Alternative content

01:50 29 Mart 2020
ONLINE XƏBƏR LENTİ
PAYIZ ETÜDLƏRİ - FOTO
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV 1956 nömrəli məhbus
1956 nömrəli məhbus
ANA SƏHİFƏ / SİYASƏT
05:33 19.02.2020


Teymur Heydər oğlu Salahovun həyat və fəaliyyəti sosializm ideyalarına xidmət işində keçmişdi. Minlərlə Azərbaycan ziyalısı kimi, o da, bu yeni ictimai quruluşun xalqlara xoşbəxtlik gətirəcəyinə ürəkdən inanmışdı. Lakin minlərlə Azərbaycan ziyalısı kimi onun da bu inamının üstündən 30-cu illərin repressiya maşını qanlı bir xətt çəkmişdi. T.Salahov Azərbaycan K(b)P-nin Dəstəfur və Laçın rayon komitələrinin birinci katibi kimi məsul vəzifələrdə işləmişdi. 1936-cı ildən həbs edilənə kimi Azərbaycan Meyvə-Tərəvəz Ticarəti Birliyinin direktor müavini vəzifəsini daşımışdı.

T.Salahov barəsində müxtəlif orqanlara çoxlu təxribat xarakterli "donos”lar göndərilmişdi. Nəyin bahasına olursa-olsun onu günahlandırıb məsuliyyətə cəlb etməyə, sıradan çıxarmağa çalışırdılar. 1937-ci ilin iyulunda onu "əksinqilabi fəaliyyətinə görə” ittihamı ilə gecə öz mənzilində həbs edirlər.

Akademik Ziya Bünyadov "Qırmızı terror” kitabında yazır: "T.Salahov köhnə partiya işçisi idi. Buna görə də ölkədə və respublikada nə baş verdiyini çox gözəl dərk edirdi. "Xalq düşmənləri”nə qarşı mübarizə ilə əlaqədar ÜİK(b)P MK-nin direktivləri ilə yaxından tanış idi. Həbs olunan intellektualların necə "etiraf ifadələri” verdiklərini yaxşı təsəvvür edirdi. Buna görə də o, nə ifadə verməkdən boyun qaçırdı, nə də istintaqa müqavimət göstərdi. Çünki belə hərəkət heç kəsin davam gətirmədiyi istintaqın işgəncə metodlarının tətbiqinə gətirib çıxaracaqdı”.

1938-ci il iyun ayının 3-də qapalı məhkəmə iclası keçirilir. İclas 15 dəqiqədən sonra başa çatdırılır. Teymur Salahov həmin gün ən ağır cəzaya - güllələnməyə məhkum edilir. Qurbanların məhkəmələri edam yerindən on addım aralıda aparılırdı. Növbə böyük, vaxt isə az idi. 15 dəqiqəlik məhkəmə hökmünün icrası isə heç 15 dəqiqə də çəkmirdi.

Məhkumun qızı Zərifə Salahova yazır: "Bizə demişdilər ki, atama görüşmək hüququ verilmədən 10 il azadlıqdan məhrumetmə cəzası kəsilib. Biz də buna inanmışdıq və onun güllələnməsindən xəbər tutmamışdıq. 1947-ci ildə atamın nə vaxt azad olunacağını dəqiqləşdirməyə cəhd etdik. Həmin ilin avqust ayının 18-də bizi XDİK-in Oktyabr rayon şöbəsinə çağırdılar. Məndən soruşdular ki, atanı nə vaxt həbs ediblər. Cavab verdim ki, 1937-ci ildə. Dedilər ki, artıq onun vaxtı bitmək üzrədir və bu yaxınlarda gələcək, darıxmayın”. Bu da Stalin rejiminin daha bir simasızlığı idi. Teymur Salahov artıq 10 il idi ki, güllələnmişdi, amma ailə üzvləri hələ də onun taleyi barədə dürüst məlumata malik deyildilər.

"Azərbaycan”




NƏŞRLƏRİMİZ

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

HAVA PROQNOZU



VALYUTA


InvestAZ
ARXİV


TƏQVİM