Alternative content

13:28 31 Mart 2020
ONLINE XƏBƏR LENTİ
PAYIZ ETÜDLƏRİ - FOTO
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Ekologiya və Təbii Sərvətlər Nazirliyinin nümayəndələri “Təmiz Şəhər” ASC-nin fəaliyyəti ilə tanış olublar
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin nümayəndələri “Təmiz Şəhər” ASC-nin fəaliyyəti ilə tanış olublar
ANA SƏHİFƏ / CƏMİYYƏT
11:15 19.02.2020

Ekologiya və Təbii Sərvətlər naziri Muxtar Babayev və nazirliyin nümayəndələri "Təmiz Şəhər” Açıq Səhmdar Cəmiyyəti (ASC) tərəfindən reallaşdırılan layihələr və Balaxanı Sənaye Parkında görülən işlərlə tanış olublar.

Nazirliyin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, "Təmiz Şəhər” ASC-nin İdarə Heyətinin sədri Etibar Abbasov qonaqlara Bərk Məişət Tullantılarının Yandırılması Zavodu haqqında məlumat verib.

Bildirilib ki, ən müasir ekoloji tələblərə cavab verən və 4-cü nəsil texnologiyalarla inşa edilən zavod il ərzində 500 min ton bərk məişət, 10 min ton tibbi tullantını utilizasiya etmək və 231,5 milyon kilovat/saat elektrik enerjisi hasil etmək gücünə malikdir. Zavodda əldə edilən enerji ilə il ərzində təqribən 100 min mənzili elektrik enerjisi ilə təmin etmək mümkündür. Tullantıların yandırılması nəticəsində yaranan dib külündən Balaxanı qəsəbəsində yolların əsaslı təmir-bərpa işlərində istifadə olunur.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin nümayəndələri "yaşıl iqtisadiyyat”ın inkişafı məqsədilə yaradılmış Balaxanı Sənaye Parkı ilə də tanış olublar. Məlumat verilib ki, 2017-ci ildə istifadəyə verilmiş Balaxanı Sənaye Parkında 19 rezident qeydiyyata alınıb. Onlardan 9-u artıq fəaliyyət göstərir. Hazırda həmin müəssisələrdə 400-ə yaxın işçi çalışır. Yeni layihələrin həyata keçirilməsi hesabına işçilərin sayının 710-a çatdırılması nəzərdə tutulur.

Almaniya texnologiyası ilə inşa edilən Balaxanı Bərk Məişət Tullantılarının Çeşidlənməsi Zavodu ildə 200 min ton tullantı çeşidləmək gücünə malikdir. Tullantılar çeşidləndikdən sonra təkrar emala yönləndirilir. Zavodda 170-dən artıq sakin daimi işlə təmin olunub.

Balaxanı bərk məişət tullantılarının zərərsizləşdirilməsi poliqonunda qonaqların diqqətinə çatdırılıb ki, poliqonun yenidən qurulması işləri İqtisadiyyat Nazirliyi və Dünya Bankı tərəfindən reallaşdırılan "Bərk məişət tullantılarının vahid idarəçiliyi layihəsi” çərçivəsində həyata keçirilib. Burada tullantılardan ayrılan çirkab sular filtrlər vasitəsilə təmizlənərək texniki suya çevrilir və ərazidə əkilən ağacların suvarılmasında istifadə olunur. Burada 12 mindən çox ağac və kol əkilib. Tullantılardan yığılan qazlar isə xüsusi generatorlar vasitəsilə elektrik enerjisinə çevrilməklə poliqonun ehtiyacları üçün istifadə olunur.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin nümayəndələrinə Böyükşor Bulvarı və Böyükşor gölündə görülən işlər barədə də məlumat verilib. Qeyd edilib ki, gölün bərpası layihəsinin 1-ci mərhələsində 300 hektar ərazi təmizlənib, gölün kənarında 15 hektara yaxın ərazidə Böyükşor Parkı və Bulvarı salınaraq sakinlərin istifadəsinə verilib.



NƏŞRLƏRİMİZ

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

HAVA PROQNOZU



VALYUTA


InvestAZ
ARXİV


TƏQVİM