Alternative content

23:02 10 Aprel 2020
ONLINE XƏBƏR LENTİ
PAYIZ ETÜDLƏRİ - FOTO
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV “France 2” televiziya kanalı “Azərbaycan - sivilizasiyaların kəsişməsində” sənədli filmini yayımlayıb
“France 2” televiziya kanalı “Azərbaycan - sivilizasiyaların kəsişməsində” sənədli filmini yayımlayıb
ANA SƏHİFƏ / Mədəniyyət
14:05 18.02.2020

Heydər Əliyev Fondu və Fransadakı səfirliyimizin dəstəyi ilə hazırlanmış "Azərbaycan - sivilizasiyaların kəsişməsində” sənədli filminin 1-ci hissəsi "France 2” televiziya kanalının "İslam” verilişində yayımlanıb. Kanalın çəkiliş qrupu göstərdikləri dəstəyə görə Heydər Əliyev Fonduna və Fransadakı səfirliyimizə təşəkkürlərini bildirib.

AZƏRTAC xəbər verir ki, filmdə Azərbaycanın din tarixi, İslamın gəlişi, bu gün dövlət-din münasibətləri, müxtəlif dini icmaların fəaliyyəti, multikulturalizm haqqında geniş məlumat verilir.

Ölkəmizdə səfərdə olmuş fransız jurnalistlər dini icmaların rəhbərləri və nümayəndələri ilə görüşlərini lentə alaraq "France 2” televiziya kanalının geniş auditoriyasına təqdim ediblər. Müxtəlif dini icmaların nümayəndələrinin müsahibələri vasitəsilə ölkəmizdəki mədəniyyətlər, etnik qruplar və dinlərarası münasibətlər televiziya tamaşaçılarına çatdırılıb.

Filmin 1-ci hissəsində "Bibiheybət məscid ziyarətgahı”, "Təzə pir” məscidi, Bakıdakı kilsələr və sinaqoqlar, Gəncə İmamzadəsi, Nizami türbəsi, Qubadakı Qırmızı Qəsəbə, Alban-Udi kilsəsi və digər ibadətgahların tarixi və bu günü haqqında ətraflı məlumat verilib. Bakının ev sahibli etdiyi Dünya dini liderlərinin II Sammitindən danışılıb.

Filmdə müsəlman ölkəsi olan Azərbaycanın mədəniyyətlər və dinlərarası platforma olduğu, burada müxtəlif dinlərin nümayəndələrinin mehriban yaşayışı diqqətə çatdırılıb. Ölkəmizin Şərq və Qərb arasında körpü olduğuna toxunularaq, onun Böyük İpək Yolu üzərində yerləşdiyi bildirilib. Tarixi və dini abidələrlə zəngin olan Azərbaycanın sivilizasiyaların kəsişməsində yerləşdiyi vurğulanıb.

Filmin ideya rəhbəri Beynəlxalq Frankofoniya Təşkilatının dəstəyi ilə yaradılmış Qadın Frankofon Yazıçılar Parlamentinin sədri Fövziyə Zuari, rejissoru Bualem Geritli, prodüseri Cellul Bequra, tərcüməçisi Şəhla Ağalarovadır.

Xatırladaq ki, filmin 1-ci hissəsini fevralın 23-dək "France 2” televiziya kanalının saytında yenidən izləmək olar. Filmin 2-ci hissəsi fevralın 23-də səhər "France 2” televiziya kanalının "İslam” verilişində yayımlanacaq.



NƏŞRLƏRİMİZ

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

HAVA PROQNOZU



VALYUTA


InvestAZ
ARXİV


TƏQVİM