Alternative content

04:18 04 Aprel 2020
ONLINE XƏBƏR LENTİ
PAYIZ ETÜDLƏRİ - FOTO
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV 2020-ci il fevralın 9-da keçirilmiş Azərbaycan Respublikasının Milli Məclisinə seçkilərdə Mərkəzi Seçki Komissiyasına daxil olmuş 15 fevral 2020-ci il tarixli 206 saylı müraciətlərə baxılması barədə Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının Qərarı
2020-ci il fevralın 9-da keçirilmiş Azərbaycan Respublikasının Milli Məclisinə seçkilərdə Mərkəzi Seçki Komissiyasına daxil olmuş 15 fevral 2020-ci il tarixli 206 saylı müraciətlərə baxılması barədə Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının Qərarı
ANA SƏHİFƏ / MSK
05:45 19.02.2020


Qərar № 26/286


2020-ci il fevralın 9-da keçirilmiş Azərbaycan Respublikasının Milli Məclisinə (Milli Məclis) seçkilərdə 114 saylı Şəki kənd birinci seçki dairəsi üzrə qeydə alınmış namizəd Balayev İbrahimxəlil Nəriman oğlu 2020-ci il fevralın 15-də Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyasına (Mərkəzi Seçki Komissiyası) yazılı müraciət edərək dairə seçki komissiyasının hərəkətsizliyini mübahisələndirmiş və pozulmuş hüquqlarının bərpa olunmasını xahiş etmişdir.

Müraciət Azərbaycan Respublikası Seçki Məcəlləsinin (Seçki Məcəlləsinin) 112-ci, 112-1-ci maddələrinə və "Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyasına və dairə seçki komissiyalarına seçki hüquqlarının pozulması ilə əlaqədar şikayət və müraciətlərin verilməsi və onlara baxılması qaydaları haqqında Təlimat”ın tələblərinə uyğun olaraq Mərkəzi Seçki Komissiyasının nəzdində fəaliyyət göstərən ekspert qrupunun üzvü tərəfindən araşdırılaraq rəy verilmiş və Komissiyanın iclasında baxılmışdır.

Araşdırma ilə əlaqədar qeydə alınmış namizədlə əlaqə saxlanılmış, onun həm araşdırmada, həm də Mərkəzi Seçki Komissiyasının iclasında iştirak etmək və digər hüquqları izah edilmişdir.

Qeydə alınmış namizəd şikayətini onunla əsaslandırmışdır ki, 2020-ci il fevralın 12-də onun səlahiyyətli nümayəndəsi Mustafayev Məmməd Abdulla oğlu və vəkil edilmiş şəxsi Rəsulov Nazim Rəsul oğlu səsvermə günü baş verən qanun pozuntuları ilə əlaqədar tərtib etdikləri aktları 114 saylı Şəki kənd birinci seçki dairəsi dairə seçki komissiyasının sədri Məharət İsfəndiyar oğlu Məmmədova təqdim edərək dairə üzrə səsvermənin nəticələrinin ləğv olunmasını tələb etmişlər. Fevralın 15-də rəsmi cavab üçün müraciət etdikdə M.İ.Məmmədov ona hər hansı bir sənədin təqdim olunmadığını bildirmişdir.

Araşdırma zamanı o, sənədlərin dairə seçki komissiyasının sədrinə təqdim edildiyini təsdiq edən hər hansı bir arayış, qəbz və s. təqdim edə bilmədi. Sənədlərin verilməsini təsdiq edən fakt kimi səs yazısının olduğunu bildirərək onu araşdırmaya təqdim etdi. Həmin səs yazısı dinlənilərkən məlum oldu ki, o, keyfiyyətsiz və xırıltılı olduğundan ayrı-ayrı ifadələr eşidilsə də iddia edilən faktın müəyyən edilməsi mümkün deyildir.

114 saylı Şəki kənd birinci seçki dairəsi dairə seçki komissiyasının sədri M.İ.Məmmədov izahatında həqiqətən də qeydə alınmış namizəd İ.N.Balayevin səlahiyyətli nümayəndəsi M.A. Mustafayev və vəkil edilmiş şəxsi N.R.Rəsulovun fevralın 12-də dairə seçki komissiyasına gəldiklərini təsdiq edərək onların seçki prosesi ilə bağlı fikir mübadiləsi apardıqlarını, bəzi aktların surətlərini göstərdiklərini, sonda isə təmsil etdikləri namizədin neçə səs topladığını soruşaraq hər hansı bir ərizə, müraciət və ya sənəd təqdim etmədən getdiklərini, həmçinin həmin şəxslərdən heç bir ərizə və ya sənəd qəbul etmədiyini və bunun qarşılığında onlara arayış və ya qəbz vermədiyini göstərmişdir.

Beləliklə, aparılmış araşdırma ilə müəyyən edilmişdir ki, qeydə alınmış namizəd İ.N.Balayevin müraciəti əsassız olduğundan təmin edilməməlidir.

Yuxarıda göstərilənləri əsas götürərək, Mərkəzi Seçki Komissiyası Seçki Məcəlləsinin 19.4-cü, 28.2-ci, 112-ci, 112-1-ci maddələrinə və "Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyasına və dairə seçki komissiyalarına seçki hüquqlarının pozulması ilə əlaqədar şikayət və müraciətlərin verilməsi və onlara baxılması qaydaları haqqında Təlimat”ın 1-ci, 2-ci, 4-cü, 6-cı və 7-ci hissələrinə əsasən qərara alır:

1. 2020-ci il fevralın 9-da keçirilmiş Milli Məclisə seçkilərdə 114 saylı Şəki kənd birinci seçki dairəsi üzrə qeydə alınmış namizəd Balayev İbrahimxəlil Nəriman oğlunun Mərkəzi Seçki Komissiyasına daxil olmuş 15 fevral 2020-ci il tarixli 206 saylı müraciəti əsassız olduğundan təmin edilməsin.

2. Bu Qərar dərc edildiyi gündən qüvvəyə minir.

Sədr Məzahir Pənahov

Katib Arifə Muxtarova

Katib Mikayıl Rəhimov

18.02.2020



Digər xəbərlər

NƏŞRLƏRİMİZ

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

HAVA PROQNOZU



VALYUTA


InvestAZ
ARXİV


TƏQVİM