18 Fevral 2020 04:30
521
İQTİSADİYYAT
A- A+

Ötən il Şəkidə 113 tütünqurutma kamerası quraşdırılıb


"Azərbaycan Respublikası regionlarının 2019-2023-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nda Şəki rayonu üzrə nəzərdə tutulan tədbirlərin icrası ilə əlaqədar rayonun tütünqurutma kompleksinin genişləndirilməsi məqsədilə 2019-cu ildə Şəki rayonunun kəndlərində əlavə olaraq 113 ədəd tütünqurutma kamerası quraşdırılıb. Beləliklə, rayonda mövcud olan tütünqurutma kameralarının sayı 169-a çatdırılıb.

Bu barədə AZƏRTAC xəbər verir ki, kameraların 30-u "Azərtütün” MMC-nin rayonda fəaliyyət göstərən tütün istehsalı və emalı məntəqəsinin ərazisində quraşdırılıb. Beləliklə, məntəqədə olan kameraların sayı 86-ya çatdırılıb. Ötən il şəkili fermerlər bu emal məntəqəsinə 5485 ton "Virciniya botaniki” növlü yaşıl tütün kütləsi təhvil veriblər. Mövsüm ərzində emal məntəqəsində 980 ton quru tütün istehsal olunub.

Daha 23 tütünqurutma kamerası yerli sahibkar Emin İsayev tərəfindən Aşağı Layısqı kəndində quraşdırılaraq fermerlərin istifadəsinə verilib. Aşağı Göynük kəndinin ərazisində quraşdırılmış 60 ədəd tütünqurutma kamerası isə builki mövsümdən etibarən fermerlərdən yaşıl tütün qəbul edəcək.

Tütünqurutma kameralarının quraşdırılması tütün istehsalçılarının ağır əl əməyini azaltmaqla yanaşı, tütün əkinlərinin genişləndirilməsinə və məhsul istehsalının artmasına da təkan verəcək.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video