Alternative content

09:43 05 Aprel 2020
ONLINE XƏBƏR LENTİ
PAYIZ ETÜDLƏRİ - FOTO
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Tələbələr dünyəvi biliklərə yiyələnirlər
Tələbələr dünyəvi biliklərə yiyələnirlər
ANA SƏHİFƏ / Təhsil
04:10 18.02.2020


Azərbaycan İlahiyyat İnstitutunda (Aİİ) Beynəlxalq Miqrasiya Təşkilatının (BMqT) nümayəndələri ilə görüş keçirilib.

Görüş zamanı Aİİ-nin rektoru Ceyhun Məmmədov ali təhsil müəssisəsinin fəaliyyəti haqqında məlumat verib. Tələbələrin şəxsi keyfiyyətlərinin, dil biliklərinin yüksək olmasına, dini və dünyəvi biliklərə dərindən yiyələnmələrinə xüsusi önəm verildiyini qeyd edən rektor bildirib ki, onların bilikli, savadlı, zəngin dünyagörüşlü yetişmələri üçün müxtəlif layihələr həyata keçirilir. C.Məmmədov qeyd edib ki, belə layihələrdən biri də ali təhsil müəssisəsində əlavə ərəb və ingilis dillərindən kursların təşkil olunmasıdır. C.Məmmədov institutda, eyni zamanda, BMqT tərəfindən ingilis dili kurslarının təşkil edilməsinin tələbələrin dil biliklərinin gücləndirilməsinə öz töhfəsini verəcəyini bildirib.

Daha sonra təşkilat haqqında informasiya verən nümayəndələr BMqT-nin Bakı ofisi yarandıqdan sonra Azərbaycanda müxtəlif sahələrdə layihələrin uğurla icra olunmasından bəhs ediblər. Qeyd edilib ki, BMqT 2018-ci ilin sentyabr ayından etibarən ölkəmizlə sıx əməkdaşlıq şəraitində Amerika Beynəlxalq İnkişaf Agentliyinin (USAID) maliyyə dəstəyi ilə "Dayanıqlılıq naminə ictimai fəaliyyət” layihəsini həyata keçirir.

Məlumat üçün bildiririk ki, layihənin əsas tərəfdaş qurumlarından biri Dini Qurumlarla İş üzrə Dövlət Komitəsidir (DQİDK). Adıçəkilən layihə çərçivəsində Azərbaycan İlahiyyat İnstitutu ilə də əməkdaşlıq əlaqələri qurulub. Təşkilat institutda tələbələrin həm akademik, həm də şəxsi inkişafına töhfə vermək məqsədilə ingilis dili üzrə əlavə kursların təşkilini planlaşdırır.

Yasəmən MUSAYEVA,

"Azərbaycan”




NƏŞRLƏRİMİZ

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

HAVA PROQNOZU



VALYUTA


InvestAZ
ARXİV


TƏQVİM