18 Fevral 2020 17:39
474
SİYASƏT
A- A+

79 saylı İmişli seçki dairəsinin beş məntəqəsində səsvermənin nəticələri ləğv olunub


Mərkəzi Seçki Komissiyasının (MSK) bugünkü iclasında 79 saylı İmişli seçki dairəsindən namizədlər İlqar Hüseynli, Murad Fərzəliyev və İltizam Əkbərlinin şikayətinə baxılıb.
AZƏRTAC-ın məlumatına görə, komissiyanın üzvü Bəxşeyiş Əsgərov bildirib ki, şikayətlər eyni məğzi əhatə etdiyindən bir əsasda birləşdirilib. Müraciətlərdə çoxlu sayda videogörüntü, protokol, akt MSK-ya təqdim edilib. Araşdırma zamanı namizədlər MSK-da olub: "Gecə saatlarına qədər biz onlarla araşdırma aparmışıq. Aparılan araşdırma nəticəsində iki məntəqə üzrə seçki qanunvericiliyinin pozulmasını müşahidə etmişik. 14 saylı və 23 saylı məntəqədə keçirilən səsvermənin seçicilərin iradəsini əks etdirmədiyi məlum olub. Seçki məntəqələrində əsas mübahisələndirilən məsələ protokolların namizədlərə verilməməsidir. Murad Fərzəliyev isə 43 seçki məntəqəsindən 37-dən protokolları əldə edə bilib. O, şikayətə əlavə olaraq, 19, 20, 21 saylı məntəqələrdə də seçkinin nəticələrini araşdırmağı xahiş edib. Ekspert Qrupu sosial şəbəkədə yayılan və veb-kameralardakı görüntüləri də araşdırıb, 14, 16, 21, 23 və 25 saylı məntəqələrdə səsvermənin nəticələri etibarsız hesab edilib”.

MSK müzakirələrdən sonra 14, 16, 21, 23, 25 saylı seçki məntəqəsində səsvermənin nəticələrini etibarsız hesab edib və şikayətləri qismən təmin edib.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video