Alternative content

11:37 01 Aprel 2020
ONLINE XƏBƏR LENTİ
PAYIZ ETÜDLƏRİ - FOTO
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Tacikistan portalı: Münxendəki debatdan sonra Ermənistan tərəfinin özünə gəlməsi üçün hələ çox zamana ehtiyac duyulacaq
Tacikistan portalı: Münxendəki debatdan sonra Ermənistan tərəfinin özünə gəlməsi üçün hələ çox zamana ehtiyac duyulacaq
ANA SƏHİFƏ / SİYASƏT
23:27 18.02.2020

Tacikistanın avesta.tj portalında Münxen Təhlükəsizlik Konfransı çərçivəsində Azərbaycan Prezidenti İlham Əliyevin və Ermənistanın baş naziri Nikol Paşinyanın iştirakı ilə keçirilən debat haqqında material verilib.

Materialda bildirilir ki, əvvəllər də Prezident İlham Əliyev və baş nazir Nikol Paşinyan MDB və digər beynəlxalq təşkilatlar çərçivəsində müxtəlif tədbirlərdə görüşüblər. Münxen Təhlükəsizlik Konfransındakı debat isə Azərbaycan tərəfinin parlaq qələbəsi ilə yadda qaldı. Azərbaycan Prezidenti İlham Əliyev sübut etdi ki, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həll edilməməsi region üçün ciddi təhdiddir. Debatın videolarına baxan hər bir tamaşaçı Azərbaycan Prezidentinin fikirlərini əminliklə, faktlar əsasında ifadə etdiyinin, diskussiyanı əvvəldən sonadək konstruktiv şəraitdə apardığının şahidi oldu. Tərəfləri başa düşmək, hansı mövqenin daha güclü olduğunu anlamaq üçün ingilis dilini bilməyə ehtiyac yoxdur. Azərbaycan Prezidenti çıxışı ilə Azərbaycan xalqının və dövlətinin haqlı mövqeyini növbəti dəfə açıq şəkildə nümayiş etdirdi.

Məqalədə deyilir: "Nəhənglərin döyüşü”ndə, - hərçənd ki, bu döyüşdə yeganə nəhəng Azərbaycan Prezidenti İlham Əliyevdir, - hər kəs rəqibin "ağır siyasi nokaut”a göndərildiyini gördü. Hamı bir daha gördü ki, düşmənin özünə gəlməsi üçün hələ çox zamana ehtiyacı olacaq”.



NƏŞRLƏRİMİZ

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

HAVA PROQNOZU



VALYUTA


InvestAZ
ARXİV


TƏQVİM