Alternative content

22:42 05 Aprel 2020
ONLINE XƏBƏR LENTİ
17:57 05.04.2020 Bilirsənsə güclüsən
PAYIZ ETÜDLƏRİ - FOTO
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV "The Korea Post" qəzeti Xocalı soyqırımından yazır
"The Korea Post" qəzeti Xocalı soyqırımından yazır
ANA SƏHİFƏ / SİYASƏT
17:27 17.02.2020

Cənubi Koreyanın "The Korea Post” qəzetində "Ermənistanın Azərbaycana hərbi təcavüzü fonunda azərbaycanlılara qarşı törədilmiş soyqırımı” sərlövhəli məqalə çap olunub.

AZƏRTAC xəbər verir ki, məqalədə 1992-ci il fevralın 25-dən 26-a keçən gecə erməni silahlı birləşmələrinin bütün beynəlxalq hüquq normalarını pozaraq Azərbaycanın Dağlıq Qarabağ bölgəsində yerləşən Xocalı şəhərindəki mülki insanlara hücum etdikləri yazılıb. Bildirilib ki, soyqırımı nəticəsində 613 mülki sakin, o cümlədən 63 uşaq, 106 qadın, 70 qoca öldürülüb. İnsanlara qarşı işgəncələr verilib, başları kəsilib, gözləri çıxarılıb, diri-diri yandırılıb. Şəhər yerlə-yeksan edilib, evlər və sosial infrastruktur tamamilə dağıdılıb və yandırılıb.

Qeyd olunub ki, Ermənistan respublikasının rəhbərliyinin hazırladığı soyqırımını Ermənistan silahlı qüvvələri, habelə Dağlıq Qarabağdakı erməni terrorçuları, keçmiş SSRİ-nin Xankəndindəki hərbi hissəsi birgə təşkil edib. Nazi faşistlərindən fərqli olaraq Xocalı soyqırımını törədənlər mülki şəxslərə qarşı törətdikləri cinayətkar əməllərinə haqq qazandırmağa çalışıblar. Ermənistanın sabiq prezidenti, Xocalı soyqırımı iştirakçısı Serj Sarkisyanın "Xocalıdan əvvəl azərbaycanlılar düşünürdülər ki, ermənilər mülki insanlara əl qaldırmazlar. Amma biz bu stereotipi sındıra bildik” fikri məqalədə əksini tapıb.

Bildirilib ki, həmin günlərdə "Sunday Times”, "Financial Times”, "Times”, "Izvestiya”, "Le Monde”, "Crual L'Eveneman” kimi nüfuzlu nəşrlər Xocalıda baş verən dəhşətli hadisələr barədə məqalələr çap ediblər.

"The Korea Post" qəzetində çap olunan məqalədə Xocalıda baş verənlərin müvafiq beynəlxalq sənədlərə əsasən soyqırımı aktı olduğu, Xocalı faciəsinin Holokost, Xatın, Lidisa, Oradur, Srebrenisa soyqırımından heç bir fərqinin olmadığı vurğulanıb.

Yazıda "Xocalıya ədalət!” beynəlxalq kampaniyası nəticəsində dünya ictimaiyyəti arasında Xocalı soyqırımı haqqında beynəlxalq humanitar hüquq və insan haqları pozuntusu kimi qlobal məlumatlılığın artdığı, bir neçə beynəlxalq təşkilatın, bəzi ölkələrin parlamentlərinin və ABŞ-ın 22 ştatının Xocalı soyqırımını tanıdığı və pislədiyi bildirilib.



NƏŞRLƏRİMİZ

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

HAVA PROQNOZU



VALYUTA


InvestAZ
ARXİV


TƏQVİM