Alternative content

06:31 08 Aprel 2020
ONLINE XƏBƏR LENTİ
PAYIZ ETÜDLƏRİ - FOTO
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Salyan və Biləsuvar sakinlərinin dini məsələlərlə bağlı müraciətləri dinlənilib
Salyan və Biləsuvar sakinlərinin dini məsələlərlə bağlı müraciətləri dinlənilib
ANA SƏHİFƏ / CƏMİYYƏT
17:36 18.02.2020

Mərkəzi icra hakimiyyəti orqanlarının, digər qurumların rəhbərlərinin və onların müavinlərinin 2020-ci ilin fevral ayında şəhər və rayonlarda vətəndaşların qəbulu сədvəlinə uyğun olaraq, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) sədri Mübariz Qurbanlı fevralın 18-də Salyan rayonundan olan vətəndaşları qəbul edib.

DQİDK-dən AZƏRTAC-a bildirilib ki, qəbuldan əvvəl Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı və Salyan Rayon İcra Hakimiyyətinin başçısı Sevindik Hətəmov ulu öndər Heydər Əliyevin abidəsini ziyarət edib, önünə gül dəstələri qoyublar.

Dövlət Komitəsi sədrinin müavini Gündüz İsmayılov isə Biləsuvar rayon sakinləri ilə görüşüb.

Müraciətlər dini icmaların fəaliyyəti, onların dövlət qeydiyyatına alınması, məscidlərin təmiri, dini maarifləndirmə ilə əlaqədar icmaların layihələrinin maliyyələşdirilməsi və məscidlərin dini təyinatlı kitablarla təmin olunması kimi məsələləri əhatə edib. Müraciətlərin bir qismi yerindəcə öz həllini tapıb. Araşdırılmaya ehtiyac olan bir sıra məsələlərin qanunvericiliyə uyğun, operativ həlli üçün müvafiq tapşırıqlar verilib.

Qeyd edək ki, Dövlət Komitəsi sədrinin birinci müavini Səyyad Salahlı fevralın 20-də Şirvan şəhərindəki Gənclər evində şəhər sakinləri ilə görüşəcək.



NƏŞRLƏRİMİZ

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

HAVA PROQNOZU



VALYUTA


InvestAZ
ARXİV


TƏQVİM