Alternative content

00:47 29 Mart 2020
ONLINE XƏBƏR LENTİ
PAYIZ ETÜDLƏRİ - FOTO
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Azərbaycanın ilk peşəkar qadın pianoçusu repressiya qurbanı oldu
Azərbaycanın ilk peşəkar qadın pianoçusu repressiya qurbanı oldu
ANA SƏHİFƏ / SİYASƏT
05:34 19.02.2020


Xədicə Qayıbova Azərbaycanın ilk peşəkar qadın pianoçusu idi. Muğamlarımızı yüksək sənətkarlıqla ilk dəfə fortepianoda ifa etmiş, xalq mahnıları əsasında improvizələr yaratmışdı. 1938-ci il martın 16-da XDİK DTİ-nin birinci bölməsinin üçüncü şöbə rəisinin müavini leytenant Tevosyan belə bir arayış hazırlayır: "Türk və ingilis qərargahları Bakıda olduqları zaman Azərbaycan Dövlət Konservatoriyasının keçmiş müəllimi Xədicə xanım Qayıbova onlarla əlaqə saxlayır və həmin zabitləri evinə qonaq çağırırdı”.

Bir faktı qeyd edək ki, Xədicə xanım hələ 1933-cü ildə hüquq mühafizə orqanları tərəfindən şübhəli şəxs kimi casusluqda ittiham olunmuş və üç ay müddətinə həbs edilmişdi. Onu əksinqilabi fəaliyyətdə və türkçülük ideyalarını yaymaqda günahlandırırdılar. Lakin bunu təsdiq edən heç bir sübut tapılmamış və Xədicə xanım həbsdən azad olunmuşdur.

X.Qayıbova iki dəfə ailə həyatı qurmuşdu. İstər əvvəlki, istərsə də sonrakı həyat yoldaşı dövrünün ziyalı insanları olmuşlar. Yazılanlara görə, birinci ailəsi tez dağılmışdı. İkinci həyat yoldaşı Rəşid Qayıbovu isə ictimai-siyasi fəaliyyətində dövlət əleyhinə iş aparılması və əksinqilabi millətçi təşkilatın üzvü kimi 1937-ci ilin noyabrında həbs etmişdilər. O da repressiya qurbanlarından olmuşdur.

1938-ci il martın 17-də Dövlət Təhlükəsizlik İdarəsi Xədicə xanımı 4390 nömrəli orderə əsasən həbs edir. O, yeddi dəfə erməni müstəntiqləri tərəfindən dindirilir. X.Qayıbovanın işi üzrə istintaqın qurtarması haqqında protokol 1938-ci il mayın 7-də tərtib edilir. Ertəsi gün isə müstəntiq Tevosyan 23311 nömrəli istintaq işi üzrə ittihamnamə yazır. Qayıbova Azərbaycan SSR Cinayət Məcəlləsinin 68-ci maddəsi ilə müqəssir hesab olunur.

Xədicə xanım altı ay həbsxanada saxlanılır. Lakin heç vaxt ağlına belə gətirmir ki, onu güllələyə bilərlər. Məhkəməsi 15 dəqiqə çəkir. Güllələnmə hökmü 1938-ci il oktyabrın 27-də icra edilir. Xədicə xanımın övladları və qohumları onun güllələndiyini 16 il sonra bilirlər.




NƏŞRLƏRİMİZ

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

HAVA PROQNOZU



VALYUTA


InvestAZ
ARXİV


TƏQVİM