Alternative content

14:55 31 Mart 2020
ONLINE XƏBƏR LENTİ
PAYIZ ETÜDLƏRİ - FOTO
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Gürcüstanda yaşayan soydaşlarımız Prezident İlham Əliyevin Münxendəki çıxışını diplomatiyamızın qələbəsi kimi qiymətləndirirlər
Gürcüstanda yaşayan soydaşlarımız Prezident İlham Əliyevin Münxendəki çıxışını diplomatiyamızın qələbəsi kimi qiymətləndirirlər
ANA SƏHİFƏ / SİYASƏT
11:08 19.02.2020

Münxen Təhlükəsizlik Konfransı çərçivəsində Azərbaycan Prezidenti İlham Əliyev ilə Ermənistanın baş naziri Nikol Paşinyan arasında baş tutan debatları Gürcüstan azərbaycanlıları, eləcə də gürcü ictimaiyyəti diqqətlə izləyirdi. Gürcüstan azərbaycanlılarının bu görüş barədə bir fikri var: Bu, Azərbaycan diplomatiyasının tarixi qələbəsidir.

Bu sözləri AZƏRTAC-a müsahibəsində Gürcüstan Parlamentinin deputatı Azər Süleymanov söyləyib.

Onun sözlərinə görə, Azərbaycan Prezidenti İlham Əliyev tarixi faktlarla Nikol Paşinyanı növbəti dəfə susdurdu, işğalçı ölkə rəhbərini geniş auditoriya qarşısında çıxılmaz vəziyyətdə qoydu. Sözün həqiqi mənasında, Ermənistanın baş naziri Nikol Paşinyan siyasi süquta düçar oldu. Prezident İlham Əliyev bütün beynəlxalq ictimaiyyət qarşısında Paşinyanı darmadağın etdi.

Deputat bildirib ki, Prezident İlham Əliyevin ermənilərin işğal olunmuş torpaqlarda bütün azərbaycanlıları etnik təmizləməyə məruz qoyduğunu, işğal altındakı torpaqlarda mədəni irsimizi məhv etdiklərini, Dağlıq Qarabağda Ermənistanın heç bir tarixi irsinin olmadığını dəlil sübutlarla dünya ictimaiyyətinin diqqətinə çatdırdı.

Paşinyanın saxta "tarixi ekskursiyası” yalnız Prezident İlham Əliyev və zaldakı müşahidəçilər tərəfindən deyil, Gürcüstan azərbaycanlıları tərəfindən də gülüşlə qarşılandı. Paşinyan bir daha göstərdi ki, onun ciddi siyasi açıqlamalar verəcək nə arqumenti, nə də siyasi bazası var.

A.Süleymanov deyib: "Paşinyanın belə bir uğursuzluğa düçar olması təkcə Ermənistan ictimaiyyətini deyil, Gürcüstanda yaşayan erməniləri də pis vəziyyətə qoyub. Paşinyanın hətta Dağlıq Qarabağı Azərbaycan torpaqları olduğunu etiraf etməsi erməni icmasına böyük zərbə oldu. Ermənilər şok vəziyyətindədir. Bu uzun zaman onların yadından çıxmayacaq”.

Deputat vurğulayıb ki, Gürcüstanda yaşayan soydaşlarımız Prezident İlham Əliyevin Münxendəki çıxışını Azərbaycan diplomatiyasının tarixi qələbəsi kimi qiymətləndirirlər.

"Gürcüstan azərbaycanlıları Prezident İlham Əliyevin ətrafında daha sıx birləşiblər və onunla fəxr edirlər”, - deyə Azər Süleymanov vurğulayıb.



NƏŞRLƏRİMİZ

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

HAVA PROQNOZU



VALYUTA


InvestAZ
ARXİV


TƏQVİM