Alternative content

10:43 05 Aprel 2020
ONLINE XƏBƏR LENTİ
PAYIZ ETÜDLƏRİ - FOTO
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Qədim Biləsuvarın yeni dövranı
Qədim Biləsuvarın yeni dövranı
ANA SƏHİFƏ / İQTİSADİYYAT
04:11 18.02.2020


Biləsuvarın torpağı bərəkətli, insanları zəhmətkeş və vətənpərvərdirlər. Bu haqda danışarkən rayonun keçmişi yada düşür. Sovetlər birliyi zamanında Biləsuvarda bol pambıq, taxıl, digər kənd təsərrüfatı məhsulları yetişdirilmşdir. Ərazisindəki ucsuz-bucarsız dövlət fondu torpaqları Lerik, Yardımlı, eləcə də bir neçə dağ rayonlarının heyvandarları üçün qışlaq idi. Onların bir çoxu indi də payız girən kimi yığışıb bu obalara gəlirlər.

Unudulmaz şairimiz Səməd Vurğun dediyimiz bu yerlərə ceyran ovuna gələr, çobanların qonağı olarmış. Zamanın hökmü ilə adı dəyişdirilərək "Puşkin” qoyulan bu bölgəmizin təsərrüfat həyatında yüksək nəticələr əldə edilsə də, abadlıq, quruculuq sahəsində digər rayonlardan geridə qalmışdı.

Amma hər şeyi yerbəyer edən zamandır. Müstəqilliyimiz bərpa ediləndən, sabitlik yarandıqdan, Ulu Öndər Heydər Əliyev tərəfindən islahatlar həyata keçirildikdən sonra Biləsuvarda da dönüş yarandı. Əhali öz torpağına yiyələndi. Həmişə torpağa bağlı olan, çörəyi torpaqdan çıxan adamlar üçün bu, çox böyük iş idi. Hər kəs pay torpağında nə əkəcəyini özü müəyyənləşdirdi. Özü də ağıllı bir şəkildə, çoxillik təcrübəyə söykənərək. Onlar tükənməz sərvət olan bu torpaqları necə gəldi istismar etmədilər, onu öz mülkiyyətləri bildilər, ona qayğı ilə yanaşdılar, gübrəsini vaxtlı-vaxtında verdilər, aqrotexniki qulluq göstərdilər. Ən başlıcası isə növbəli əkin sistemini tətbiq etdilər.

Prezident İlham Əliyevin son illər kənd təsərrüfatının inkişafı ilə bağlı həyata keçirdiyi islahatlar, imzaladığı sərəncamlar fermerlərin, torpaq mülkiyyətçilərinin əl-qolunu daha da açdı, onların daha çox və keyfiyyətli məhsul istehsal etmələrinə səbəb oldu. Bu haqda danışarkən ilk növbədə xam pambığın qiymətinin artırılması, kənd adamları arasında stimul yaratması yada düşür. Habelə subsidiyaların verilməsi, çoxlu sayda və adda yeni müasir texnikaların alınıb gətirilməsi, kadr hazırlığı və digər mühüm işlər də bu sıradandır. Kənd adamlarına göstərilən belə qayğı, hər yerdə olduğu kimi, Biləsuvarda da öz bəhrəsini verdi.

Pambığın, başqa kənd təsərrüfatı məhsullarının istehsalı ildən-ilə artdı. Ümummilli Liderin zərb-məsələ çevrilmiş bir kəlamı var: "İqtisadiyyatı güclü olan dövlət hər şeyə qadirdir”. Bu fikri hər bir rayona, ailəyə, hətta fərdi şəxsə də aid etmək olar. Kənd təsərrüfatı məhsullarının, o cümlədən pambıq istehsalının artması əhalinin güzəranını yaxşılaşdırdı, sosial rifah halını yüksəltdi.

2019-cu ildə rayonda 10 min 250 hektardan 30,7 min ton pambıq toplanmış, məhsuldarlıq 29,9 sentnerə çatmışdır. Halbuki pambıqçılığın sürətlə inkişaf etdiyi 1981-ci ildə bu rəqəm 29,7 sentner olmuşdu. Başqa faktlar: rayon üzrə 2019-cu ildə məhsul istehsalı 2003-cü ilə nisbətən 4,4, sənaye 9,5, kənd təsərrüfatı 2,3, əsaslı kapitala yönəldilən vəsaitin həcmi 7,5, habelə tikinti-quraşdırma işləri 6,9 dəfə artmışdır. 2003-2019-cu illər ərzində 27,1 mini daimi olmaqla 32,6 min yeni iş yeri açılmış, 793 sahibkara 34 milyon manat güzəştli kredit verilmiş, 2007-2019-cu illərdə fermerlərə 36,1 milyon manat yardım edilmişdir. Pambıqçılıq sahəsində qazanılan yüksək nəticələrə görə Şakir Soltanov birinci, Fazil Musayev ikinci dərəcəli "Əmək” ordeni, Lətif Cəfərov "Tərəqqi” medalı ilə təltif olunmuşlar.

Ötən illər ərzində aparılan tikinti-quruculuq, abadlıq işləri Biləsuvarın simasını da tanınmaz dərəcədə dəyişmişdir. Zövqlə tikilən ictimai binalar, yaşayş evləri, salınan parklar, xiyabanlar, çəkilən yollar, asfaltlaşdırılan küçələr, quraşdırılan işıqlandırma sistemləri onun hüsnünə gözəlliklər qatmışdır. Biləsuvar şəhərində indi hər bir fərdi evdə, yaşayış mənzilində Hacıqabul rayonunun Talış kəndindən çəkilən duruldulmuş içməli su axır. Qazlaşma tam başa çatdırılıb. İşıq sarıdan da heç bir problem yoxdur. İndi Biləsuvarda hətta çöl yerlərindəki fermalar, qoyun yataqları da davamlı və keyfiyyətli elektrik enerjisi ilə təchiz edilir.

Yol infrastrukturunun yenidən qurulması sahəsində rayonda görülən işlər də təqdirəlayiqdir. Demək olar ki, bütün yaşayış məntəqələrinə gedən yollar asfaltlaşdırılmışdır. Prezidentin 18 sentyabr 2018-ci il tarixli sərəncamına əsasən, Ələt-Astara-İran İslam Respublikası ilə dövlət sərhədinədək gedən yolun Biləsuvar rayonundan keçən hissəsi yenidən qurulmuşdur. Ölkə rəhbərinin 28 iyun 2019-cu il tarixli digər sərəncamına əsasən, 56 kilometrlik Biləsuvar-Bəhrəmtəpə yolu əsaslı təmir edildi. Çox çəkməyəcək rayonun Bağbanlar, Aranlı, Zəhmətabad kəndləri əhalisinin gediş-gəlişi asanlaşacaq.

Bundan əlavə, keçən il Biləsuvar şəhərində 1176 şagirdlik tam orta məktəbin tikintisi başa çatdırılaraq istifadəyə verilmiş, Muğan kəndində inşa edilən modul tipli məktəb öz qarılarını şagird və müəllimlərin üzünə açmışdır.

Kənd təsərrüfatını susuz təsəvvür etmək çətindir. Sahələrin relyefindən asılı olaraq burada əkin sahələrinə 2, bəzən 3 pilləli sistemlə su çıxarmaq olur. Yəni su bir kanaldan digərinə vurularaq əkinlərə verilir. Bu sahədə də biləsuvarlı melioratorların çoxillik təcrübəsi var. Onlar fermerlərin, torpaq mülkiyyətçilərinin yanındadırlar. Buna görə də kənd təsərrüfatında qazanılan nailiyyətlərdə rayon Suvarma sistemləri idarəsi kollektivinin xüsusi payı var.

Atalar deyib ki, payızdan bir ay qalmış qış, qışdan bir ay qalmış yazdır. Bir azdan ilk çərşənbə yurdumuza qədəm qoyacaq. Kənd adamları da artıq yaz tarla işlərinə başlamağa hazırlaşırlar. Səpin aqreqatları, malalar start xəttindədir. Kifayət qədər toxum tədarük edilmişdir. Mineral gübrə sarıdan heç bir çətinlik yoxdur.

Bunlar Biləsuvarda görülən işlərin yalnız kiçik bir hissəsidir. Həyat bir yerdə durmadığı kimi, burada da tikinti, quruculuq, abadlıq, habelə təsərrüfat işləri davam edir.

Seyran CAVADOV,

"Azərbaycan”




NƏŞRLƏRİMİZ

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

HAVA PROQNOZU



VALYUTA


InvestAZ
ARXİV


TƏQVİM