Alternative content

23:45 10 Aprel 2020
ONLINE XƏBƏR LENTİ
PAYIZ ETÜDLƏRİ - FOTO
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV “The Jakarta Post” qəzeti Azərbaycan ilə İndoneziya arasında əməkdaşlığa həsr olunmuş məqalə yayıb
“The Jakarta Post” qəzeti Azərbaycan ilə İndoneziya arasında əməkdaşlığa həsr olunmuş məqalə yayıb
ANA SƏHİFƏ / Mədəniyyət
15:54 17.02.2020

İndoneziyanın nüfuzlu "The Jakarta Post” qəzeti Azərbaycan ilə dostluq əlaqələrindən bəhs edən məqalə yayıb.

AZƏRTAC xəbər verir ki, "Azərbaycanlılar pençak-silatı və İndoneziya dilini sevirlər” adlı məqalədə Azərbaycanın Cənubi Qafqazın ən böyük enerji ehtiyatlarına malik inkişaf etmiş ölkəsi olduğu və burada İndoneziya mədəniyyətini, dilini, mətbəxini və ənənəvi döyüş sənəti olan pençak-silatı çox sevdikləri qeyd edilir. Bildirilir ki, bunun əsasında hər iki ölkənin səfirlikləri tərəfindən qarşılıqlı şəkildə aparılan geniş təşviqat işləri dayanır. Xüsusən İndoneziyanın Azərbaycandakı səfiri Husnan Bee Fanani Azərbaycan xalqını ölkəsinin mədəniyyəti, təhsili və ticarəti ilə yaxından tanış etmək üçün əzmlə çalışır.

İndoneziyalı səfirin sözlərini sitat gətirən qəzet yazır: "Azərbaycanlılar İndoneziyanı çox sevirlər. Onlar bizim pençak-silatı, İndoneziya mədəniyyətini və dilini öyrənməyə can atırlar. Bizim aramızda sıx dostluq əlaqələri mövcuddur”.

Azərbaycanlı tələbələrin İndoneziyanı, bu ölkənin mədəniyyətini böyük həvəslə öyrəndiyini vurğulayan səfir, bir çox universitetlərdə oxuduğu mühazirələrin xüsusi maraqla qarşılandığını qeyd edir.

Müəllif bildirir ki, təhsil və mədəniyyətlə yanaşı, daha bir faktor iki ölkə arasında əlaqələri daha da möhkəmləndirir. Bu, İndoneziyanın Azərbaycanın ərazi bütövlüyünü qəti şəkildə dəstəkləməsi, Azərbaycan ərazilərinin 20 faizinin qonşu Ermənistan tərəfindən işğalına qarşı çıxış etməsidir.

Azərbaycanın İndoneziyadakı səfiri Cəlal Mirzəyevin sözlərini sitat gətirən indoneziyalı jurnalist yazır: "Biz Azərbaycanı dəstəklədiyinə görə İndoneziyaya minnətdarıq. Bizim İndoneziya ilə münasibətlərimiz yüksək səviyyədədir və biz bir çox sahələrdə sıx əməkdaşlıq edirik”.

2016-cı ildə Azərbaycana qədəm qoyduğu gündən bu ölkənin böyük potensiala malik olduğunu hiss edən indoneziyalı səfir elə həmin il ilk dəfə Bakıda "İndoneziya Mədəniyyəti Günləri”ni təşkil edir. Bu tədbir İndoneziya mədəniyyətini, mətbəxini tanıtmaqla yanaşı, həm də iki ölkə arasında ticarət əlaqələrinin inkişafına mühüm təsir göstərir. Nəticədə İndoneziyanın mebel, qəhvə, kağız, bitki yağları kimi məhsulları Azərbaycan bazarına yol açır.

Bakıya gələn indoneziyalı biznesmenlərin sayının artması iki ölkə arasında ümumi ticarət dövriyyəsinin inkişafına mühüm təsir göstərir. İndoneziya həm də Azərbaycan xam neftinin əsas alıcılarından birinə çevrilir.

Məqalədə Azərbaycanın İndoneziya üçün əsas turizm istiqamətlərindən birinə çevrilməsinə də xüsusi diqqət yetirilir. Qeyd edilir ki, həm Azərbaycandan İndoneziyaya, həm də əks istiqamətdə turistlərin sayı son illər xeyli artıb.

Bütün bunlar İndoneziya ilə Azərbaycan arasında dostluq münasibətlərinin inkişafına öz müsbət təsirini göstərir.




NƏŞRLƏRİMİZ

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

HAVA PROQNOZU



VALYUTA


InvestAZ
ARXİV


TƏQVİM