasının dövlət sərhədlərinin keşiyində böyük qürur hissi ilə dayanan Azərbaycan sərhədçilərinin Prezident, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev tərəfindən qarşıya qoyulmuş tapşırıqları ən yüksək səviyyədə icra etdiyini vurğulayan general-polkovnik Elçin Quliyev gələcəkdə də dənizçilərin göstərilən bu ali etimadı yeni nailiyyətlərlə doğruldacaqlarına əminliyini bildirib.

Tədbirdə Dövlət Sərhəd Xidmətinin Sahil Mühafizəsinin rəisi general-leytenant Əfqan Nağıyev Sahil Mühafizəsinin fəaliyyət göstərdiyi müddət ərzində dənizçi sərhədçilərin Xəzər dənizində qazandıqları yüksək nailiyyətlər haqqında məruzə edib.

Tədbirdə xidməti-döyüş fəaliyyətində yüksək nəticələr əldə etmiş bir qrup hərbi qulluqçu təltif edilib.

Sonda iştirakçılar DSX-nin nümunəvi hərbi orkestrinin və incəsənət ustalarının hazırladıqları maraqlı konsert proqramına tamaşa ediblər.



NƏŞRLƏRİMİZ

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

HAVA PROQNOZU



VALYUTA


InvestAZ
ARXİV


TƏQVİM