Alternative content

15:02 09 Aprel 2020
ONLINE XƏBƏR LENTİ
PAYIZ ETÜDLƏRİ - FOTO
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Azərbaycan Prezidentinə göndərilən minnətdarlıq məktubları ölkəmizin demək olar ki, bütün bölgələrini əhatə edir
Azərbaycan Prezidentinə göndərilən minnətdarlıq məktubları ölkəmizin demək olar ki, bütün bölgələrini əhatə edir
ANA SƏHİFƏ / SİYASƏT
13:55 18.02.2020

Ölkə vətəndaşları hər zaman olduğu kimi, 2019-cu ildə də sosial problemlərinin həlli, həyata keçirilən abadlıq-quruculuq işləri, ölkəmizin qazandığı nailiyyətlər və uğurlarla əlaqədar dövlətimizin başçısına çoxsaylı minnətdarlıq məktubları göndəriblər. Onlar öz problemlərinin həlli ilə yanaşı, respublikada aparılan əzəmətli quruculuq işlərindən duyduqları böyük sevinc hissini ifadə etməyi özlərinə borc hesab edirlər. Belə məktublar, demək olar ki, Azərbaycanın bütün bölgələrini əhatə edir. Eyni zamanda, xarici ölkə vətəndaşlarından, habelə xarici ölkələrdə yaşayan soydaşlarımızdan daxil olan minnətdarlıq məktubları da az deyildir.

AZƏRTAC xəbər verir ki, bu fikirlər Prezident Administrasiyasının Vətəndaşların müraciətləri ilə iş şöbəsinin müdiri Süleyman İsmayılovun "Azərbaycan Prezidentinin dərin islahatları vətəndaş müraciətlərində qaldırılan məsələlərin həllinə böyük inam yaradır” adlı məqaləsində öz əksini tapıb.

Vətəndaşlar dövlətin həyata keçirdiyi siyasəti, dövlət başçısının xalqa olan diqqət və qayğısını təqdir etdikləri kimi, Prezident İlham Əliyev də xalqın ümumi məsələlərə münasibətini, dövlətin öz xalqından güc aldığını vurğulayaraq deyir: "Bütün bunlar əlbəttə ki, gördüyümüz işlərə verilən yüksək qiymətdir. Ən böyük qiymət Azərbaycan xalqı tərəfindən verilən qiymətdir. Bu yaxınlarda aparılan sorğuya əsasən demək olar ki, əhalinin mütləq əksəriyyəti Azərbaycan rəhbərliyini, bizim apardığımız siyasəti birmənalı şəkildə dəstəkləyir. Əlbəttə ki, bu dəstək bizə güc verir, iradəmizi artırır və biz islahatlara daha da böyük həvəslə, daha da böyük imkanlarla meyil göstəririk, bu islahatları aparırıq”.

Məqalədə bildirilir ki, yola saldığımız 2019-cu il ölkə tarixində mühüm sosial islahatlar ili kimi yadda qaldığına və bu islahatların təsir dairəsi çox geniş olduğuna görə bununla bağlı il ərzində xeyli minnətdarlıq məktubu daxil olub. Ümumiyyətlə, ölkəmizin sürətli inkişafı və bunun fonunda xalqımızın güzəranının yaxşılaşması vətəndaş məktublarının mütləq əksəriyyətini səciyyələndirən əsas mövzulardandır.



NƏŞRLƏRİMİZ

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

HAVA PROQNOZU



VALYUTA


InvestAZ
ARXİV


TƏQVİM