18 Fevral 2020 18:12
514
DÜNYA
A- A+

Yunanıstanda 24 saatlıq tətil keçirilir


Yunanıstan Əmək və Sosial İşlər Nazirliyi tərəfindən parlamentə təqdim olunmuş "Sığorta haqqında” qanun layihəsinə etiraz əlaməti olaraq paytaxt Afinada ictimai nəqliyyat dayanmış, kütləvi informasiya vasitələri üçsaatlıq tətil keçirmişdir. Bu barədə apergia.gr saytı xəbər verir.
Məlumata görə, şəhərin küçələrində keçirilən etiraz aksiyalarına Dövlət Xəstəxanaları İşçiləri Federasiyası və Yerli İdarəetmə İşçiləri Federasiyası qoşulmuşdur.
Etirazçılar hesab edirlər ki, sağ mərkəzçi "Yeni demokratiya” partiyasının formalaşdırdığı hazırkı hökumət sosial müdafiə sahəsində əvvəlki kabinetlərin anti-xalq siyasətini davam etdirir. Məsələn, hazırkı hökumətdən əvvəlki solçu hökumətin qəbul etdiyi "Katrunqalos qanunu”nun ləğvi tələb olunur.
Həmkarlar ittifaqları 13-cü və 14-cü pensiyaların bərpa olunmasında, tam dövlət sosial sığortasının tətbiqində və pensiya yaşının azaldılmasında israr edir.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video