Alternative content

13:41 31 Mart 2020
ONLINE XƏBƏR LENTİ
13:36 31.03.2020 Evdə qal, xilaskar ol
PAYIZ ETÜDLƏRİ - FOTO
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Qubanın Gənclər qəsəbəsi və Susayqışlaq kəndində modul tipli məktəb binaları istifadəyə verilib
Qubanın Gənclər qəsəbəsi və Susayqışlaq kəndində modul tipli məktəb binaları istifadəyə verilib
ANA SƏHİFƏ / Təhsil
12:17 19.02.2020

Fevralın 19-da Quba rayonunun Gənclər qəsəbəsi və Susayqışlaq kəndində quraşdırılan modul tipli məktəb binaları istifadəyə verilib.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Susayqışlaq kənd ümumi orta məktəbinin binası 96, Gənclər qəsəbəsi ümumi orta məktəbinin binası isə 80 şagird yerlikdir. Məktəb binaları sinif otaqları, müəllimlər otağı, kitabxana və sanitar qovşaqdan ibarətdir. Məktəblərdə su-kanalizasiya xətləri çəkilib, istilik sistemi, nəzarət kamerası quraşdırılıb, həyətdə abadlıq işləri aparılıb.

Açılış mərasimlərində çıxış edən Quba Rayon İcra Hakimiyyətinin başçısı Ziyəddin Əliyev ölkəmizdə təhsilin səviyyəsinin yüksəldilməsinə, maddi-texniki bazasının möhkəmləndirilməsinə göstərilən dövlət qayğısından, Prezident İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın bu sahədə gördüyü tədbirlərdən danışıb.
Məlumat verilib ki, son illər Qubada müasir tipli yeni məktəb binalarının inşası geniş vüsət alıb. Ötən 10 ildə rayonda 70-ə yaxın məktəb tikilib və ya əsaslı təmir olunub. Onlardan 19-u modul tipli məktəbdir. Yaxın günlərdə rayonun Ərməkiqışlaq, Yalavanc və Küpçalqışlaq kəndlərində də yeni modul tipli məktəblər istifadəyə veriləcək.

Modul tipli məktəblərin üstünlüyü onların azməsrəfli olması ilə yanaşı, qısa müddət ərzində istənilən relyefdə quraşdırılması, asan daşınması, sinif otaqlarının şagirdlərin sayına uyğun olaraq rahatlıqla azaldılıb-artırılmasıdır. Modul tipli məktəblərin tikintisində əsasən yerli istehsal məhsullarından istifadə edilir.

Pedaqoji kollektivin nümayəndələri, şagirdlər və kənd sakinləri çıxışlarında dövlətimizin başçısına dərin minnətdarlıqlarını bildirib, yüksək qayğıya əməli işlə cavab verəcəklərini söyləyiblər.

Tədbir iştirakçıları məktəbdə yaradılan şəraitlə tanış olublar.



NƏŞRLƏRİMİZ

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

HAVA PROQNOZU



VALYUTA


InvestAZ
ARXİV


TƏQVİM