Alternative content

16:20 30 Mart 2020
ONLINE XƏBƏR LENTİ
15:54 30.03.2020 Bildiriş
15:49 30.03.2020 Bildiriş
15:45 30.03.2020 Bildiriş
15:43 30.03.2020 Bildiriş
15:40 30.03.2020 Bildiriş
PAYIZ ETÜDLƏRİ - FOTO
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV AÇG doqquzuncu platformasının yolunu gözləyir
AÇG doqquzuncu platformasının yolunu gözləyir
ANA SƏHİFƏ / İQTİSADİYYAT
04:33 18.02.2020


"Azəri Mərkəzi Şərqi” adlanan bu qurğudan ilk neft 2023-cü ildə alınacaq


Xəzərin Azərbaycan sektorundakı "Azəri-Çıraq-Günəşli” (AÇG) yataqları 26 ilə yaxındır etibarlı tərəfdaşlıq, ekoloji baxımdan zərərsiz əməliyyatlar sayəsində təhlükəsiz işlənir, ahəngdar şəkildə neft və qaz verir.

AÇG-dən indiyədək əldə olunan hasilatın həcmi bu ilin yanvar ayında 500 milyon tona çatdı. AÇG, həmçinin Azərbaycana ümumilikdə 45 milyard kubmetrdən artıq səmt qazının təmənnasız təhvil verilməsini təmin edib.

1994-cü ilin sentyabr ayında AÇG üzrə müqavilə imzalanarkən tərəfdaşlar bu yataqların təxmini ehtiyatlarının 511 milyon ton olduğunu müəyyən etmişdilər. Lakin zaman bu yataqlar blokunun sərvətinin daha çox olduğunu göstərdi. Hazırda AÇG-nin ehtiyatlarının ən azı 1 milyard ton olduğu bildirilir. Gələcək illərdə, yəni daha yeni texnologiyalar tətbiq edildikcə, bəlkə həmin yataqlar blokundan bundan da çox karbohidrogen hasil etmək mümkün oldu.

2017-ci ilin sentyabr ayında AÇG-nin birgə işlənməsi və hasilatın pay bölgüsü haqqında dəyişdirilmiş və yenidən işlənmiş sazişin imzalanması da bu amilə əsaslanır. Yeni müqavilə 2049-cu ilin sonunadək davam edəcək və növbəti illər ərzində AÇG-nin ölkəmizə gətirdiyi iqtisadi mənfəətləri maksimuma çatdıracaq. Bu müqavilənin şərtləri Azərbaycanın 1994-cü ildən bəri artan maliyyə və texnoloji potensialını əks etdirməklə yanaşı, xarici tərəfdaşların ölkəmizin iqtisadiyyatına olan inamını da göstərir və artıq çoxdandır reallığa çevrilən möhkəm əməkdaşlığı yeni müstəviyə qaldıracaq. Yeri gəlmişkən qeyd edək ki, "Yeni əsrin müqaviləsi” adını alan bu sazişdə əvvəlki tərəfdaşların heç biri dəyişməmişdir. Bu da Azərbaycanda xarici sərmayələrlə bağlı imzalanan müqavilələrin bir cümləsinin belə dəyişdirilmədən tam qorunmasının və yaranan mükəmməl tərəfdaşlıq platformasının daha bir təsdiqidir.

"Yeni əsrin müqaviləsi” çərçivəsində yeni bir layihənin həyata keçirilməsi nəzərdə tutulur. Bu, AÇG müqavilə sahəsində daha bir platformanın tikintisindən ibarətdir. Beləliklə, keçən ilin aprel ayında AÇG-nin işlənməsinin növbəti mərhələsi olan "Azəri Mərkəzi Şərqi” layihəsinə sanksiya verildi. Bununla da 6 milyard dollar dəyərində olan işlənmə layihəsinin həyata keçirilməsinə başlandı.

"Azəri Mərkəzi Şərqi” platforması gündəlik 100 min barelədək neft hasil etmək gücündə layihələndirilib. İstismar müddəti ərzində qurğunun 300 milyon barelə qədər əlavə neft hasil edəcəyi gözlənilir. Layihə çərçivəsində ilk hasilatın 2023-cü ildə əldə ediləcəyi planlaşdırılır.

2019-cu ildə bu layihənin əsas tikinti-quraşdırma, dəniz və sualtı işləri üzrə müqavilələr bağlanıb və iyul ayında tikinti işlərinə başlanıb. İnşaat işləri ilin ikinci yarısında xeyli genişlənib.

Hazırda platformanın üst modulları və qazma qurğusunun tikintisi və quraşdırılması Bibiheybətdəki ATA ("AMEK-Tekfen-Azfen”) tikinti-quraşdırma sahəsində plan üzrə irəliləyir. Dayaq bloku və onun payalarının tikintisi isə Heydər Əliyev adına Bakı Dərin Özüllər Zavodunda qrafiki qabaqlamaqla davam edir. Payaların bu ilin sonlarına yaxın dənizdə quraşdırılacağı nəzərdə tutulur. Platformanın yaşayış blokunun tikintisi isə İsveçdə aparılır. Burada da işlər qrafiki qabaqlayır. Artıq sualtı boruların örtüklənməsi üzrə sınaqlara başlanıb.

Xatırladaq ki, "Azəri Mərkəzi Şərqi” AÇG-nin 9-cu platforması olacaq. Hazırda yataqda 8 platforma fəaliyyət göstərir. Bunlardan 6-sı hasilat, 2-si isə emal, qazın kompressiyası, suvurma və texnoloji təchizat qurğusudur.

2019-cu ildə AÇG-dən sabit hasilat təhlükəsiz şəkildə davam edib. Burada ümumi hasilat gündə orta hesabla 535 min barel, il ərzində isə 195 milyon bareldən çox, yəni 26 milyon ton olub. Keçən il "Çıraq” platforması hər gün orta hesabla 41 min, "Mərkəzi Azəri” 134 min, "Qərbi Azəri” 121 min, "Şərqi Azəri” 89 min, "Dərinsulu Günəşli” 96 min və "Qərbi Çıraq” 54 min barel neft verib.

Hasil edilən karbohidrogenlər platformalardan sualtı xətlər vasitəsilə dünyanın ən böyük neft-qaz terminallarından olan Səngəçal terminalına ötürülür.

AÇG kompleksində ümumilikdə 125 neft hasilatı, 46 su injektor və 7 qaz injektor quyusu istismar olunur. Ötən il bu yataqlarda 11 yeni quyu qazılıb ki, onlardan 10-nu hasilat quyusudur.

İndi AÇG özünün 9-cu platformasının yolunu gözləyir. Tikinti işləri tamamlandıqdan sonra platformanın dənizdə quraşdırılması həyata keçiriləcək.

Flora SADIQLI,

"Azərbaycan”




NƏŞRLƏRİMİZ

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

HAVA PROQNOZU



VALYUTA


InvestAZ
ARXİV


TƏQVİM