18 Fevral 2020 04:30
584
İQTİSADİYYAT
A- A+

Yaşıl İqlim Fondu ilə Əməkdaşlığa Hazırlıq Proqramı müzakirə edilib


Aqrar Elm və İnnovasiya Mərkəzində Yaşıl İqlim Fondu ilə Əməkdaşlığa Hazırlıq Proqramının müzakirəsi keçirilib. Tədbirdə mərkəzin rəhbərliyi və əməkdaşları, fondun aralarında Türkiyədən gəlmiş mütəxəssislər də olan ekspertlər qrupunun üzvləri iştirak ediblər.

Məlumat verilib ki, 2017-ci ildə Paris Sazişinə qoşulmuş Azərbaycan milli öhdəlik kimi dünya iqlim dəyişikliyi üzrə 2030-cu ilə qədər istixana effekti yaradan qaz emissiyası səviyyəsini 35 faiz azaltmağa nail olmalıdır. Bu məqsədlə Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Kənd Təsərrüfatı Nazirliyi, BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı Yaşıl İqlim Fondu ilə birgə təhlili məlumat bazalarının yaradılması, praktiki texnoloji həll yollarının tapılması və ölkə üzrə milli proqramın hazırlanmasını təmin etməlidirlər.

Tədbirdə çıxış edən Aqrar Elm və İnnovasiya Mərkəzinin direktoru İmran Cümşüdov məlumat verib ki, son illər elmi-tədqiqat işləri təbii resursların qorunması, resursqoruyucu texnologiyaların tətbiq edilməsi, stres faktorlarına dözümlü sort və tinglərin, heyvan cinslərinin yaradılması istiqamətinə yönəldilib. Hazırlanacaq Milli Proqramda Kənd Təsərrüfatı Nazirliyinin bu istiqamətdə yeni yanaşması öz əksini tapacaq. Türkiyəli mütəxəssis Çağlar Başsüllü isə Azərbaycanda müxtəlif bölgələrdə meşə və yaşıllıq zolaqlarının salınması, havada karbon qazı yaradan tullantıların emal edilərək orqanik gübrə istehsalı sahələrinin yaradılmasının vacib olduğunu bildirib.

Müzakirədə işçi qruplarının mütəmadi görüşlərinin təşkili, Milli Proqramın hazırlanması üzrə təkliflərin formalaşdırılması qərara alınıb.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video