Alternative content

03:25 04 Aprel 2020
ONLINE XƏBƏR LENTİ
PAYIZ ETÜDLƏRİ - FOTO
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Ermənilər sosial şəbəkələrdə od püskürdülər: “İlham Əliyev Paşinyanı rüsvay etdi”
Ermənilər sosial şəbəkələrdə od püskürdülər: “İlham Əliyev Paşinyanı rüsvay etdi”
ANA SƏHİFƏ / SİYASƏT
05:54 19.02.2020


"Niyə Azərbaycan Prezidentinə həmişə "hə”, bizə isə "yox” deyirlər?”


Ötən 17 ildə Azərbaycan və Ermənistan dövlət başçılarının iştirak etdiyi beynəlxalq tədbirlər, sammitlər, debatlar daim ciddi bir nəticə ilə yekunlaşıb: İlham Əliyev həmişə işğalçı ölkə rəhbərliyini ifşa edib, onları rəzil hala salıb və dünya erməniliyinin əsl məkrli mahiyyətini danılmaz, əsaslı faktlarla açıqlayıb. Münxen Təhlükəsizlik Konfransında olduğu kimi...

Münxendəki debatda da Prezident İlham Əliyevin Qarabağla bağlı növbəti dəfə qətiyyətli mövqeyi Nikol Paşinyana, bütünlükdə erməni ictimaiyyətinə, həmçinin Ermənistanın havadarlarına olduqca layiqli bir cavab oldu. Bu hadisə Ermənistanda ciddi ajiotaj doğurdu və işğalçı ölkədə Paşinyanın sərt cavab aldığını söylədilər. Bunu erməni mediasından və sosial şəbəkələrdən də aydın izləmək olar.


"Nikol Paşinyan İlham Əliyevə biabırcasına məğlub oldu”


Son günlərdə sosial şəbəkələrin ermənidilli seqmentini Azərbaycan və Ermənistan rəhbərlərinin Münxendə debatdakı müzakirələri zəbt edib. Debat Azərbaycanda nə qədər müsbət reaksiya doğursa da, ermənilərdə də elə o miqyasda böyük bir xof, ümidsizlik yaradıb. Ermənistanda hesab edilir ki, Paşinyan növbəti dəfə İlham Əliyevin qarşısında aciz duruma düşdü, dili topuq vurdu. O cümlədən Paşinyanın sınıq-salxaq ingiliscəsi lağ obyektinə çevrildi. Erməni ekspertlər, sosial şəbəkə istifadəçiləri tərəfindən yer alan maraqlı status və şərhləri oxucuların diqqətinə çatdırırıq.

Bütöv Erməni Milli Tərəqqi təşkilatının həmsədri Lusine Aroyan-Dallakyan "Facebook” sosial şəbəkəsində Münxendə Azərbaycan Prezidenti İlham Əliyevlə debat zamanı Ermənistanın baş naziri Nikol Paşinyanın biabırcasına məğlub olduğunu yazıb: "Mətbuat konfransını izlədim. Biz biabırcasına uduzduq. Əgər erməni olmasaydım, Əliyevə inanardım. O yaxşı hazırlaşmışdı, jestlərin dili savadlı seçilmişdi. Paşinyan nə bir suala tam cavab verdi, nə də əks-zərbələr vurdu. Əliyev öz xeyrinə onu çatdırdı ki, Qarabağ Azərbaycanın tərkibindədir. Paşinyan bu sahədə lazımlı biliklərə malik deyildi və yarımçıq cavabları onu gülməli vəziyyətə saldı. O həmçinin Dağlıq Qarabağın Azərbaycanın tərkibində saxlanılmasının qeyri-mümkünlüyü barədə heç nə deyə bilmədi. Yaxşı ki, sonra köməyinə Böyük Tiqran yetişdi. Amma qələbə artıq Əliyevin tərəfində idi”.


"Sarı bulvar qəzetinin üçüncü sort reportyoru”


Publisist Artak Vardanyan isə "Facebook”da Münxen debatı ilə bağlı paylaşdığı statusda Paşinyanı "sarı bulvar qəzetinin üçüncü sort reportyoru” adlandırıb. Bildirib ki, Paşinyana istənilən rəsmi tədbirdə ingiliscə danışmaq qanunvericilik səviyyəsində qəti qadağan edilməlidir: "Bilirəm ki, heç onun ruscası da yaxşı deyil. Dinləmək məcburiyyətində qalmışam, ona görə deyirəm. Lakin onun ingiliscəsi sadəcə olaraq qorxuncdur! Yarımçıq frazalar. Uyğun sözün əzablı axtarışı, öz bədəninin müxtəlif hissələrini qeyri-ixtiyarı qurdalama... Onun münaqişənin tarixçəsi və mahiyyəti barədə bilikləri, baxmayaraq ki, iki ilə yaxındır ölkəyə rəhbərlik edir, tamamilə səthidir və Paşinyan hələ də sarı bulvar qəzetinin üçüncü sort reportyoru səviyyəsində qalıb”.

Politoloq Andranik Tevanyan isə "Twitter” sosial şəbəkəsində baş nazirin şəkilini paylaşaraq yazıb ki, Paşinyan yenidən sübut etdi ki, dövlət başçısı kostyumu onun əyninə çox böyükdür.


"Bəlkə sən tarix haqda danışmayasan, "brat”?”


Ermənistanın keçmiş müdafiə naziri Artak Zakaryan da "Facebook” hesabında yazıb ki, Münxen debatında qalib yenə İlham Əliyev oldu: "Mən heç vaxt Paşinyandan Qarabağ məsələsində müsbət irəliləyiş və ya həll gözləmirdim və bu barədə deyirdim. Münxendə baş verən qeyri-mütəşəkkil, yarımçıq söhbət olan bütün ümidləri də sarsıtdı. Aydındır ki, Paşinyan hətta Qarabağ məsələsinin həlli ilə bağlı fasiləyə belə tab gətirə bilmir. İlham Əliyev danışıqlar prosesində məsələni mərhələli həll yoluna yönəltdiklərini bir daha qeyd etdi. İlham Əliyev bizə öz müqəddəratımızı təyin etmək üçün başqa bir yer tapmağı tövsiyə edərkən, Paşinyan niyə yenidən Tiqran dövrünə qayıdır və orada olanlarda gülüş doğurur? Keçmiş xatirələrə və tarixi mübahisələrə nə ehtiyac var axı?

Ermənistanın Respublika Partiyasının mətbuat katibi Eduard Şarmazanovun "Facebook”da paylaşdığı status çoxlu "bəyənmələr” toplayıb: "Paşinyan-Əliyev debatına baxdınız? Bir neçə dəqiqə ərzində Ermənistanın və Qarabağın qapısından o qədər avtoqol buraxdı. Münxen konfransında populizm işə yaramadı. Və daha biri: Böyük Tiqran haqda danışmazdan qabaq Bospor çarlığını, Roma imperiyasını yada sal. Bəlkə sən tarix haqda danışmayasan, "brat”?”


"Bu, Paşinyan üçün Yerevanda, meydanda çıxış etmək deyil”


Erməni müğənni Anna Xovner də Paşinyanın debatdakı çıxışını "İnstagram” sosial şəbəkəsində çox aşağı səviyyədə qiymətləndirib: "Ermənistan adına tarixin ən bərbad günlərindən birini yaşadıq. İlham Əliyev qarşısında Paşinyanın tutarsız iddialarını dinləyərkən utandığımdan az qaldı yerə girim”.


"Paşinyan da İlham Əliyev qarşısında daim məğlubdur”


İxtisasca iqtisadçı olan Stepan Qriqoryan "Odnoklassniki” sosial şəbəkəsində yazır ki, acı həqiqət olsa da, demək lazımdır. İlham Əliyev yenə müxtəlif cəhətdən Ermənistan rəhbərlərindən çox öndə olduğunu göstərə bildi: "Paşinyanın ingilis dilində danışığı yeni kursa başlayan tələbələri xatırlatdı. Bu necə ifadə tərzidir, utancvericidir. Düşmən ölkə olsa da, düzünü demək lazımdır. İlham Əliyev psixoloji cəhətdən Paşinyanı "sındırdı”.

"Facebook” sosial şəbəkəsində Münxendəki debatla bağlı xəbərə münasibət bildirən, profilinə baxdıqda müəllim olduğu nəzərə çarpan Henrix Qraparyan yazır ki, kaş o görüş baş tutmazdı: "Dostlar, bir-birimizi aldatmayaq. Yalan danışmayaq. Əlim gəlmir yazmağa, amma həqiqət bir idi. Əliyev Paşinyanı milyonların gözü qarşısında rüsvay etdi. Öz vətəndaş mövqeyimi nümayiş etdirirəm. Çəkinmədən fikrimi bildirirəm. İstəyirlər gəlib məni aparsınlar. Ünvanımı da yaza bilərəm. Sarkisyandan sonra Paşinyan da İlham Əliyev qarşısında daim məğlubdur, bizim nə vaxt qalib rəhbərimiz olacaq? Azərbaycan Prezidenti Ermənistanla kifayət qədər sərt tonda danışır, zaldakılar da Paşinyanın biabırçı ingilis dilini lağa qoyub gülürdülər. Nə məcburdur axı, özünü də, erməni xalqını da biabır elədin”.


"Paşinyan tələbəyə, İlham Əliyev isə imtahan götürən professora bənzəyirdi?”


"Facebook” sosial şəbəkəsində Arutyun Barseqyan bir neçə minlik üzvü olan qrupda şərh yazaraq Paşinyan haqqında tənqidi fikirlər səsləndirən insanlara çağırış edib. O belə şərhlərin və paylaşımların Azərbaycanda diqqətlə izlənildiyini, İlham Əliyevə üstünlük qazandırdığını xüsusilə vurğulayıb. Yazılan bu şərhə rəy bildirən Qaqik Vazgenyan adlı biri isə verdiyi maraqlı cavabı ilə diqqət çəkib: "Buradan sözüm sizədir, Paşinyanı müdafiə edən Arutyun... Həqiqəti yazmaq nə vaxtdan vətən xainliyi olub? Yaxşı ki, sosial media var. Baş naziri Münxendə izlədik. Kaş izləməz olaydıq. Sanki İlham Əliyev debata Paşinyanla məzə tutub, əhvalını yüksəltmək üçün gəlmişdi. Düz söz niyə qıcıq oyadır? Sosial media vasitəsilə çağırışlarımızı uzaq Azərbaycanda eşidirlər, amma səsimiz buradakılara çatmır”.

Dezik Baqdasaryan adlı istifadəçi isə "Twitter”də yazır: "Paşinyanın hakimiyyətə gəlməsi üçün hər şey etdik. Gecələr yuxusuz qaldıq. Lakin onun rəhbərliyi altında indiyədək Ermənistan hər sahədə məğlub olur. Münxendə isə əsl biabırçılıq yaşandı. Paşinyan tələbəyə, İlham Əliyev isə imtahan götürən professora bənzəyirdi. Bizim baş nazirin hər cümləsində səhvini düzəldirdi. Münxendə də İlham Əliyev onu əzdi. Azərbaycan Prezidentinə həmişə "hə”, bizə isə "yox” deyirlər”.


"Məğlubiyyəti Paşinyanın özü də heç vaxt unuda bilməyəcək”


Noyamberyan rayonundan olan Qriqor Nalbadyan adlı biri "Vkontakte” şəbəkəsində Nikol Paşinyanın debatdakı məyus fotosunu paylaşaraq İlham Əliyevə cavab verə bilməməsindən gileylənir: "Baxın, ay millət! Belə baş nazir olar? (gülüş işarəsi). Dünyanın heç bir yerində bu cür keyfiyyətsiz ölkə rəhbəri yoxdur”.

"Facebook” sosial şəbəkəsinin Ruben Dallakyan adlı istifadəçisi yazır: "Ermənistan mətbuatı nə qədər Paşinyanın tərəfini saxlasa da, həqiqət budur: Münxen debatında da biz uduzduq. Ermənistan tarixinin ən utancverici günlərindən birini yaşadıq. Bu məğlubiyyəti Paşinyanın özü də heç vaxt unuda bilməyəcək”.

Robert Nalbadyan adlı biri "Instagram”da Paşinyan tərəfdarlarının daha çox rəy bildirdiyi qrupda maraqlı bir şərhlə diqqət çəkib və bununla da onların kəskin tənqidi ilə üzləşib. O yazıb: "Bayaqdan statuslarınıza baxıram və bu qədər yalana heç özünüzün də inanmadığınızı düşünürəm (gülüş işarəsi). Gəlin həqiqəti danmayaq. Paşinyan Münxendə Ermənistanı rüsvay etdi. Zala fikir verdiniz? Paşinyan sanki debata yox, hamını güldürməyə çıxmışdı”.

Yuxarıda qeyd etdiyimiz statuslara və şərhlərə daha çoxunu əlavə etmək olar. Göründüyü kimi, son günlər Münxen Konfransındakı debatdakı uğursuzluqdan şok yaşayan ermənilər sosial şəbəkələrdə Paşinyandan hesab sorurlar.

Elçin CƏFƏROV,

"Azərbaycan”




NƏŞRLƏRİMİZ

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

HAVA PROQNOZU



VALYUTA


InvestAZ
ARXİV


TƏQVİM