Alternative content

02:18 05 Aprel 2020
ONLINE XƏBƏR LENTİ
PAYIZ ETÜDLƏRİ - FOTO
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Azərbaycanın beynəlxalq qurumlar tərəfindən qəbul edilən və sevinc doğuran uğurları gündən-günə artır
Azərbaycanın beynəlxalq qurumlar tərəfindən qəbul edilən və sevinc doğuran uğurları gündən-günə artır
ANA SƏHİFƏ / SİYASƏT
10:36 18.02.2020

Azərbaycanın beynəlxalq qurumlar tərəfindən qəbul edilən və sevinc doğuran uğurları gündən-günə artır. 2019-cu ildə iqtisadi sahədə əldə edilən nailiyyətlərimiz Dünya Bankı, Davos Forumu və digər nüfuzlu beynəlxalq qurumlar tərəfindən yüksək qiymətləndirilərək, ölkəmiz ən islahatçı dövlətlərdən biri hesab edilib və bu islahatların istər siyasi, istər iqtisadi, istər sosial, istərsə də idarəetmə sahələrini əhatə etməsi xüsusi vurğulanıb.

AZƏRTAC xəbər verir ki, bu fikirlər Prezident Administrasiyasının Vətəndaşların müraciətləri ilə iş şöbəsinin müdiri Süleyman İsmayılovun "Azərbaycan Prezidentinin dərin islahatları vətəndaş müraciətlərində qaldırılan məsələlərin həllinə böyük inam yaradır” sərlövhəli məqaləsində yer alıb.

Məqalədə deyilir: "Azərbaycan Prezidenti beynəlxalq maliyyə qurumlarının ölkədə görülən işlərə, o cümlədən həyata keçirilən islahatlara verdiyi qiyməti dəyərləndirib sanki ölkəmizin uğurlarını görmək istəməyən qüvvələrə üzünü tutaraq bildirir: "Davos Ümumdünya Forumu bizi çox yüksək yerlərə layiq görür, o cümlədən islahatların aparılması istiqamətində. İslahatlara meyillilik və rəhbərliyə olan inam əmsalına görə biz dünyada birinci onluqdayıq. Özü də bunu biz yox, Davos deyir. Dünya Bankı nə deyir? Deyir ki, Azərbaycan 20 ən islahatçı ölkə sırasındadır. İslahatlar bizim şüurlu seçimimizdir. Elə fərz edə bilərik ki, nəyə lazımdır bu islahatlar? Onsuz da hər şey yolunda gedir, ölkə inkişaf edir, yeni müəssisələr açılır, abadlıq işləri görülür. Yox, struktur islahatları, siyasi islahatlar, iqtisadi islahatlar lazımdır”.

Aparılan köklü islahatlara görə Azərbaycan Dünya Bankının yaydığı "Doing Business 2020” hesabatında 190 ölkə arasında 34-cü yerdə, Dünya İqtisadi Forumunun "Qlobal Rəqabətlilik İndeksi” üzrə 141 ölkə arasında 58-ci yerdə, ümumi infrastrukturun inkişafına görə isə 26-cı yerdə qərarlaşıb. "İnklüziv inkişaf indeksi” adlı illik hesabatda Azərbaycan inkişaf etməkdə olan 80 ölkə arasında 3-cü yerə yüksəlib. Azərbaycanın kreditin əlçatanlığı üzrə 1-ci, biznesə başlamaq imkanları üzrə 9-cu, müqavilələrin icrası üzrə 28-ci yeri tutması diqqətəlayiqdir. Yuxarıda göstərilən mötəbər qurumların təhlillərindən görünür ki, Azərbaycanda aparılan balanslaşdırılmış iqtisadi, sosial və humanitar siyasət dünyada davamlı inklüziv inkişafın planlaşdırılması və idarə edilməsinin ən yaxşı nümunəsidir”.




NƏŞRLƏRİMİZ

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

HAVA PROQNOZU



VALYUTA


InvestAZ
ARXİV


TƏQVİM