Alternative content

14:25 09 Aprel 2020
ONLINE XƏBƏR LENTİ
PAYIZ ETÜDLƏRİ - FOTO
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Ukraynanın informasiya portalında Prezident İlham Əliyevin Paşinyanla müzakirələri barədə məqalə dərc edilib
Ukraynanın informasiya portalında Prezident İlham Əliyevin Paşinyanla müzakirələri barədə məqalə dərc edilib
ANA SƏHİFƏ / SİYASƏT
12:45 19.02.2020

Azərbaycanın Ukraynadakı səfiri Azər Xudiyevin Ukraynanın "lb.ua” informasiya portalında Münxen Təhlükəsizlik Konfransı çərçivəsində Azərbaycan Prezidenti İlham Əliyevin və Ermənistanın baş naziri Nikol Paşinyanın iştirakı ilə Dağlıq Qarabağ münaqişəsi ilə bağlı panel müzakirələrə dair yazısı dərc edilib.

AZƏRTAC xəbər verir ki, səfir məqalədə Prezident İlham Əliyevin diplomatik qələbəsindən yazır. "Bu, sadəcə iki siyasətçinin müzakirəsi deyil, iki siyasi məktəbin müzakirəsi idi. Prezident İlham Əliyev müasir dialoq siyasətini təmsil edirdi, Nikol Paşinyan isə aqressiv görünürdü və sivil dialoqa hazır deyildi. Eyni zamanda, bu debat qlobal və regional geosiyasət arasındakı ziddiyyətləri əyani şəkildə göstərdi”, - deyə məqalədə vurğulanır.

Səfir vurğulayıb ki, təcavüzkar ölkənin hökumətinin başçısı, manipulyasiya və hətta məlum tarixi həqiqətləri təhrif etməklə əsl mahiyyətdən yayınmağa çalışırdı.

Azərbaycan Prezidenti isə beynəlxalq hüquq normaları çərçivəsində siyasi etika qaydalarına ciddi riayət edərək, fikirlərini təmkinlə söylədi və açıq şəkildə mübahisə etdi. Təsadüfi deyil ki, Ermənistandakı bir çox ekspert və siyasətçi də İlham Əliyevi bu müzakirələrin qalibi hesab edir.
Müzakirələr zamanı Azərbaycan Prezidenti yüksək səviyyəli təhsili, müasir siyasi lider mədəniyyəti və ingilis dilini əla bilməsi ilə özünü rəqibindən fərqləndirdi. XXI əsrin lider xüsusiyyətini, dialoqa açıq, siyasi mədəniyyət və təmkinli, istənilən vəziyyətdə siyasətə dərindən bələd olduğunu nümayiş etdirdi.



NƏŞRLƏRİMİZ

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

HAVA PROQNOZU



VALYUTA


InvestAZ
ARXİV


TƏQVİM