Alternative content

05:22 08 Aprel 2020
ONLINE XƏBƏR LENTİ
PAYIZ ETÜDLƏRİ - FOTO
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Şəhər və rayonlar üzrə buraxılış imtahanlarının tarixi açıqlanıb
Şəhər və rayonlar üzrə buraxılış imtahanlarının tarixi açıqlanıb
ANA SƏHİFƏ / Təhsil
17:37 18.02.2020
Ümumi və tam orta təhsil səviyyələri üzrə buraxılış imtahanlarının əvvəlcədən elan edilmiş tarixlərə uyğun olaraq şəhər və rayonlar üzrə keçirilmə qrafiki, eləcə də Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən həyata keçiriləcək digər tədbirlərin tarixləri müəyyən olunub.

DİM-dən AZƏRTAC-a bildirilib ki, mərkəz tərəfindən həyata keçiriləcək digər tədbirlərin (ali və orta ixtisas təhsili müəssisələrinə ərizələrin qəbulu və s.) qrafiki də saytın "Təqvim” bölməsinə əlavə edilib. Axtarış sistemində lazım olan fəaliyyət istiqaməti və tədbiri seçməklə, ayrıca həmin istiqamətə aid tədbirlərin tarixləri ilə tanış olmaq mümkündür.

Bakı (Nərimanov, Səbail, Yasamal, Nəsimi, Nizami, Binəqədi, Sabunçu, Xətai, Suraxanı, Xəzər, Qaradağ, Pirallahı), Naxçıvan MR, Şirvan və hərbi liseylərinin şagirdləri üçün ümumi orta təhsil səviyyəsi üzrə buraxılış imtahanlarının 1-ci mərhələsi martın 1-də, 2-ci mərhələsi iyunun 14-də keçiriləcək. Tam (11 illik) orta təhsil səviyyəsi üzrə buraxılış imtahanları isə aprelin 5-də təşkil olunacaq.

Sumqayıt, Abşeron, Gəncə, Göygöl, Samux, Ağstafa, Qazax, Tovuz, Şəki, Oğuz, Qəbələ, Lənkəran, Lerik, Biləsuvar, Ağsu, Zərdab, Şamaxı, Kürdəmir, Ağdam, Yevlax, Bərdə, Tərtər, İmişli, Saatlı, Sabirabad, Xaçmaz, Şabranda ümumi orta təhsil səviyyəsi üzrə buraxılış imtahanlarının 1-ci mərhələsi martın 9-da, ikinci mərhələ iyunun 7-də təşkil olunacaq. Tam (11 illik) orta təhsil səviyyəsi üzrə buraxılış imtahanları isə aprelin 12-də keçiriləcək.

Şəmkir, Gədəbəy, Naftalan, Goranboy, Daşkəsən, Mingəçevir, Balakən, Zaqatala, Qax, Yardımlı, Cəlilabad, Masallı, Astara, Göyçay, Ağdaş, Ucar, İsmayıllı, Qobustan, Ağcabədi, Xocavənd, Füzuli, Beyləqan, Salyan, Neftçala, Hacıqabul, Qusar, Quba, Siyəzən, Xızı və Bakının xüsusi məktəblərində ümumi orta təhsil səviyyəsi üzrə buraxılış imtahanlarının 1-ci mərhələsi martın 15-də, ikinci mərhələsi iyunun 21-də təşkil olunacaq. Tam (11 illik) orta təhsil səviyyəsi üzrə buraxılış imtahanları isə aprelin 19-da keçiriləcək.

Qeyd edək ki, məcburi köçkün rayonlarının məktəblərində təhsilalanlar təhsil müəssisələrinin yerləşdiyi müvafiq şəhər və rayonlarda, C.Naxçıvanski adına Hərbi lisey (Bakı) və Heydər Əliyev adına hərbi liseylərdə (Naxçıvan) təhsilalanlar təhsil müəssisələrinin yerləşdiyi müvafiq şəhər və rayonlarla eyni tarixdə imtahan verəcəklər.

Bakı şəhərində yerləşən xüsusi məktəblərin – internat məktəbləri, tədrisi ingilis dilində olan məktəblər, Çilov adasında yerləşən məktəb, cəzaçəkmə müəssisələrinin şagirdləri müvafiq siniflər üzrə 3-cü imtahan günündə (istiqaməti) imtahan verəcəklər.



NƏŞRLƏRİMİZ

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

HAVA PROQNOZU



VALYUTA


InvestAZ
ARXİV


TƏQVİM